Təlqin və özünütəlqin haqqında anlayış.
Bir çoxları varki belə hesab edirki, təlqin yalnız sinir sistemi zəif və psixi cəhətdən tam sağlam olmayan ,iradəsiz adamlara təsir edən amildir.Belə mülahizələri şərh edən tanımış İsveçrə alimi məqsəsdyönlü psixoterapiyasının atası sayılan Dübua qeyd edirdiki,təlqinə həssaslığı ruhi zəiflik ,isterik xasiyyətin mütləq əlaməti kimi qəbul etmək düzgün deyil.Açıq aşkar razılaşmaq lazmdırki,psixi cəhətdən tam sağlam adamlar təlqinə o qədər həssasdırki,bir çox hallarda onları cəmi bir neçə saniyə ərzində təlqin etməklə hipnotik yuxuya cəlb etmək olur.Onlardan bu zaman o qədər dərin yatırki,ayıldıqdan sonra hipnoz edənin göstərişinə tabe olaraq dərin yatırki,ayıldıqdan sonra hipnoz edənin göstərişinə tabe olaraq nə kimi hərəkətlər etdiyini xatırlaya bilmir.Təcrübə zamanı asanlıqla inanırsanki,təlqini tam sağlam adamlar ruhi xəstələrə nisbətən daha yaxşı qəbul edir.İsteriklərə xas olan özünü təlqin,ruhi xəstələrdə müşahidə edilən sarışan fikirlər bir çox hallarda təlqinə tabe olmağa amneçilik törədir.İ.P.Pavlov yzmışdırki,təlqinə tabe olmaq insanların normal psixi xüsusiyyətləridir.O,təlqini ən adi tipik şərti refleks adlandırmışdır.Muasir psixologiya elmi təlqin anlayışını belə izah edirki,bu emosional boyalarla müşahidə edilən bu və ya başqa hərəkətlərin və vəziyyətin yaradılmasıdır.Təlqin ediln sözləri ,hərəkətləri vasitəsi ilə və ciddilik və tələbkarlıq nümayiş etdirir,lazım olan vəziyyətin yaranmasına nail olmağa çalışır.Təlqinin əsasında emosiya üçün yad olan abstrakt təsəvvürlər deyil,obrazlı emosional boyalarla zəngin olan təfəkkür dayanmalıdır.
Şübhə yoxdurki,təlqinə həssaslıq bütün insanlarda eyni dərəcədə yüksək olmur.Daha doğrusu,eyni bir şəxsdə istər şəraitdən və digər amillərdən asılı olaraq dəyişir.Təlqinə həssaslıq uşaqlarda və yeniyetmələrdə güclü ,orta yaşlı şəxslərdə bir qədər zəif qocalarda isə daha da zəif formada təzahür edilir.İnsan kütləsi çox olan şəraitdə təlqin daha güclü təsir edir,kütləvi psixoterapiya seansı aparan adamlar bunu yaxşı bilir və psixologiyası qanunlarına riayət etməklə güclü təlqin effektləri yarada bilirlər.
Təlqin etmək məqsədilə olduqca müxtəlif vasitələrdən istifadə etmək mümkündür.Bu mövzuya biz bir daha qayıdacağıq indi isə ən güclü təlqin vasitəsi olan söz haqqında söhbət açmaq vacibdir.
İ.P.Pavlov sözü (ona verbal qıcıq da deyilir)insan üçün bütün şərti qıcıqların ən güclüsü hesab edirdi.Pavlovun fikrincə,heyvanlara və insana təsir edən bütün şərti qıcılar kimi söz insan üçün eyni qüvvəyə malik real şərti qıcıqdır.Bununla yanaşı sözün təsir qüvvəsi heyvanlara təsir edən fiziki qıcıqlardan qat-qat güclü və məzmunludur.Sözün təsiri altında insan reallığın bütün boyalarını təsəvvür etmək ən mürəkkəb hisləri yaşamaq qabiliyyətinə malikdir.İnsan üçün söz bütün siqnalların siqnalı olmaqla daha mötəbər qıcıq rolunu oynayır (İ.P.Pavlov).Sözün təsir qüvvəsini nümayiş etdirmək üçün bir neçə misallar yerinə gətirmək düşərdi.
Tələbələrə mühazirə oxuyan kimya professoru bir dəfə auditoriyanın yoruldulduğunu hiss edərək,onları bir qədər canlandırmaq məqsədilə elan edirki,indi o kəskin qoxu ilə müşahidə edilən bir təcrübə nümayiş etdirəcəkdi.Tələbələdən xahiş edirki,qoxunu hiss edən şəxs əllərini qaldırsın.Bu sözlərdən sonra professor tünd rəngli maye olan bir qabı açaraq pampbığın üzərinə tökməyə başlıyır.Bu zaman sanki kəskin qoxunun təsirini hiss edirmiş kimi burnunu tutaraq kənara çəkilir.Bunu görən tələbələri xeyli hissəsi üz-burnunu turşutmaya başlayır və həqiqətən xoşagəlməyən iyi hiss etdiklərini söyləyirlər,hətta qabaq cərgədə oturan bir neçə tələbə qoxunun təsirinə dözə bilmədikləri üçün auditoriyanı tərk etməyə icazə verilir.Təcrübədən sonra professor həqiqəti açıb deyir.Kimyəvi maddə su ilə qarışdırılmış adi su mürəkkəbi imiş.(P.İ.Bul 1974)
Günü gündən kökəlməkdə davam edən və ağrılardan yuxusunun pozulmasından şikayət edən bir nəfər şəxs inandığı bir həkimin qəbuluna gəlir və onu müayinə edib ağrılarının səbəbini tapmasını xahiş edir.Həkim müayinəsindən sonra ciddi bir xəstəliyin olmadığını və xəstənin iztirablarını köklüklə əlaqəsini olmasını müəyyən edərək xəstəni jentqenoloqa göndərir və xəstədən xəbərsiz rentqoloqa bildiriki,hər iki aydan bir təkrar müayinə olmasını tapşırır.Həmin şəxs ciddi xəstəliyə tutulacağını yəqin edərək həmin gündən təşviş və narahatlıq keçirməyə başlayır.Ağrəları daha da güclənir ,iştahdan düşür ,özünü ciddi xəstə kimi aparmağa başlayır.İki aydan sonra yenədə tanış həkimin qəbuluna gəlir və bildiriki bu müddət ərzində 18 kiloqram arıqlamışdır.Ağrıları xeyli azalmış lakin yuxusuzluq və ruh düşkünlüyü onu narahat edir.Vəziyyəti görən həkim həqiqəti açıb xəstəyə söyləyir və deyiki bu gündən etibarən kökəlməkdən çəkinərsə sağlamlığına təminat vermək olar.Qısa müddətdən sonra şəxs özünü tam normal hiss etməyə başlıyır.Təlqini bütün formalarından məharətlə istifadə edən rus psixonevroloqu V.M.Bexterev qeyd edirdiki,inandırmaqan fərqlı olaraq təlqin insanın düşüncəsinə bir başa alaqapıdan deyil sanki arxa qapıdan tənqid gözətçisindən oğrun daxil olur.Beləliklə təlqin etmək bu və ya başqa dərəcədə şəxsi hissiyatına təsir göstərmək və ona təlqinin məzmununu analiz etməyə tənqidi mülahizələr yürütməyə imkan verməmək bacarığıdır.Təlqin birinin o birinə təsir etməsi deyil,o bir şəxsin başqa şəxsin dediyi sözlərin təsiri altına düşməsi,ona tabeçilik göstərməsindən ibarətdir.Belə tabeçilik sözün məzmunundan məntiqi nəticə çıxarmaqla kor koranə tabeçilik meydana çıxır.
Təlqin fizioloji mexanizimdən danışarkən onu yaradan şəraitin təfərrüatını bir qədər şərti olsada,İ.P.Pavlov təlqini böyük bir yarımkürələrinin qabarıq hislərini tonusdan düşməsi kimi qiymətləndirmişdir.Onun fikrincə təlqin effektinin yaranması üçün başlıca beyin qabığının tez və asan tormozlanmaya məruz qalmasıdır.
Özünütəlqin . Fenomeninin mövcud olması çoxdan məlum olan bir həqiqətdir.Onun təsir gücünü dərk edən ən müxtəlif sənət adamları ,psixoloqlar,həkimlər,icəsənət xadimləri ,idmançılar,hərbiçilər özünütəlqindən istifadə etməyə çalışmışlar.Hindistanda öz bədənlərində nümayiş etdirdikləri adi adamları heyrətləndirir qeyri adi effektlərlə səhnədə çıxış edən aktyorun yüksək profesanligi
nümayiş etdirərək qəhrəmanın obrazı tamaşaçılara çatdıra bilməsi və digər bu kimi hadisəslər ilk növbədə özünütəlqinin təsiridir.
Dostları ilə paylaş: |