İxtisas: Psixologiya Kurs: I fənn



Yüklə 118,5 Kb.
səhifə6/79
tarix01.01.2022
ölçüsü118,5 Kb.
#105539
1   2   3   4   5   6   7   8   9   ...   79
Şərtsiz refleks növləri

Mühüm bioloji əhəmiyyətə malik olan reflekslərin ilk təsnifatını 1926-cı ildə I.P.Pavlov vermişdir. A.D.Slonim şərtsiz refleksləri 3 əsas qrupa bölmüşdür:



  1. Maddələr mübadiləsini və orqanizmin daxili mühitinin sabitliyini mühafizə edən reflekslər (qida və hemostatik reflekslər);

  2. II. Xarici mühitin təsirlərinə və onların dəyişilmələrinə verilən reflektor reaksiyalar (müdafiə, mühit və ya vəziyyət refleksləri);

  3. III. Növün nəslini mühafizə edən reflekslər (cinsi, valideyn, ictimai davranış refleksləri və s.).

Məməlilərdə inkişafın ilk mərhələlərində əvvəlcə birinci qrup şərtsiz reflekslər, onların ardınca ikinci və üçüncü qrup reflekslər meydana çıxır. Mühitin mürəkkəbləşməsi, hiss üzvlərinin inkişafı funksiyalarının müxtəlifləşməsi onların formalaşmasını sürətləndirir. Hər üç qrup reflekslər sonralar orqanizmin fəaliyyətində mühüm rol oynayır. Səciyyəvi xüsusiyyətlərinə görə şərtsiz refleksləri 6 qrupa bölmək olar:

1) Qida refleksləri. Bunlar qidalanmanı təmin edən ref lekslərdir. Buraya əmmə, qidanı tutma, çeynəmə, ağız şirəsi ilə islatma, udma, mədə və pankreas şirələrinin ifrazı və s. reflekslər daxildir.

2) Müdafiə refleksləri. Bunların formaları olduqca çoxdur. Nəfəs yoluna toz və zərərli qazlar düşdükdə əmələ gələn asqırma və öskürmə refleksləri, həzmdə yaranan pozğunluq zamanı öyümə, qusma refleksləri, gözə kəskin işıq düşdükdə gözün və bəbəyin daralması refleksləri, düşmənlə mübarizə refleksləri və i.a.

3) Cinsi reflekslər. Bunlar cinsi aktların icrası, nəsilver-mə, nəsil qayğısına qalma ilə bağlı olan reflekslər dir.

4) Xəbərdarlıq refleksləri. Buraya xarici mühitdə baş verən müxtəlif dəyişmələrdən, eləcə də orqanizmin məkandakı vəziyyətindən xəbərdarlığı təmin edən reflekslər aiddir. Qəfildən göz qabağından keçən cisim və ya hadisəyə doğru başm və gözün hərəkəti, qeyri-adi səsə qulaqların şəklənməsi və s. bu kimi reflekslərə aiddir.

5) Statogenetik və lokomotor reflekslər. Bədənin məkanda vəziyyəti və hərəkəti ilə əlaqədar olan reflekslər dir.

6) Daxili reflekslər. Daxili orqanların tənzimi ilə əlaqədar olan reflekslərdir. Qusma, defekasiya, qan təzyiqinin reflektor tənzimi belə reflekslərdəndir.


Yüklə 118,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin