Müəllim məsləhətçi qismində (bu informasiya həmçinin psixoloqlar üçün nəzərdə tutulmuşdur). Müəllimlərin valideynlərlə işi planlaşdırmalı və konkret məsələlərin həllinə yönəldilməlidir. Bəzən valideynlərlə ünsiyyətdə olmaq aşağıdakı səbəblərə görə müəllimlər üçün çətin olur: 1) təhsil müəssisəsi və ailə arasında yaranmış yaxşı münasibətlərin pozula bilmə qorxusu; və 2) ailə problemlər mənbəyidir və müəllim ailədə olan situasiyanı dəyişə bilməz, deyə peşəkarların tez-tez hallandırdıqları fikrin mövcudluğu.
Valideynlərə həmçinin daim gözlədikləri xoşagəlməz xəbərlər və ya onların problemlərinə etinasız münasibət bəsləniləcəyi, yaxud onlara yuxarıdan aşağı baxılacağı, və yaxud da uşağın təhsili ilə bağlı bütün problemlərdə onların günahlandırılacaqları gözləntilərinin ucbatından müəllimlərlə ünsiyyətdə olmaq asan olmur.
Xüsusi qayğıya ehtiyacı olan uşaqları olan ailələrlə işləyən müəllim bəzi “həqiqətləri” bilməlidir:
Valideynlərin əksəriyyəti öz uşaqlarının müvəffəqiyyətində hər hansı bir peşəkardan daha çox maraqlıdırlar.
Xüsusi qayğıya ehtiyacı olan uşağın boya-başa çatdırılması həyatda ən çətin vəzifələrdən biridir.
Valideynlərin əksəriyyəti öz uşaqları haqqında, çox nadir hallarda kənar insanların da bildiyi vacib informasiyaya malik olurlar.
Valideynlərin əksəriyyəti öz uşaqları haqqında arabir səhv fikirdə olurlar.
Müəllimlərin heç də hamısı valideynlərlə iş üçün eyni hazırlıq səviyyəsinə malik deyildir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar, onların həyatında böyük rol oynayan insanların öz səylərini uzlaşdırdıqları təqdirdə daha yaxşı inkişaf edirlər. Məktəb və ailənin fəaliyyətinin uzlaşması – inklüziv təhsilin müvəffəqiyyət açarıdır.
Konsultasiyalar-Müəllimlərin konsultasiyaları valideynlərlə qarşılıqlı münasibətlərdə çox faydalıdır. Təhsil müəssisəsində konsultasiyalar triada – qarşılıqlı əlaqələrin üçbucaq konfiqurasiyası ilə xarakterizə edilir. Müəllim, uşağın problemini daha yaxşı həll edilməsində valideynə kömək edir. Uşağın evdə davranışının idarə olunmasında valideynlərə kömək isə öz növbəsində, uşağın davranışını və təhsil müəssisəsində onun müvəffəqiyyət dərəcəsini yaxınlaşdıracaq. Bunu da qeyd etmək vacibdir ki, uşaqlarla bağlı planlar evdə valideynlərin səyləri ilə dəstəkləndiyi təqdirdə həmişə daha uğurla həyata keçirilir.
Konsultasiya edilməsi üçün zəruri olan vərdişlər- Yaxşı məsləhətçi ola bilmək üçün müəllimlərdə uşaqlar, ailə, uşaq və ailənin problemləri haqqında ətraflı məlumat olmalıdır və ən əsası, o ünsiyyət qurmağı bacarmalıdır.
Valideynlərlə münasibət qurmaq üçün müəllimə lazım olan vərdişlər- Əgər müəllimlər, qarşı tərəfin nəinki sözlərinə, eləcə də onların necə ifadə etdiklərinə, əlin əsəbi halda ovuşdurulması, sifətin qayğılı ifadəsi kimi qeyri-verbal təfərrüatlara qarşı diqqətli olsalar, başqasının nə hiss etdiyini daha yaxşı başa düşəcəklər. Müəllim özünü başqa adamın yerinə qoymağa və oxşar vəziyyətlərdə özünü hiss edə biləcəyini başa düşməyə cəhd göstərməyi bacarmalıdır.
Səmimiyyət- Başqa insanlara göstərilən real qayğıdan qiymətli heç nə ola bilməz. Bunu, işlədiyiniz adamlara bəslədiyiniz simpatiya ilə qarışdırmaq olmaz. Çox problemləri və çətinlikləri olan və ya sevilməsi çətin olan adamlar, məhz bizim köməyimizə daha çox ehtiyacı olan adamlardır. Əsil peşəkarlar kiminlə işləmək lazım olduğunu seçməyə və bəzi hallarda az simpatiya bəslədikləri adamlarla da işləmək məcburiyyətində olduqlarını dərk edirlər.
Dinləmək bacarığı – Diqqətlə dinləmək bacarığı münasibətləri çox möhkəmləndirir. Valideynlərin çoxunda, onları dinləməyi bacaran və onların informasiyasını əhəmiyyətli hesab edən peşəkarlarla ünsiyyət təcrübəsi az olur. Reflektiv, yəni deyilənin təkrar edilməsinin köməyi ilə qulaq asmanı, söhbətin nəticələrinin yekunlaşdırılması, eşidilənin izahatının soruşulması və valideynlərin dediklərinin dəqiqləşdirilməsini təcrübədən keçirməklə, dinləmək bacarığı vərdişlərini inkişaf etdirmək olar. Danışıq zamanı danışanın gözlərinə baxmaqla görmə əlaqəsini saxlanılması vacibdir. Xoşagəlməyən adətlərdən, məsələn, stolu barmaqlarla əsəbi şəkildə döymək və ya söhbətin məğzinə aid olmayan iradlar etməkdən uzaq durmaq lazımdır. Bütün bunlar, valideynin müəllimləri dinləməyi və sona qədər qulaq asmağı bacaran bir insan hesab edəcəkləri ehtimalını artırmağın çox da çətin olmayan üsullarıdır.
Problemlərin həllində mütəhərrik olmaq bacarığı- İnsanların hamısı çox müxtəlifdir və bütün insanlara münasibətdə heç bir metod universal olaraq effektiv olmur. Müəllim müxtəlif problemlərin həlli üçün üsulu və ya metodu istifadə etməməlidir. O başa düşməlidir ki, valideynlər, müəllimə müraciət etmə-mişdən əvvəl, heç şübhəsiz, artıq problemi həll etməyə cəhd göstərmişlər. Odur ki, müəllimin problemi formalaşdırmaqda valideynə kömək etməsi, ailədə öz qüvvələri ilə həmin problemin həllinin nə üçün alınmadığını başa düşməsi və onun həllinin digər imkanlarının tapılmasında valideynə yardım etməsi vacibdir. Əks əlaqənin təqdim edilməsi əhəmiyyətli dərəcədə müəllimlərin rolunu təşkil edir. Əks əlaqənin təqdim edilməsi – bu, insanları, onların davranışlarının bəzi aspektləri barədə, eləcə də bunun başqa insanlar tərəfindən necə qəbul olunması və onlara necə təsir etməsi barədə məlumatlandırmaq bacarığıdır.
Əks əlaqənin təqdim olunması vərdişləri- Əks əlaqənin təqdim edilməsi insanlara, onların məhz istədikləri effektə çatıb-çatmayacaqlarını bilməkdə kö-mək edir. Aşağıda müəllimlərin əks əlaqənin təqdim edilməsi vərdişləri mənim-səmələri üçün bəzi faydalı məsləhətlər verilir:
Hər şeydən öncə, sizin valideynlərlə olan münasibətlərinizin yaxşılaşmaya xidmət göstərəcəyini və nəzərdə tutulmuş məqsədə çatmağın mümükün olacağını özünüz üçün müəyyənləşdirin.
Başqa insanın davranışındakı sizə aid olan müəyyən xüsusiyyətləri təsvir edin.
Əks əlaqəni elə tərzdə təqdim edin ki, bundan başqa insan pərt olmasın, ona əks əlaqəni təsdiq və ya inkar etmək və sizinlə bunu müzakirə etmək niyyətində olmaq imkanını verin.
Əks əlaqəni təqdim edərkən öz fikrinizə deyil, başqa insanın davranışına dair sizin keçirdiyiniz hisslərə istinad təqdim edin.
Əks əlaqəni başqa insanın, özü istədiyi təqdirdə potensial olaraq dəyişdirə biləcəyi davranışa nəzərən təqdim edin.
Ən ideal variant sizin tərəfinizdən əks əlaqənin, bu barədə xahiş olunduğu təqdirdə təqdim edilməsidir.
Əks əlaqənin təqdim edilməsini başqa insanın sizi tələsmədən və sözün kəsilməsi ehtimalı olmadan dinləməyə hazır olduqda, uyğun vaxtda və uyğun yerdə həayata keçirmək olar.
Başqa insandan sizin dediklərinizi təkrar etməsini xahiş edin. Bu yolla siz, dediklərinizin onun tərəfindən nə dərəcədə eşitdiyini biləcəksiniz.
Dostları ilə paylaş: |