İxtisas: Psixologiya Kurs: I fənn


Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru Plan



Yüklə 118,5 Kb.
səhifə11/79
tarix01.01.2022
ölçüsü118,5 Kb.
#105539
1   ...   7   8   9   10   11   12   13   14   ...   79
Müəllim: Novruzi Nurlana Azad q.

nnurlana91@mail.ru



Plan:

  1. Şərti reflekslərin funksional arxitektonikası.

  2. Şərti əlaqələrin qapanma mexanizmləri.

  3. Şərti reflekslərin ləngiməsi və onun mexanizmi.

  4. Xarici və daxili ləngimə.

  5. Daxili ləngimənin növləri.


Şərti refleks. İ.P.Pavlova görə əvvəlcədən yaranan hər hansı qıcıq və ya cavab şərtsiz cavab adlanır. Orqanizmə əvvəlcə yabanı (indiferent) olan və yalnız təkrar təsirlərdən sonra müəyyən reaksiya doğuran qıcıq - şərti qıcıq, ona verilən reaksiya isə şərti reflektor cavab adlanır. Təcrübəyə əsasən, itə yemək verməzdən əvvəl hər dəfə itin gözü qarşısında işıq yandırılsa, bir müddət sonra yemək verilməsə belə, işıq yandırıldıqda itin mədəsində şirə ifraz olunacaq. Deməli, şərtsiz qıcıq (qida) və şərti qıcıq (lampa işığı) orqanizmə dəfələrlə birgə təsir etdikdə, işıq da bioloji əhəmiyyətli qıcıq və ya siqnal funksiyası qazanır. Burada əsas mexanizm ondan ibarətdir ki, heçbir əhəmiyyəti olmayan hər hansı qıcıq, şərtsiz refleks törədən qıcıqla bir vaxtda fəaliyyətə başlamalı və təsir göstərməlidir. Şərtsiz qıcıq şərti qıcıqla yanaşı getməli və onu möhkəmləndirməlidir.

Şərti qıcıq və ya şərti siqnal kimi işıqdan, zəngdən, fitdən, musiqi tonlarından, elektromaqnit kameralarından, dərini mexaniki qıcıqlandıran qaşovlardan, dərini soyudan və qızdıran, əzələ təqəllüsünü dəyişdirən aparatlardan, bədənin məkanda tutduğu vəziyyətdən, daxili üzvlərin vəziyyətindən, orqanizmdə gedən maddələr mübadiləsinin dəyişməsindən, bir sözlə bütün eksteroseptiv və proprioreseptiv qıcıqlardan istifadə etmək olar. Şərti qıcıqlar iki cür olur. Onların bir qrupu heyvanın təbii ehtiyacları ilə əlaqədardır (qoxu, qidanın forması, rəngi və s.), bunlara təbii şərti qıcıqlar deyilir.

İkinci qrup isə təcrübə şəraitində tətbiq olunan şərti qıcıqlardır (işıq, zəng səsi və s.), bunlara süni şərti qıcıqlar deyilir.

Şərti reflekslərdən fərqli olaraq, şərtsiz reflekslərin icrası, əsasən, mərkəzi sinir sisteminin ibtidai şöbələrində, yəni, qabıqaltı nüvələr, beyin sütunu və onurğa beyni vasitəsilə olur. İnsanda və meymunda funksiyaların beyin qabığında yerləşməsi ilə əlaqədar olaraq, bir sıra şərtsiz reflekslər mütləq yarımkürələrin iştirakı ilə həyata keçirilir. Tədqiqiatlarla müəyyən olunmuşdur ki, beyin yarımkürələri tamamilə kəsilib çıxarılmış itlərdə əməliyyatdan əvvəl yaradılmış şərti reflekslərin hamısı itir və onlarda artıq belə şərti əlaqələr yaratmaq mümkün olmur. Deməli, şərti refleksin qövsü beyin qabığında qapanır.




Yüklə 118,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin