Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim


MÖVZU 8: Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial adaptasiyası və təhsilə inteqrasiyasının problemləri



Yüklə 173,18 Kb.
səhifə18/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   ...   14   15   16   17   18   19   20   21   ...   72
MÖVZU 8: Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial adaptasiyası və təhsilə inteqrasiyasının problemləri

PLAN:

  1. Əlillik nədir? Əlilliyi yaranma səbəbləri.

  2. Təhsil müəssisələrində inklüziv təhsilin təşkilinin əsas istiqamətləri.

  3. Sosial və psixoloji-pedaqoji problem kimi təhsilə inteqrasiya və əlilliyi olan uşaqların sosial adaptasiyası.

  4. Ümumtəhsil məktəbləri çərçivəsində inklüziv təhsilin model texnologiyasının tətbiqi.

Ədəbiyyat:
1. Əlizadə H., Mahmudova R. Sosial pedaqogika. Dərslik. Bakı, 2013.

2. Korreksion pedaqogikanın müasir problemləri. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Bakı, 2012.

3. İsmayılova L. və başqaları. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili. Bakı, Kurrikulm., Azərbaycan, (iyul-sentyabr), 2009, № 3

4. Şərəfxanova L., Məmmədova S., Mikayılova Ü. İnklüziv təhsil. Məktəbəqədər təhsil pilləsi üçün. Bakı 2010.

5. Təhsil Haqqında Azərbaycan Respublikasının qanunu. Bakı: Qanun, 2009.

6. Təhsil Qanunvericiliyinə dair normativ Hüquqi sənədlər toplusu. I-II cild, Bakı, 2012.
Əlillik cəmiyyət tərəfindən yaradılan problemdir. Əlillik xəstəlik deyil. Əlilərə - müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı onların digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan insanlar aiddir. "Əlil" sözü instansiyaların işlətdiyi terminologiyaya görə "yararsız" bu gün cəmiyyətimizdə sağlamlıq imkanları məhdud olan insanlara şamil olmamaqdadır. Beynəlxalq aləmdədə əlillərə qayğı və diqqət artıb. BMT baş məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların beynəlxalq günü" kimi qeyd olunması haqqında bəyannamə qəbul qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan insanların hüquqlarını qorumaqdır. Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı ilin dekabr ayının 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın fakültativ protokoluna müvafiq bəyanatla qoşulmuşdur. Bu Konvensiyanın məqsədi bütün əlillər tərəfindən insan hüquqlqrının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyat keçirilməsini həvəsləndirməkdən, müdafiə və təmin etməkdən, eləcə də onların ləyaqətinə hörmət edilməsini həvəsləndirməkdən ibarətdir.

Aşağıdakı səbəblərə görə, əlil insanlara qarşı münasibət fərqli olur:



  • Sığınacaqların və müəssisələrin tarixi perspektivinə görə;

  • Xeyriyyə yardımı aldıqlarına görə;

  • Keşmişdə qeyri-bərabər münasibətin olmasına görə;

  • Cəmiyyətin münasibətinə görə;

  • Faktların yanlış anlaşılmasına və diqqətdən kənar qalmasına görə.

Əlillərə qarşı ayrı-seçkilik qismən onunla bağlıdır ki, əlil insanlar sağlam insanlarla müqayisədə daim yardıma ehtiyacı olan insanlar hesab edilirlər. Halbuki cəmiyyətdəki qalan digər insanlar bütün həyatları boyunca yardım istəyirlər. Bu insanları normal cəmiyyətdən təcrid edir. Məhdudiyyətlərin olan insanlar öz mıhdudiyyətlərinə qarşı həssas olur və onların hüquqları cəmiyyət tərəfindən daha çox imtiyaz kimi qəbul edilir. Qeyd etmək lazımdır ki, hər bir insanın yardıma ehtiyacı var, əlillik sterotipini qabarıq şəkildə büruzə verir. Son vaxtlara qədər əlillik tibbi formada təsvir edilirdi. İndi daha sosial və mühüm xarakterli perspektivdən istifadə olunur.

Tibbi (fiziki) model:



  • Fiziki zədə və ya təsir;

  • İnsanın məhdudiyyətinin ciddilik dərəcəsi bir qayda olaraq əlillik adlanır;

Aşağıdakı səbəblərə görə, tibbi modelin perspektivi narahatlıq doğurur:

  • Mənfi perspektivdir və ancaq “bacarmır” anlayışına yönəlib;

  • Əlil insanın ehtiyaclarını nəzərə almır;

  • İnsanlara məsləhət verməkdən çox yardım göstərmək vəzifəsini yerinə yetirən peşəkarlar şəbəkəsinin yaranması ilə nəticələnir;

  • Əlil insanları qayğıya ehtiyacı olan azlıq kimi müəyyən edir;

  • Cəmiyyətin əlillərə qarşı münasibətini araşdırmır.

Sosial (mühit) perspektivi aşağıdakıları əhatə edir:

  • əlil insanlar fərd kimi qəbul edilirlər;

  • cəmiyyətdə fərqli və çox vaxt daha az imkanları olan əlil insanların olması;

  • cəmiyyətin daha çox əlil olmayan insanlara diqqət yetirməsi;

  • əlil insanın cəmiyyətə tam şəkildə qoşula bilməsi üçün cəmiyyətin dəyişməsi.

Əlil insanlar barədə aşağıdakıları müəyyən edir:

  • əlillər digər vətəndaşlar kimi, eyni fundamental hüquqlara malik olmalıdırlar;

  • əlillər başqaları kimi, eyni həyat şəraitindən faydalanmalıdırlar;

  • əlillər lazımi dəstək və xidmətlər sayəsində inkişaf edə bilərlər;

  • əlillər onların həyatına aid qərarlarda iştirak etməlidirlər.

Əlil insanların adi həyat yaşaya bilməsi üçün xidmətlər aşağıdakı prinsiplər üzərində qurulmalıdır:

  • əlil insanlar başqa insanlarla eyni insan hüquqlarına malikdirlər;

  • əlil insanlar cəmiyyətdə yaşamaq və bunun üçün əlavə yardım almaq hüququna malikdirlər;

  • əlil insanlar inkişaf edən insanlardır və xidmətlər onların daha müstəqil olmalarına yardım etməlidir;

  • əlil insanlar onların həyatına aid qərarlarda iştirak etməlidirlər;

  • xidmətlər ayrı-ayrı şəxslərin ləyaqət və mənlik hissini təsdiqləməli və inkişaf etdirməlidir, onlar hər şeydən əvvəl insandırlar, əlil olmaları ikinci dərəcəlidir;

  • xidmətlər əlil insanlardan ibarət sosial şəbəkələri dəstəkləməli, bununla da, şəxsi münasibətlərin uzunömürlü olmasına imkan yaratmalıdır;

  • xidmətlər lokal xarakter daşımalı və cəmiyyət üçün əldə edilən olmalıdır.

Mütəxəssis xidmətlərindənsə, cəmiyyətin qalan üzvləri üçün açıq olan mövcud ümumi xidmətlərdən istifadə edilməlidir. Ayrı-seçkiliyə məruz qalan insanlarla neqativ şəkildə dəyərləndirildikləri üçün ədalətsiz davranılırdı. Bütövlükdə insan başqalarından və ya dəyərli hesab edilən insanlardan nə qədər çox fərqlənərsə, həmin insanın dəyərləndirilməsi bir o qədər çətin olur. Fərq (mənfi imic və ya dəyərsizlik) insanın görüntüsündən başlayır, ancaq tezliklə fərq və mənfi imic əlil insana çevrilir və nəticədə insan özünü fərqli kimi görür, dərhal özünü dəyərsiz hiss edir və yararsız kimi hərəkət edir. İnsanın mənfi imici onun ətrafında mənfi mühitin formalaşmasına səbəb olur və ümidsizlik yaradır. İnsanın müsbət imici isə, ətrafda pozitiv mühit formalaşdırır. Bu, optimizim yaradır və insanın müsbət nailiyyətlərini vurğulayır. Müsbət mühitin səmərəsi aşağıdakılardır:

  • insanın həyatında müsbət nailiyyətlərin olması;

  • əlilliyin qəbul edilməsi (bu baxımdan hesab edilir ki, hər bir insan öyrənmək və inkişaf etmək, zövq almaq və xoşbəxt olmaq bacarığına malikdir).

Əlilliyin sosial modeli Britaniya Əlillər Təşkilatı Şurasının aparıcı fəlsəfi prinsiplərinin əsasında qurulmuşdur. Əlilliyin dərk edilməsininbu yeni yolu ümumilikdə cəmiyyət, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əlillər Alyansı və Əlillərin əmək haqqı qrupu kimi milli qruplar tərəfindən istifadə edilmiş əlillik anlayışlarının tənqid edilməsi ilə yaranmışdır. Bu tənqid “Fiziki pozuntuları olan insanların ayrı-seçkiliyə qarşı ittifaqı” tərəfindən nəşr edilmiş Əlilliyin Fundamental Prinsipləri (1976) sənədində geniş şəkildə təsvir edilmişdir. Bu modelin həmin vaxtdan əsaslı şəkildə inkişaf etdirilməsinə baxmayaraq, bu sənəddəki əsas ideyalar aşağıdakı sözlərlə ifadə edilmişdir: “Bizim nöqteyi-nəzərimizdən fiziki pozuntuları olan insanları əlil edən məhz cəmiyyətdir. Əlillik – lüzumsuz təcrid edilmə və cəmiyyətin həyatında fəal iştirak etmə imkanından məhrum olma ilə bizim məhdudiyyətlərimizə əlavə edilmişdir. Sosial model əlil insanların başqa insanlar kimi, bəzən tibbi yardıma möhtac olduğunu qəbul edir. Ancaq, bu modeldə deyilir ki, əlillərə tibbi müdaxilə obyekti kimi baxmaq lazım deyil. Onlara başqaları kimihərəkət etməyə imkan verməyən və onları əlil edən nədir? Bu onların qüsurları deyil, daha çox cəmiyyətin mənfi münasibəti və cəmiyyətin təşkil olunma metodudur. Sosial modelin məğzini başa düşməklə və başqalarına başa salmaqla, həmçinin dünyaya bu gözlüklər vasitəsilə baxmaqla onlar məruz qaldıqları sıxışdırımadan qurtula və cəmiyyətdə onları əlil edən şeyləri dəyişə bilərlər. Tibbi modeldə deyilir ki, əlillərin özlərini dəyişmək lazımdır. Onlardan fərqli olaraq sosial modeldə isə, cəmiyyətin və münasibətinin dəyişdirilməsinin zəruri olduğu deyilir”.

İnsanlar öyrənmək və inkişaf etmək, müvəffəqiyyəti dadmaq imkanına malikdirlər. Qərbdə ənənəvi olaraq əlil insanlara əlilliyin tibbi modelinin təhrif edici "kultural gözlüyü" vasitəsilə baxırdılar. Bu modeldə (və ya təsəvvürlər sistemində) və onunla əlaqədar digər modeldə (şəxsiyyət modeli, inzibati model, xeyriyyəçilik modeli) əlil insanlara sadəcə onların qüsurları ilə baxırdılar.

"İnsanı və əlil edir?" sualına tibbi modeldən yanaşan insan sualı aşağıdakı kimi cavablandıracağıq.


  • İnsanlar gəzə bilmədikləri üçün əlil olurlar.

  • İnsanlar eşidə bilmədikləri üçün əlil olurlar.

  • İnsanlar görə bilmədikləri üçün əlil olurlar.

  • İnsanlar danışa bilmədikləri üçün əlil olurlar.

Əlilliyə tibbi modeldən yanaşan insanda aşağıdakı anlayışlar formalaşır: Əlillər müəyyən normalara uyğun gəlmirlər və buna görə də:

  • Əlillər hər zaman xəstədirlər

  • Əlillər işləyə bilmirlər

  • Əlillər adi məktəblərə gedə bilmirlər

  • Əlillərin uşağı olmamalıdır

  • Əlillər başqa birinin öhdəsində yaşayırlar

  • Əlillər başqalarına yük olurlar

Tibbi modeldə cəmiyyətdə xüsusi müəssisələrinnə üçün yaradıldığını, müəyyən qanunların nə üçün qəbul edildiyini və əlillərin cəmiyyət həyatından təcrid edilməsi üçün siyasətin bu şəkildə qurulduğunu başa düşmək asan olur. Əlil insanlara tibbi model gözlüyündən baxdıqda onlar cəmiyyətin tərkib hissəsi kimi görünmürlər.

Əlilliyin sosial modeli Britaniya Əlillər Təşkilatı Şurasının əsaslandığı aparıcı fəlsəfi prinsipləri təmin etmişdir. Əlilliyin dərk edilməsində bu yeni yolu ümumilikdə cəmiyyət, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Əlillər Alyansı və əlillərin əmək haqqı qrupu kimi milli qruplar tərəfindən istifadə eilmiş əlillik anlayışlarının tənqid edilməsi ilə yaranmışdır. Bu tənqid "Fiziki pozğunluqları olan insanların ayrı-seçkiliyə qarşı İttifaqı" tərəfindən nəşr edilmiş Əlillərin Fundamental Prinsipləri (1976-cı il) sənədində geniş şəkildə təfsir edilmişdir. Əlilliyin dərk edilməsinin sosial modeli onların əzilməsinin real səbəblərinin aradan qaldırılmasında ilk addımdır.

Beləliklə, daha əvvəl verilən "İnsanı əlil edən nədir?" sualına sosial əlillik modelinin "kultural gözlüyü" ilə baxan insan onu aşağıdakı kimi cavablandıracaq:


  • İnsanlar ətraf mühitdəki fiziki maneələrə görə əlil olurlar

  • İnsanlar informasiya və ünsiyyət imkanından məhrum olduqları üçün əlil olurlar

  • İnsanlar adi məktəblərə və ali təhsil müəssisələrinə gedə bilmədikləri üçün əlil olurlar

  • İnsanlar başqaları ilə bərabər iş imkanlarına malik olmadıqları üçün əlil olurlar

  • İnsanlar yaşayış yerinin olmamasına görə əlil olurlar

  • İnsanlar nəqliyyatdan istifadə edə bilmədikləri üçün əlil olurlar

  • İnsanlar cəmiyyətdə əlilliyə qarşı mənfi münasibət olduğu üçün əlil olurlar

  • İnsanlar sistematik ayrı-seçkiliyin olduğu üçün əlil olurlar

Bu nümunələrin köməyi ilə biz anlayırıq ki, əlillik insan hüquqları ilə əlaqədar məsələdir.

İnklüziv təhsilin təşkili istiqamətində TN tərəfindən 2005-2009-cu illərdə "Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı" həyata keçirilib. Proqram çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun həyata keçirilməsi, inklüziv təlimə keçidin reallaşdırılması, təhsil müəssisələrində bütün uşaqların təhsili üçün bərabər imkanların yaradılması, dövlət himayəsində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, müvafiq təsnifata uyğun olaraq bütün kateqoriyadan olan sağlamlıq imkanları məhdud uşaqların ölkə üzrə qeydiyyatının aparılması vətəhsilə cəlb edilməsi, xüsusi təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının müasir standartlara uyğunlaşdırılması sahəsində önəmli işlər görülüb.

Gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbin nəzdində Heydər Əliyev Fondunun təşəbbüsü ilə mətbəə yaradılmışdır ki, burada Brayl əlifbasında dərslik və dərs vəsaitləri çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri gözdən əlil uşaqların dərsliklərə olan ehtiyacını tam təmin edir. Eyni zamanda, internat məktəbi Almaniyadan gətirilmiş xüsusi kompyuter dəsti ilə təchiz edilmişdir. Bundan əlavə, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən Kanada istehsalı olan "Unitron" eşitmə aparatı ilə təmin edilib.

İnküziv təhsilin özəlliklərindən biri budur ki, ümumtəhsil məktəbləri və uşaq bağçalarının müvafiq siniflərində və qruplarında müəllim və tərbiyəçi ilə yanaşı, müəllim və tərbiyəçi köməkçisi də fəaliyyət göstərməlidir. Əlilliyi olan övladırına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, onların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə uşaqlara və ailələrə dəstək xidmətlərinin yaradılmasıvacib məslələrdəndir.

İnküziv məktəb xüsusi tələbatlarından asılı olmnayaraq, bütün uşaqlara təhsil verən adi (ümumtəhsil) məktəblərdir. Burada əlilliyi olan uşaqlara köməklik göstərilir, hər uşağın tələbatını fərdi qaydada ödəmək üçün müvafiq məktəb kurrikulumu təsdiq edilir. Məktəbdə psixoloq, əmək gigiyenası üzrə terapevt, nitq terapevti və s. mütəxəssislər tərəfindən xüsusi xidmətlər göstərir. "İnklüziya" xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərinə sadəcə olaraq daxil olması deyil. İnklüziv qrup mühitində təlim hər bir uşağın yoldaşları ilə birlikdə tədris prosesində iştirak etmə hüququnu nəzərdə tutur.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün məktəbəqədər müəssisə və inklüziv məktəb arasında əlaqənin, varisliyin olması çox vacibdir. İnklüziv təhsilə valideynlərin, qeyri-hökumət təşkilatlarının, cəmiy-yətin digər vacib qurumlarının diqqətini yönəltmək lazımdır. İnklüziv məktəblərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı metodların yaradılması, onların müxtəlif tədbirlərdə iştirakının təmin edilməsi üzrə xüsisi proqramların işlənib hazırlanması.



"İnklüziv təhsil" modeli xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə yanaşı, onların həyata transformasiyasını və inkişafını nəzərdə tutur. Eyni zamanda bu model daha geniş kateqoriyadan olan uşaqları əhatə edir. Yəni burada sağlamlıq imkanları məhdud olan uşaqlar deyil, həm də kimsəsiz, valideyn himayəsindən məhrum, çətin tərbiyə olunan, davranışında problemlər olan, zərərli vərdişlərə meyl edən, təhsildən kənarda qalan hüquqları pozulan, zorakılığa məruz qalan uşaqlar da aid edilir. İnklüziv təhsil tətbiq edilən təhsil müəssisələrində bütün təhsil alanların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil hüquqlarının tam şəkildə reallaşdırılması üçün onların bərabərhüquqluluğu, təhsil prosesinin hər bir uşaq üçün əlçatan olması, onlara ünsiyyət üçün bərabər imkanlar yaradılması, təlim prosesinin səmərəli təşkil edilməsi prosesə cəlb olunan pedaqoji işçilərin müvafiq bacarıqlara yiyələnməsinin təmin edilməsi, tədris proqramlarında hər bir şagirdin tələbatını nəzərə alması, ailələrin təhsil müəssisələrinin həyatında fəal işrirak etməsi təmin edilməlidir. Yalnız bu halda respublikamızda inklüziv təhsil sahəsində real nəticələr əldə edilə bilər və inklüziv təhsilin əsas prinsipi olan "təhsil-hamı üçün" reallaşır.


Yüklə 173,18 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin