İxtisas: Psixologiya Kurs: I fənn



Yüklə 118,5 Kb.
səhifə12/79
tarix01.01.2022
ölçüsü118,5 Kb.
#105539
1   ...   8   9   10   11   12   13   14   15   ...   79
Şərti refleks növləri

İ.P.Pavlov şərti refleksin aşağıdakı növlərini qeyd etmişdir:

1. Şərti tüpürcək refleksi. Birinci dərəcəli reflekslərə aid edilir. Şərti refleks ilk dəfə tüpürcək vəzilərində öyrənilmişdir. Tüpürcək, mədə və pankreas vəzilərinin şərti şirə ifrazına birlikdə şərti qida refleksləri deyilir. Bunların əhəmiyyəti, qida qəbulundan əvvəl qidanın həzmi üçün lazımi əlverişli şəraiti yaratmaqdır.

2. Şərti hərəki refleks. Bunlar iki yerə bölünür: şərti hərəki qida refleksləri və şərti hərəki müdafiə refleksləri.

3. Şərti ürək və qan damar refleksi. İnsanda göz almasına düşən azacıq təzyiq ürək fəaliyyətini ləngidir, onun döyünmələrinin sayını azaldır. Buna şərti göz-ürək refleksi deyilir

4. Vaxta qarşı şərti refleks. Burada şərti qıcıq olaraq vaxt götürülür. Əgər təcrübə müddətində hər dəfə eyni vaxtda itə yemək verilsə və ya onun ağzına turşu məhlulu tökülsə, bir neçə dəfə təkrardan sonra, həmin vaxta qarşı şərti ağız şirəsi ifrazı refleksi yaranacaqdır.

5. Ali dərəcəli şərti reflekslər. Şərtsiz reflekslər əsasında yaradılan şərti reflekslərə birinci dərəcəli şərti reflekslər deyilir. Bir müddət təkrarlanaraq möhkəmlənmiş hər hansı bir refleks, yeni fərqli şərti refleks almağa şərait yaradır. Bunlara ikinci dərəcəli və ya ali dərəcəli şərti refleks deyilir. Bu reflekslərin yaranması üçün əvvəlcə hər hansı şərtsiz və şərti qıcıq, məsələn, qida və zəngin çalınması eyni vaxtda tətbiq edilir və sabit şərti qida refleksii yaradılır. Sonra zəng səsi ilə başqa şərti qıcığı, məsələn, dərinin qaşınmasını eyni vaxtda tətbiq edirlər. Bu zaman əvvəlcə bir neçə saniyə ərzində dəri qıcıqlandırılır, sonra zəng çalınır və şərtsiz qıcıqdan isə istifadə edilmir. Beləliklə, təkcə dərinin qaşınması şərti qida refleksinin yaranmasına səbəb olur.

6. Şərti interoreseptiv reflekslər. İtin mədəsinə iki fıstula qoyulur. Onlardan biri ilə mədəyə ilıq su daxil edilir, digərindən isə həmin su xaricə axıdılır və beləliklə, onun reseptorları müəyyən vaxt ərzində temperatur təsirinə məruz qalır. Eyni zamanda onun ayağı elektriklə qıcıqlandırılır. İt bu zaman pəncəsini çəkir. Əməliyyatı bir neçə dəfə təkrar etsək, onda heyvan elektrik qıcığı almasa da, mədənin yuyulmasına qarşı şərti hərəki reflekslə cavab verəcəkdir. Bu təcrübə mədə reseptorlarının iştirakı ilə yaranmış şərti müdafiə - hərəki refleksə misaldır. Mədə divarının mexaniki qıcıqlandırılması ilə qidanın verilməsi eyni vaxtda bir neçə dəfə təkrar edildikdən sonra təkcə mədənin qıcıqlandırılması tüpürcək ifrazına səbəb olur. Bunlar interoreseptorlardan alınan şərti qida refleksləridir.




Yüklə 118,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin