İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


Psixikanın fəaliyyətində müdafiə mexanizmlərinin rolu



Yüklə 205,09 Kb.
səhifə48/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   44   45   46   47   48   49   50   51   ...   112
Psixikanın fəaliyyətində müdafiə mexanizmlərinin rolu.

Bütün insanlar sağlam və ya xəstə olmalarından asılı olmayaraq, onları narahat edən hisslərdən və xatirələrdən azad olmaq məqsədi ilə müdafiə mexanizmlərindən istifadə etmək məcburiyyətindədirlər. Müdafiə mexanizmləri bizim şüurumuzdan asılı olmadan həyata keçirilir, təşvişi aradan götürməyə xidmət edir, psixikanın normal fəaliyyətini təmin edir. Deyilənlərlə yanaşı, onu da qeyd etmək lazımdır ki, insan əsas funksiyalarını yerinə yetirərkən, bir çox reallıqları nəzərəçarpacaq dərəcədə dəyişdirir. Bu qəbildən olan mexanizmləri yetkinləşməmiş müdafiə mexanizmləri adlandırırlar. Digər qrup mexanizmlər əksinə, problemin konstruktiv həllinə yönəlir, şəxsiyyətin inkişafına şərait yaradır. Belə mexanizmlər yetkin mexanizmlər adını almışdır.

İnsan böyüdükcə onun qarşısına müəyyən çətinliklər çıxır ki orqanizm hər zaman bu çətinliklərə qarşı özünü müdafiəyəyə ehtiyac duyur. Eqo bu orqanizmin məhv olmaması üçün bu müdafiə mexanizmlərini yaradır.  Bu mexanizm insanın inkişafında böyük rolu vardır. Müdafiə mexanizmləri ego tərəfindən yaradılır və idlə supereqo qarşıdurmasında ortaq bir nəticəyə gəlmək üçün və özünü rahatlatmaq üçün istifadə edilir. Bu orqanizmin inkişafına və özünü müəyyən hisslərdən daha yaxşı müdafiə etməsinə kömək edir.

Psixoloji müdafiə ilk dəfə xüsusi psixoloji termin kimi freydizmdə öyrənilməyə başlanılmış, sonralar isə müxtəlif psixoloqların diqqətini cəlb etmişdir. Müdafiə-- hərbi, idman vəs. sahələrdə geniş tətbiq olunur. Müdafiə həm də psixoloji xarakter daşıya bilər: bu cəhəti ifadə etmək üçün alimlər " psixoloji müdafiə" söz birləşməsindən istifadə edirlər.

Psixoloji müdafiənin geniş yayılmış formalarından biri iddia səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır. Lakin dəqiq müəyyən edilmişdir ki, psixoloji müdafiəni təkcə iddia səviyyəsinin aşağı düşməsi ilə məhdudlaşdırmaq olmaz. O, daha geniş mənaya malikdir.

Psixoloji müdafiə xüsusi tənzimedici sistem kimi özünü göstərir. Bir çox hallarda insan situasiyanı sadəcə olaraq dəyişə bilmir: İbn-Səlamın vəziyyətini təsəvvür edə bilirsinizmi? O, bu şəraitdə neyləməli idi? Müəyyən edilmişdir ki, " Mən-obraz" üçün təhlükəli olan şəraiti, hiss və həyəcanları neytrallaşdırmaq zərurəti meydana çıxdıqda , şəxsiyyət psixoloji yollarla özünü müdafiə etməyə başlayır.

O, bir halda özünə təsəlli verir və ya haqq qazandırır, öz səhvlərini etiraf edir və ya haqq qazandırır, öz səhvlərini etiraf edir və ya şəri özgənin üstünə atır, başqa bir halda hadisələri rasionallaşdırır, "ağzı ətə çatmır", deyir ki," ət iy verir" üçüncü bir halda, özünəməxsus motivləri, əməlləri, əlamətləri və ya xassələri başqasının adına çıxır (" Adımı sənə qoyum, səni yana-yana qoyum"), özünü sadəcə olaraq rastlaşdığı adamlarla eyniləşdirir ( identifikasiya) və yaxud onu ələ salmaq, dolamaq məqsədi ilə sözlərin mənasını dəyişir, " sözün doğrusunu zarafatda deyir", bəzənisə nəyi isə, kimi isə inkar edir. Frustrasiya şəraitində psixoloji müdafiənin xarakteri dəyişir. İnsan belə hallarda adətən müxt. çətinliklərlə rastlaşır, onları aradan qaldıra bilmir, özünün düşdüyü bu vəziyyətə görə kimi isə günahkar sayır, kimi isə hədələyir ( "Görsün onun başına nə oyun açacağam"), bu və ya digər adama qarşı kobudluq etməyə, ona hətta düşməncəsinə yanaşmağa başlayır. Bir çox hallarda isə o, öz rəqibini təxəyyülündə canlandırır və " ürəyindən tikan çıxana qədər" ondan intiqam alır. Bəzən isə frustrasiya şəraitində insan özünə qarşı aqressiv münasibət bəsləyir: özünü döyür, paltarını cırır və.. öz-özünə sakitləşir.

Qeyd etmək lazımdır ki, psixoloji müdafiə heç də həmişə adekvat formalarda ifadə olunmur. Biz elə hallara rast gəlirik ki, insan ya psixoloji müdafiənin formalarından düzgün istifadə etmir, ya da özünü q\ adi şəkildə müdafiə edir, bu zaman onun davranışında nevrotik və bəzi başqa simptomlar müşahidə olunur. Bu isə təsadüfi deyildir. Psixoloji müdafiənin məzmunu və forması insanın sosial yetkinliyi ilə bilavasitə əlaqədardır.



Beləliklə aydın olur ki, insan psixoloji müdafiə vasitəsilə, bir tərəfdən, özünün davranış və rəftarını, digər tərəfdən isə qarşılıqlı münasibətlərini tənzim edir. Bu psixoloji müdafiənin əsas funksiyasıdır. Onun mahiyyətini də ancaq bu baxımdan təhlil etmək lazımdır. Z. Freyd psixoloji müdafiəni də biolojiləşdirirdi. O psixoloji müdafiənin mahiyyətin əslində insanın şüursuz ( seksual ) instinktləri ilə izah edirdi. Psixoloji müdafiə insanın davranış və rəftarında xüsusi tənzimedici sistem kimi meydana çıxır. Məhz buna görə də onun köklərini şüursuzluqda deyil, ancaq şüurda--şüurun tənzimetmə funksiyasında--axtarmaq lazımdır.

Aşağıda ən çox istifadə olunan müdafiə mexanizmlərinə baxaq:


  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin