Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim



Yüklə 173,18 Kb.
səhifə17/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   ...   13   14   15   16   17   18   19   20   ...   72
Xüsusi ehtiyaclar

Tipik inkişaf

Xüsusi istedadlar



­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­ ________________________________________________________

Göründüyü kimi ümumtəhsil məktəblərinə cəb olunmuş uşaqların qabiliyyətlərinə şaquli istiqamətdəki kimi, yəni "yüksək", "aşağı", və ya "orta" kimi baxılmır. Onların üfüqi istiqamətdə yerləşməsi, yəni mərkəzdən - "tipik inkişafdan" - sola və ya sağa keçə bilən xətdə göstərilməsi daha məqsədəuyğundur. Adi sinifdə uşaqlar xətdə göstərilən hər üç qabiliyyətlərə malik olur, amma çoxluğun təşkil etdiyi qabiliyyətlər mərkəzdə yerləşir. Buna görə də müəllimlər və mütəxəssislər belə hesab edirlər ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar yalnız müəyyən bacarıqlara yiyələndikdən sonra adi sinfə qəbul oluna bilər, əks halda onlar çoxluğun səviyyəsindən geri qalacaq və ümumiyyətlə, sinfin nailiyyətlərini geri çəkəcəklər. Bir sözlə uşaqların qabiliyyətləri və bacarıqlarından məktəbdə nailiyyət əldə etmək üçün ilkin şərt kimi baxılır. Bu da təlim prosesində uğurlu inteqrasiyaya mane olur. Bir sıra xarici ölkələrin təcrübələri və aparılan tədqiqatlar göstərir ki, inteqrasiyanın uğurlu olub-olmaması təhsilin məqsədlərinin necə başa düşülməsindən asılıdır. Uşaqları ümumtəhsil müəssisələrinə qəbul edərkən onların olan və ya olmayan ilkin qabiliyyətlərinə yox, ehtiyaclarına diqqət yetirmək lazımdır və həmin ehtiyacları nəzərə alaraq hər biri üçün xüsusi məqsəd qoyulmalıdır. Xüsusi təhsil ehtiyacları termini və ümumiyyətlə, "təhsildə ehtiyaclar" konsepsiyası ilk dəfə 1981-ci ildə İngiltərədə işlənmişdir. Bu konsepsiyadan əvvəl uşaqların tibbi diaqnozlarına diqqət yetirilirdi və onların inkişaflarını təsvir etmək üçün tibbi terminlərdən istifadə edilirdi.

Məktəbə ilk gündə qədəm qoyan xüsusi qayğıya ehtiyacı olan şagirdlər zaman getdikcə uyğunlaşırlar və bundan ən çox sevinən valideynlər olur. Onlar öz sevinclərini gizlədə bilmirlər. Çünki bu həm də onların nailiyyətləridir. Valideynlər öz uşaqları ilə birlikdə çalışır, onların dünyasına daxil olur və bu körpələrlə birlikdə problemləri aradan qaldırırlar.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara cəmiyyətə daxil olmaq və onları əhatə edən mühitlə ünsiyyət yaratmaq imkanı verək, uşağın həyat və bəşəriyyət haqqında biliklərə yiyələnməsi üçün şərait yaradaq. Məlimdur ki, sağlamlığının nə qədər ciddi olmasından asılı olmayaraq hər bir uşaq öyrənməyə qadirdir.

Uşağın erkən inkişaf dövrü (0-3 yaş) insan ontogenezində (Hər bir canlının dünyaya gəldiyi vaxtdan ölənə qədər keçirdiyi dövr postnatal ontogenez adlanır. Ontogenezin mənası fərdi inkişaf deməkdir. Cinsiyyətli çoxalan orqanizmlərdə fərdi inkişaf-ontogenez mayalanmış yumurta hüceyrəsindən-ziqotdan başlayır. Bu insanda yumurta hüceyrəsinin mayalandığı andan başlayaraq orqanizm ölənədək davam edir. Ontogenezi 2 dövrə bölmək olar: bətndaxili dövr və bətnxarici dövr-postembrional inkişaf) neyro-psixi funksiyaların təşəkkül etdiyi mühüm dövrdür. Uşaq həyatının ilk illərində köməksiz bir canlıdan mobil, sosial cəhətdən fəal insanadək yol keçir. Məhz erkən uşaqlıq dövründə gələcək inkişafın vacib komponentləri mənimsənilir: psixi fəaliyyətin, emosional və motivasiya sahələrinin əsası qoyulur, müstəqil hərəkətlərə və nitq fəaliyyətinə hazırlıq gedir. Erkən uşaqlıq dövrü həm də psixoloji-pedaqoji təsir nöqteyi nəzərindən çox əhəmiyyətli dövrdür. Buna görə də inkişafda olan pozulmaların erkən diaqnostikası vacib bir məsələyə çevrilir. İnkişafın pozulmasının fərdi strukturunun kompleks müayinəsi ilkin qüsurun dərəcəsinin və sosial faktorların inkişafı gedişinə təsirinin müəyyənləşdirilməsini, yanaşı xəstəliklərin və uşağın somatik vəziyyətinin xarakteristikasını nəzərdə tutur. Erkən kompleks diaqnostika 3 blokdan ibarətidir:


  • Sosial blok;

  • Tibbi blok;

  • Psixoloji-pedaqiji blok.

Erkən yaş dövründə qeyri-adekvat sosial mühitin təsiri altında uşağın psixofiziki inkişafı pozulur, beyin strukturlarının yetişməsi prosesi deformasiya olur, analizatormararası əlaqələrin formalaşması ləngiyir. Buna görə də erkən diaqnostika prosesində sosial blok böyük əhəmiyyətə malikdir. Erkən yaş dövrünün diaqnostikasında tibbi blokun rolu əvəzedilməzdir. Tibbi diaqnostika nəticəsində ilkin nöqsanın strukturu, yanaşı gedən pozulmalar, patoloji prosesin xüsusiyyətləri, nöqsanın etiologiyası və patogenizi və nəhayət, klinik diaqnoz müəyyən edilir. Uşağın psixonevroloji, somatik və antropometrik statusu müəyyənləşəndən sonra, tibbi korreksiyanın (cərrahi müdaxilədən uzunmüddətli bərpaedici müalicəyədək) vaxtı və metodları təyin edilir. Xüsusi müəllim və xüsusi psixoloqun səriştəsində olan psixoloji-pedaqoji blok inkişafın aktual səviyyəsini müəyyənləşdirməklə, inkişaf və korreksiyaedici proqramların həyata keçirilməsinin zəruriliyini əsaslandırır.

Hər üç mərhələdə, valideynlərin fəal iştirakı uşağın sağlamlığının, fərdi təliminin və psixoloji problemlərinin maksimal həllinə kömək edir. Ümumiyyətlə, xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyası məktəbəqədər yaş dövründən, onların sosial inteqrasiyasından başlamalıdır. Bu zaman inkişafında problemləri olan uşaqlar zəruri məsləhəti dəstəklə, pedaqoji-korreksion və tibbi-sosial köməklə təmin edilirlər. İnklüziv tərbiyə və təlimin inkişafı xüsusi və kütləvi təhsil arasında yeni münasibətlərin yaranmasına zəmin yaradaraq, onların arasındakı maneələri aradan qaldırıb, sərhədləri şəffaf edəcək.



Yüklə 173,18 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin