Yuxugörmə zamanı yerinə yetirilən psixi əməliyyatlar.
Keçmişin bir sıra xurafatlarının əksinə olaraq Freyd əsaslandırırdı ki, ayıq halın təəssüratları – yuxugörmənin “indikatorudur”. “Yuxugörmə, - yazırdı o, - bir tam kimi bişüurun nə isə bir təhrif edilmiş əvəzləyicisindən başqa bir şey deyildir və yuxuyozmanın vəzifəsi bu qeyri-şuirini tapmaqdan ibarətdir ”. Freyd yazirdı ki, “Yuxugörmə yuxunun pozulması deyil, əksinə, yuxugörmə onu müdafiə edir, yuxunun pozulmasını aradan qaldırır”. Yuxugörmənin fizioloji mahiyyəti arzuların fizioloji hahiyyətilə eynidir. Arzuların tamamilə ödənilməsi hər kəs üçün idealdır. Lakin təbiidir ki, arzuların böyük əksəriyyəti, şübhəsiz onların ən şirini gerçəkləşməmiş qalır ki, buda toplanaraq psixi mövcudluqda hədsiz gərginlik yaradır.
Yuxugörmə gözlənlmədən baş verən hadisə deyildir. Onun meydana gəlməsi üçün ruh xeyli iş görməli, müxtəlif əməliyyatlar aprmalı olur. Bu psixi əməliyyatların məcmusunu Freyd “yuxugörmənin işi” adlandırırdı. Yuxugörmə zamanı ruhun yenidən işlədiyi səhnələr, obyektlər, heyvanlar, prosseslər, hadisələr və s. “yuxugörmənin material” adlanır; buna eyni zamanda yuxugörmənin məzmunuda demək olar. Yuxugörmənin materiallarının xarici və daxili (gizli, latent) mənası olur: xarici mənaya həmin materialların ötən günlərin təcrübəsilə əlaqəsi daxildir belə ki, yuxugörmə, insanların çoxlarının hesab etdiyi kimi, gələcəklə deyil, şəxsiyyətin keçmişi ilə əlaqədar olan məzmundan ibarətdir. Yuxugörməni keçmiş həyatın ruhda davamı da hesab etmək olar.
Yuxu zamanı psixi fəaliyyət xarici stimullarla şərtlənir – gündüzün fəalyyəti gecəki yuxular üçün zəmin hazırlayır. Bu onunla əaqədardır ki, arzu – xaricə yönəlir, onun sahib olmaq istədiyi şey xaricdədir. Bu arzu isə ayıq həyatda – reallıqda həyata keçirilə bilməz, çünki ola bilər ki, onun yerinə yetirilməsi şəxsiyyətin təhlükəsizliyini qorxu altına alsın. B u səbəbdən həmin arzu reallaşmaq üçün gecəni gözləməyə məcburdur.
Yuxugörmə və yuxuyozma üç məzmundan ibarət olur:
yuxuda görünən epizod;
bu epizodun pərdəarxası məzmunu ;
psixoanalitikin yuxunu yozduqdan sonra aldiğı məzmun.
Əgər yuxugörmə düzgün yozulmuşdursa , onda ikinci məzmunla üçüncü məzmun eyni olur. Lakin çox vaxt yuxugörən yuxunu düzgün xatırlaya bilmir buna görə də çox vaxt latent məzmunla analitikin yozması nəticəsində əmələ gələn məzmun eyni olmur.
Yuxugörmə dil və ya səhnə kimi mükəmməl sistemdir. Həmin linqvistik sistem 2 cür maskalana bilər: əksikliklərlə və simvollarla. Buna psixoanalizdə qəlizləşdirmə əməliyyatıdeyilir. Ruh qəsdən mənaları əks mənalarda maskalayı, ya da elə simvollardan istifadə edirki, onları anlamaq çətin olur. Ona görə də yuxugörməni qrammatik qaydaları itirilmiş, söz və ifadələri qəsdən çaş-baş salınmış qədim dilə bənzətmək olar. Ruh gizli qalan məzmunu qəsdən dolaşdırmaq üçün müəyyən əməliyyat aparır ki, məzmun başa düşülməsin. Bu əməliyyatı Freyd “qəlizləşdirmə” adlandırırdı.
“Yuxugörmənin, - izah edirdi Freyd, - qəlizləşdirmə prossesi üzərində dayanması mübahisəsiz və sarsılmazdır”. Qəlizləşdirmə - psixikada olan fikirləri senzuradan yayındırmaq üçün onların məzmununun qəsdən mürəkkəbəşməsidir. Yuxugörmə bəsit, lakonik, zəif, qaraltı, kölgə şəklində olur, lakin fikirləri onların arxasında gizlənən niyyət prinsipcə aydın, geniş məzmunlu və zəngin olmaya bilməz. Çünki yarımçıq fikir ola bilməz. Freyd yazırdı ki, ən uzun yuxu yarım səhifədən artıq olmur, halbuki onun yozulması 8-12 səhifəlik bir materialı əhatə edə bilir.
Yuxugörmə - müəyyən bir psixi fəaliyyə, “işdir”. Bu işin baş verməsi üçün müəyyən bir enerji qüvvə lazımdır. Bu işin məzmunu ondan ibarətdirki, yuxugörmə bütöv bir səhnedir, onun subyektə münasibətdə ən qiymətli elementləri, ikinci dərəcəli və ya az əhəmiyyətli elementləri olur. Yuxugörmə üçün çox əhəmiyyətli və az əhəmiyyətli elementlər ola bilər. Ruh müəyyən əməliyyatlar aparır və onların vasitəsilə bir epizod başqası ilə dəyişdirilir ki, məzmun tanınmasın, gizli niyyət birdən-birə üzə çıxmasın. Bu zaman baş verən prosses, - yazırdı Freyd, - “yuxugörmə fəaliyyətinin mahiyyətli hissəsini təşkil edir. Biz bunu dəyişməəməliyyatıadlandırırıq. Dəyişmə və qəlizləşdirmə - iki prossesdir ki, yuxugörmənin əmələ gəlməsini onlara aid etməyə tam əsasımız vardır”. Məhz onların hesabına psixikada həyat, hadisələr, epizodlar təhrif olunur.
Yuxugörmənin işinin mühüm cəhətini ifadə vasitələrinin, təsvirin seçilməsi təşkil edir. Yuxugörmənin materialı müxtəlif ola bilər : bəzi epizodlar mühüm fikirləri ifadə edir, bəziləri isə müxtəlif cür sintez əmələ gətirə bilər. Yozma zamanı bunlar nəzərə alınmalıdır. Elə hallar ola bilər ki, uzaq keçmişdəki hadisə ilə dünən olan hadisə qarışdırılmış şəkildə görünə bilər, bunları isə eynizamanlı hadisə kimi yozmaq lazım gəlir, çünki yuxugörmə “məntiqi əlaqəni eynizamanlılıq kimi verir”.
Yuxugörmədə alternativlər olmur, “ya-ya” formulu onun məntiqinə yaddır.Lakin oxşarlıq, razılıq və ümümilik olur ki, onlar da vəhdət təşkil edir.Oxşarlığı, razılığı Freyd indentifikasiya, ümumuləşməni mürəkkəb kombinasiya adlandırırdı.
Dostları ilə paylaş: |