İxtisas: Psixologiya Kurs: I fənn



Yüklə 118,5 Kb.
səhifə14/79
tarix01.01.2022
ölçüsü118,5 Kb.
#105539
1   ...   10   11   12   13   14   15   16   17   ...   79
Qıcıqların fərqlənməsi. it üzərində aparılan növbəti təcrübədən müəyyənləşir ki, heyvanqıcıqları bir-birindən ayıra bilir. Buna qıcıqların fərqləndirilməsi deyilir, yəni təcrübə zamanı tətbiq olunan qıcıqları qəbul edən mərkəzlər birinci halda oyanır, ikinci halda isə ləngiyir. Təcrübə zamanı itin qarın nahiyyəsinə qaşındırıcı təsir edib, ekranda işıq yandırılır, sonra qida verilir. Bu şərti refleks möhkəmləndirilir. Daha sonra bu iki təsirdən birini davam etdirib digərini saxlayırlar. Nəticədə itdə həmin qıcıqlandırıcıya qarşı reaksiya yaranmır, yalnız saxlanılan qıcığa qarşı mədə şirəsi ifraz olunur.

Şərti ləngimə. Məsələn, metranomun zərbəsinə qarşı şərti refleks əldə etdikdən sonra həmin şərti qıcığı, başqa bir qıcıqla, zəngin səsi ilə eyni vaxtda tətbiq edirlər. İt ilk qıcığa qarşı tüpürcək ifraz edir. Çünki ikinci qıcıq qida ilə möhkəmləndirilməyib, ancaq tək metronomun səsinə tüpürcək ifraz edir. Deməli, ikinci şərti qıcıq, yəni zəng səsi qida ilə möhkəmləndirilmədiyi üçün bir neçə təcrübədən sonra ləngidici təsir edir.

Xarici ləngimə. Pavlova görə MSS-nə gələn hər hansı qüvvətli qıcıq orada qüvvətli oyanma nöqtəsi əmələ gətirir. Bu oyanma bütün başqa mərkəzlərin, o cümlədən tədqiq olunan şərti refleks mərkəzinin ləngiməsinə səbəb olur. Xaricdən verilən qıcığın təsiri altında şərti refleksin zəifləməsi və ləngiməsinə səbəb olur:

1) Burdan belə bir nəticə çıxır ki, güclü qıcıqların təsirindən refleks sönə bilər, buna hüdudxarici ləngimə deyilir. Bu ləngimə şərti siqnalın şərtsiz siqnala təkrar möhkəmləndirilmədiyi hallarda daha tez baş verir.

2) Orqanizmin xarici və daxili mühitinin dəyişilməsi yaranmış şərti refleksi ləngidir. Buna müvafiq olaraq, şərti refleksin xarici (şərtsiz) və daxili (şərti) ləngiməsi müəyyənləşdirilmişdir. Xarici ləngiməyə səbəb, əksər hallarda, bə- lədləşmə şərtsiz reflekslər, habelə, müxtəlif şərti reflektor aktlardır.

3) Gecikən ləngimə forması da mövcuddur. Şərti siqnalla şərtsiz siqnal arasındakı vaxtı uzatdıqda şərti reaksiyanın baş verməsi ləngiyir.

4) Mənfi və müsbət əhəmiyyətli qıcıqların fərqləndirilməsi zamanı şərti siqnalla əmələ gələn refleks ləngiyə bilər. Buna fərqləndirici ləngimə deyilir. Müsbət və mənfi siqnallar qarşılıqlı surətdə fərqləndirici ləngiməni yarada bilər. Müsbət qıcıqlar mənfilərə qarşı yaranan refleksləri və ya əksinə, mənfi siqnallar müsbət siqnallara qarşı yaranan refleksləri söndürə bilər.

Oyanma və ləngimə mahiyyətcə dinamik proses olub, əksər hallarda gözlənilmədən baş verir və yox olur. Bu xassənin əsasını bir sıra qanunauyğunluqlar təşkil edir. Bunlara oyanmaların yayılması və ya irradiasiya, cəmlənməsi və ya konsentrasiya, birbirini gücləndirməsi və ya yenidən doğurması - induksiya hadisələri aiddir.

Oyanma ləngimə doğurursa və onu gücləndirirsə, bu mənfi induksiya və müsbət induksiyadır. Hər iki sinir hadisəsinin qarşılıqlı təsiri həm irradasiya və kon- sentrasiyanın, həm də induksiyanın xassələri ilə əlaqədardır.

Şərti reflekslərin mühüm xassələrindən biri onların tədricən ixtisaslaşmasıdır. Şərti reflekslərin ixtisaslaşması dəyişilən mühit şəraitinə daha düzgün və adekvat cavabların verilməsini təmin edir.




Yüklə 118,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin