İnklüziv təhsili inkişaf etdirən və xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri ilə işləyən müəllimlərə və həmçinin digər peşəkarlara tövsiyələr.Təhsil müəssisəsi xüsusi qayğıya ehtiyacı olan uşağın valideynlərinə 2 istiqamətdə kömək edə bilər:
1. informasiya mübadiləsi
2. sosial və emosional kömək
Valideynlərə birinci istiqamətdə olan kömək, xüsusi qayğıya ehtiyacı olan uşağın Fərdi Tədris Planı, xüsusi xidmətlər, əldə olunan nəticələr və digər uşaqların inkişafı haqqında ilkin məlumat verilməsindən başlayır. İnformasiya mübadiləsinə daxildir:
valideynlərin öz uşaqları haqqında məlumatı tam şəkildə təqdim etməsi;
valideynlərin bir-biri ilə tanış olmaları;
hər bir valideynin öz uşağı üçün işlənilən proqramda fəal iştirak etməsi;
övladlarının inkişafında müsbət amil hesab olunan valideynlərlə mütəmadi görüşlərin keçirilməsi;
inklüziv təhsil sahəsində ölkəmizdə, eləcə də digər dövlətlərdə aparılan müsbət iş haqqında valideynlərin müntəzəm olaraq məlumatlandırılması;
sosial və emosional sahələrdə valideynlərə kömək edilməsi üçün müəllim və peşəkarlarla tanışlıq.
Sosial və emosional köməyə aşağıdakılar daxildir:
hər bir valideynə komandanın hər hansı üzvü ilə əməkdaşlıq etmə hüququnun verilməsi;
valideynlərə uşaqların davranışı, uğurları haqqında məlumat verməklə on-ların ruhlandırılması;
hər bir uşaq haqqında psixoloq rəyinin valideynlərə çatdırılması;
tipik uşaqların valideynləri ilə birgə iclaslarda iştirakın təmin edilməsi;
müəllim və köməkçilərin uşaqların inkişafı, problemləri ilə əlaqədar vali-deynlərlə daim ünsiyyətdə olması;
uşaqların ev şəraiti, sosial büdcəsi ilə maraqlanmaq, lazım gələrsə, müəy-yən sosial kömək edilməsi xahişi ilə yerli icra orqanlarına müraciət etməsi;
Valideynlə necə necə ünsiyyət qurmaq lazım olduğu barədə müəllimə verilməli olan bir neçə mühüm məsləhətlər vardır:
Valideynlərə həmişə dəqiq informasiya verin. Xoşagəlməz xəbərləri onlara çatdırmağa tələsməyin. Həmin məlumatı onlara ümidverici bir şəkildə təqdim etməyi öyrənin.
Valideynlərə, onların öz uşaqları ilə evdə yerinə yetirdikləri işə görə minnətdar olduğunuzu bildirin. Əgər valideynləri bundan əvvəlki səyləri qiymətləndirilmiş olarsa, onlar başladıqları işi davam etdirmək üçün özlərində ruh yüksəkliyi hiss edəcəklər.
Xüsusi qayğıya ehtiyacı olan uşağın inkişafına müntəzəm olaraq aydın və düzgün qiymət verin. Xüsusi qayğıya ehtiyacı olan uşaqların səhvlərinə deyil, vəziyyətin yaxşı tərəfə dəyişməsi üçün vasitələr axtarılmasına daha çox diqqət ayırmaq lazımdır. Bu məsələdə ən başlıcası vəziyyətin istər müəllim, istərsə də valideynlər tərəfindən laqeyd qarşılanmamasıdır.
Peşəkar jarqonlardan istifadə etməyə çalışayın. Müəllimlərə tanış ola bilən sözlər, bəzən valideynlərə az şey deyə bilər.
Hərdən bir valideynləri, övladları haqda xoş xəbərləri bölüşmək üçün dəvət edin. Bu öz uşaqları haqqında, bir qayda olaraq ürək açmayan xəbərlər eşitməyə vərdiş edən valideynlərlə yaxşı münasibətlərin inkişaf etdirilməsinə kömək edə-cək.
Valideynlərdən, öz uşaqları ilə hansı əlavə iş apardıqlarını və ya onların uşaq barədə yeni olaraq nə öyrəndiklərini soruşun və uşağın Fərdi Tədris Planına valideynlərin bəzi təkliflərinin yazılmasından çəkinməyin.
Görüş vaxtını, müəllimlərin orada sərbəst iştirak edə bildiyi şəkildə plan-laşdırın.
Bu məsləhətlər gərgin və ya geyri-səmimi münasibətlərdən kənar olmanın zəruriliyini nəzərdə tutur. Həm müəllimlər, həm də valideynlər yadda saxlama-lıdırlar ki, məktəb-ailə mübahisələrində son nəticədə uduzan uşaq olur.
Dostları ilə paylaş: |