İxtisas: Psixologiya Kurs: I fənn



Yüklə 118,5 Kb.
səhifə16/79
tarix01.01.2022
ölçüsü118,5 Kb.
#105539
1   ...   12   13   14   15   16   17   18   19   ...   79
Dinamik stereotip. Siqnalların mərkəzi sinir sisteminə müəyyən nizamlı sistem halında təsiri öz növbəsində onun fəaliyyətində xüsusi sistemlik yaradır. Dinamik stereotip məhz bu sistemliyi özündə əks etdirir. İ.P.Pavlovun tərifinə görə, dinamik stereotip beyin qabığının kompleks qıcıqlardan doğan kompleks fəaliyyəti kimi başa düşülməlidir. Bu kompleksə daxil olan qıcıqlar ardıcıllığı və müddəti bir-birinə təsir edir, onların hər birinin ayrılıqda doğurduğu nəticə özündən əvvəl və sonrakı qıcığın effektindən asılıdır. Dinamik stereotip çətin yaranır, əmələ gəldikdə isə uzun müddət davam edir və orqanizmin qazandığı müəyyən vərdiş, uyğunlaşma və davranış aktı kimi təzahür edir. Qazanılmış stereotiplər daimi funksional hallar olmayıb, müəyyən şəraitdə güclü bioloji tələbatların təsirindən dəyişilə və biri digərini əvəz edə bilər. İnsan və ali heyvanların həyatında dinamik stereotipin olduqca böyük əhəmiyyəti vardır. Belə ki, formalaşmış stereotiplər sayəsində beyin daha asan işləyir və onun fəaliyyətində avtomatizm daha tez yaranır.


Yüklə 118,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin