İxtisas: Psixologiya Kurs: I fənn


Beynin inteqrativ fəaliyyətinin quruluş – funksional əsasları



Yüklə 118,5 Kb.
səhifə8/79
tarix01.01.2022
ölçüsü118,5 Kb.
#105539
1   ...   4   5   6   7   8   9   10   11   ...   79
Beynin inteqrativ fəaliyyətinin quruluş – funksional əsasları. İnteqrativ funksiya dedikdə baş-beyin yarımkürələrinin və çoxlu qabıqaltı strukturların birlikdə analitik sintetik fəaliyyəti başa düşülür. Bu funksiyalara - təlimalma, yaddaş, düşüncə, nitq, şüur və başqaları aiddir - adətən bunlar sinir sisteminin ali funksiyası adlanır.

Baş beyin tam törəmə kimi aşağıdakı aparıcı mexanizmlər əsasında daimi olaraq fəaliyyət göstərir.



  1. Qabıqaltı törəmələrin baş beyin qabığına qalxan fəallaşdırıcı təsiri.

  2. Qabıq neyronlarının qabıqaltı törəmələrə enən (fəallaşdırıc və ləngidici) təsiri.

  3. Oyanmanın qabıq- qabıqaltı reverberasiyası (təkrarlanan dövriyyəsi)

  4. Qayıdan afferentasiyanın köməyi ilə əldə edilmiş nəticələrin parametrlərinin qiymətləndirilməsi.

  5. Dominantlığın mexanizmi.

  6. Sağ və sol yarımkürələrin bir-birini qarşılıqlı olaraq tamamlaması.

Orqanizmin həyat fəaliyyəti üçün faydalı nəticəni əldə etməkdən ötrü müxtəlif səviyyəli beyin strukturları qəti surətdə seçilərək funksional sistemlərə cəlb olunur. Bu neyronların sinaptik törəmələrinə, həmçinin beyin neyronlarının postsinaptik reaksiyalarına da aiddir. Beyin vahid bir törəmə kimi funksional sistemin bir sıra mərkəzi mexanizmlərini, homeostatik, davranış və psixi səviyyələrdə birləşdirir.


Yüklə 118,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin