Əksetmə və aydınlaşdırma. Müəllim mövcud vəziyyəti belə şərh edir ki, indi o, valideynlərə bu vəziyyəti anlamaqda imkan yaratmışdır. Müəllim yarabnan şəraiti bir daha açıqlayır və qaranlıq qalan məsələlərə aydınlıq gətirir.
Uyğunlaşdırma. Müəllim valideyndən məsələyə yeni üsulla yanaşmağı tələb edir və konkret problemin müxtəlif həlli yollarını açıqlayır. Məsələn valideynlər uşaqlarının davranış problemini izah edirsə, müəllim onu inandıra bilər ki, uşa heç bir çətinlik yaratmır - o, sadəcə müəyyən vəzifəni icra etməyə qadir deyildir.
Ailələri əməkdaşlığa cəlbetməyin ən yaxşı üsullarından biri ailələri sinfə dəvət etməkdir. Bu təcrübə valideynlərə uşaqları ilə evdə işləmək üsulunu öyrədir. Bəzi valideynlər dərhal sinifdəki fəaliyyətə qoşula bilərlər; diğər valideynlərə isə bu mənada ola bilsinyardım lazımdır. Ailələrlə əməkdaşlıq yaratmaq üçün valideyn iclasları keçirməli, uşaqların və onların ailələrinə ildə iki, yaxud üç dəfə baş çəkməli valideyn yardım qrupları yaradılmalıdır.
Dostları ilə paylaş: |