Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim



Yüklə 173,18 Kb.
səhifə15/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   ...   11   12   13   14   15   16   17   18   ...   72
Cəlbetmə - mümkün olduqca sağalmlıq imkanları məhdud olan uşaqların fikirlərini soruşsun, çünki onlar fəaliyyət üzrə daha yaxşı ideyalar irəli sürə bilərlər.

  • Dərsin keçiriləcəyi ərazi - çöl şəraitində keçirilən (həyəyanı sahə və ya meydança) dərslərdə nisbətən hamar sahələr seçilməlidi. Çünki bu uşaqlar üçün vacib rol oynayır.

  • Dəyişikliklər - bütün uşaqların birgə oynaya bilməsi üçün oyunun necə dəyişdirilməsi barədə əvvəlcədən qərar qəbul edilməlidir. Ən vacibi odur ki, oyun sağlamlıq imkanları məhdud olan uşaqların ehtiyaclarını ödəyə bilməlidir.

    Xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların sağlamlığına uyğun mühitdə, qabiliyyət və imkanlarına, onların cəmiyyətdə adaptasiyasını və cəmiyyətdə inteqrasiyasını, həmçinin özünəxidmət vərdişlərinə yiyələnmələri, əmək fəalyyətinə və ailə həyatınahazırlığını təmin etməkdir. Xüsusi təhsilin təşkili bir neçə formada həyata keçirilə bilər.

    1. Sağlamlıq imkanlar məhdud olan şəxslər xüsusi təhsil müəssisələrində

    2. Ev şəritində

    3. Əsasnamədə nəzərdə tutulmuş formada ümumtəhsil müəssisələrində ala bilərlər.

    Sonuncu halda Tibbi-Psixoloji-Pedaqoji Komissiyanın yekun rəyi olmalıdır.

    Xüsusi təhsil müəssisələrində aparılan təlim tərbiyə işləri şagirdlərin əqli və ya fiziki qüsurlarını, onların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə şagirdlərin mövcud tədris proqramları həcmində bilikalmasına, onların müəyyən sahələr üzrə bacarıq vəvərdişlərinin inkişaf etdirilməsinə, fiziki və estetik tərbiyəsinin inkişafına xidmət edir. Xüsusi təhsilə ehtiyacı olan şagirdlərlə pedaqoji işin sistemində başlıca fərqləndirici cəhət korreksion istiqamətin olmasıdır. Xüsusi pedaqogikada iki spesifik didaktik prinsiplər fərqləndirilir.

    1. Təlim-tərbiyənin korreksion istiqaməti prinsipi

    2. Diferensial təlim prinsipi

    Sağlamlıq imkanları məhdud olan uşaqların düzgün başa düşülməməsi və onlara laqeydlik bu uşaqların ailələrində, icmada, məktəbdə və daha geniş cəmiyyətdə təcrid olunmasına gətirib çıxarır. Odur ki, istər məktəb, istərsə təhsil orqanları, istərsə də valideynlər bu cəhəti nəzərə almalı və belə uşaqlardan, onların inklüziv təhsillərindən öz qayğılarını əsirgəməməlidirlər.

    Sağlamlığı məhdud olan uşaqlar tez yorulur, onların diqqəti yayınır, iş zamanı müxtəlif neqativ davranış xüsusiyyətləri özünü biruzə verir. Belə halların aradan qaldırılması ə qarşısının alınması, həmçinin işgüzarlıq müddətini və səviyyəsini artırmaq üçün valideyn müxtəlif fəaliyyət növlərindən istifadə etməli və onları tez-tez dəyişmək lazımdır.

    Ümumiyyətlə sağlamlığı məhdud olan uşaqlar tərəfindən yerinə yetirilən tapşırıqlar onların həddən artıq yorulmasına və ya qıcıqlanmalarına gətirib çıxarmamalıdır. Odur ki, istirahət dəqiqələri hər hansı tapşırığın yerinə yetirilməsindən sonra aparılsa yaxşıdır. Bu həm də görülən işin səmərəliliyinə müsbət təsir göstərir, onlara özünəinam vərdişlərinin formalaşmasına gətirib çıxarar.

    Sağlamlığı məhdud olan uşaqların tərbiyəsində valideynlər bəzi şərtləri nəzərə almalıdırlar:

    − Psixoloji cəhətdən elə şərait yaratmalıdır ki, o xəstəliyini hiss etməsin

    − İstirahət mərkəzləri və sanatoriyalar elə təşkil olunmalıdır ki, uşağın sağlamlığına kömək etsin.

    − Uşaqlara mehribanlıqla və 4 yaşdan yuxarı şəxsiyyət kimi rəftar etmək lazımdır.

    − Boy və orqanizmin inkişafı üçün hormonal preparatlardan həkimin məsləhəti ilə istifadə etsin.

    − Hərdən valideynlər bütün məşğələlər boyu uşağa kömək edirlər, amma hər məşğələdə bu köməklik azaldılmalıdır.

    − Uşağın yerinə yetirə bildiyi hər tapşırığı müsbət qiymətləndirməli və rəğbətləndirməlidir.

    − Fəaliyyət növlərini bir-biri ilə tez-tez əvəzləndirmək lazımdır, çünki sağlamlıq imkanları məhdud olan uşağın tez yorulmağa ixtiyarı var.

    − Məşğələlər zamanı oyun formalarından tez-tez istifadə etmək lazımdır.

    − İşıqlandırma prosesinə düzgün əməl olunmalıdır.

    Məşğələləri keçirən valideyn, tərbiyəçi və müəllim daim axtarışda olmalı, uşağın düzgün tərbiyəsi üçün yeni yollar və üsullar tapmalıdırlar.




    Yüklə 173,18 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   11   12   13   14   15   16   17   18   ...   72




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin