Hipnozun yaranma tarixi.
Hipnoz və ona bənzər hadisələrlə insanlar cəmiyyətin inkişafının bütün tarixi mərhələlərində qarşılaşmışlar.Tarixi mənbələrdən bəlli olan məlumatlara görə,eramızdan əvvəl 2-ci əsrdə Yunanıstanda və Misirdə dərvişlər hipnozetmə qabiliyyətinə malik olmuşlar.Onlar öz bacarıqlarını nümayiş etdirmək məqsədilə meydanlarda,küçələrdə adamları bir yerə toplayaraq hipnoz seansları təşkil edərmişlər.Eramızdan əvvəl yaşamış məşhur yunan həkimi Asklepiadın verdiyi məlumata görə,hipnoz və təlqin vasitəsilə xəstələrin müalicəsi geniş yayılmışdı.Bəzi din xadimlərinin hipnozdan istifadə etməsi faktları da bizə məlumdur.İsa peyğəmbərin həyatı və fəaliyyətini əks etdirən mənbələrdən və haqqında çəkilən filmlərdən məlum olur ki,o,hipnozdan və təlqindən müalicə məqsədilə istifadə etmişdir.
Orta əsrlərdə hipnoz və təlqin haqqında toplanmış təcrübə və biliklər xeyli unuduldu.Bəzi ölkələrdə din xadimlərinin göstərişi ilə hipnoz etmək qabiliyyəti olan adamlar təqib olunurdu.
Uzun illər keçdikdən sonra,nəhayət,dirçəliş dövründə yenidən hipnoza maraq oyanmağa başladı, “heyvani maqnetizm” anlayışı da elə həmin illərdə - 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində meydana çıxdı.Fantastika və mistikaya arxalanan bu baxışları həmin dövrün məhşur həkimi Parasels də müdafiə edirdi.Bir qədər sonra Van-Helmont və Fluyid sübut etməyə çalışırdılar ki,bir şəxs digərlərinin beyninə gözləri və əlləri vasitəsilə “həyat qüvvəsi” ötürmək və beləliklə həmin şəxsi öz təsiri altına salmaq qabiliyyətinə malikdir.Sonralar bu “qüvvə” Fluyid adlandırıldı və onun tərkib hisəsinin maqnit olması fikri söylənildi. “Canlı maqnetizm” , “heyvani maqnetizm” anlayışı bu yolla meydana çıxdı, “Heyvani maqnetizm qüvvəsinə” malik olan şəxsləri maqnetizyor adlandırmağa başladılar.
Öz təcrübələrində və müalicə işlərində maqnetizmdən geniş istifadə edən Frans Mesmer 1774-cü ildə Paris Elmlər Akademiyasına heç də elmi dəlillərə əsaslanmayan bir tezis təqdim etdi.Əvvəllər astrologiya –səma cisimlərinin insan orqanizminə təsirini öyrənməklə məşğul olan Mesmer xəstələri maqnetik qüvvə ilə müalicə etməyə başladı.Tərkibində maqnit olan metallardan hazırlanmış üzük ,bilərzik,kəmər və i.a. geniş istifadə edən Parselsdən fərqli olaraq,Mesmer əlində tutduğu maqnit çubuqdan istifadə edirdi.Lakin sonralar manitsiz də -əlləri vasitəsilə təsir etməklə eyni effekt alındığını görən Mesmer ancaq bu üsulla,yeni passlarla (xəstənin başından ayağına doğru əlləri ilə sığallayıcı hərəkətlər) xəstələri müalicə edirdi.
Tətbiq etdiyi müalicə üsulunun elmi əsaslara söykəndiyini sübuta yetirməyə çalışan Mesmer deyirdi ki,bütün aləm xüsusi fluyidlə əhatə olunmuşdur.Efirəbənzər bu fluyidlər hətta işıq şüalarında da zərifdir və ona görə insanlar onu əlləri,gözləri vasitəsilə digərlərinə ötürə bilir.Efirin hərəkəti işıq,havanın hərəkəti səs yaratdığı kimi fluyidlərin də hərəkəti canlı maqnit qüvvəsi yaradır.Bu isə,öz növbəsində,xəstələrə həyati qüvvə verir və beləliklə onlar müalicə olunurlar.
İnsanlara şəfa vermək təcrübəsi o qədər geniş yayılmışdı ki,Mesmer bütün arzu edənləri qəbul edə bilmirdi.Elə bu səbəbdən də o,müxtəlif əşyaları:ağacı,dəmiri,su çəlləklərini maqnitləşdirir və xəstələrə həmin əşyadan istifadə etmək və ya toxunmaqla müalicə olunmalarını tövsiyə edirdi.Müalicə seansı zamanı bir çox hallarda xəstələr cəngolmanı xatırladan tutma vəziyyətinə düşürdülər.Daha çox qadınlar arasında rast gəlinən belə hal müalicənin daha səmərəli olacağı əlaməti kimi qiymətləndirilirdi
Öz dövrünün məhşur həkimi – qeyri-adi müalicə üsulunun aparıcı mütəxəssisi kimi tanınan Mesmerin biomaqnetizmi (“heyvani maqnetizm” ,bəzən “canlı maqnetizm”, “müalicə maqnetizmi”, “zoomaqnetizm” kimi də adlandırılırdı) alimlərin diqqətini cəlb etməyə başladı.Mesmerin müalicə üsulunu tədqiq edən elmi komissiyalar,o cümlədən Fransa Elmlər Akademiyası “həyati maqnetizmin” varlığını sübut edən heç bir dəlil tapa bilmədilər.Maqnetik passlarla daha çox psixi təsir göstərmə və xəstələrdə özünütəlqin xülyaları yaratmaq xüsusiyyətinin olması barədə mülahizələr yürüdülməyə başlandı.
XIX əsrin birinci yarısı psixi təsir vasitələrinin öyrənilməsində mühüm mərhələ kimi qiymətləndirilməlidir. Hipnotizm termini də həmin illərdə ingilis həkimi Brid (1795-1860) tərəfindən ədəbiyyata daxil edilmişdir.Bir dəfə maqnetizm seansında tamaşaçı kimi iştirak edən Brid bu təcrübələri elmi əsalarla öyrənmək qərarına gəlir.İlk təcrübələrini ailə üzvləri,dostları arasında tətbiq edir.Bridin apardığı təcrübələrdən biri aşağıdakı kimi təsvir edilmişdir:o,dostu Valekrə diqqətlə əlində tutduğu butulkanın boğaz hissəsinə baxmağı təklif edir.Üç dəqiqədən sonra Valekrin gözləri yorularaq yumulur və o,dərin yuxuya gedir.Sonra Brid həmin təcrübəni arvadı üzərində yoxlamaq istədiyini bildirir.Cavabında həyat yoldaşı Bridə kinayə ilə “məni elə vəziyyətə sala bilməzsən” deyir və təcrübəni tətbiq etməyə razılıq verir.Brid arvadına stolun üstünə qoyulmuş qəndqabının parıldayan metal hissəsinə baxmağı təklif edir.İki dəqiqədən sonra qadının sifətinin cizgiləri dəyişməyə,kiprikləri bir-birinə yapışmağa başlayır və o, dərin yuxuya gedir.Sonra Brid həmin qayda iləhipnoz yuxusu haqqında heç bir təsəvvürü olmayan xidmətçi qadını da yatızdırır.Apardığı təcrübələrin nəticələrini ümumiləşdirərək,Brid , hopnoz yuxusunun ancaq psixoloji təsir nəticəsində yarandığını qeyd edir və hər hansı bir fluyidin varlığını inkar edir.
Rusiyada hipnoz hadisəsini ilk dəfə elmi əsaslarla öyrənməyə təşəbbüs göstərən və 188 -ci ildə hipnozun tətbiqi haqqında məqalələr çap etdirən Maçutkovski və Oks olmuşdur.Həmin illərdə xarkov universitetinin professoru , tanınmış fizioloq V.Y.Danilevski müxtəlif heyvanlar üzərində hipnoz fenomenini tədqiq etmiş və bu haqda maraqlı kitab yazmışdır.Hipnoz elminin tədqiqi sahəsində görkəmli xidmətləri olan A.A.Tokarski (1859-1901) və V.M.Bexterevin (1857-1927) adlarını xüsusi qeyd etmək lazımdır.Moskva universitetinin psixiatriya kafedrasının professoru vəzifəsində çalışan A.A.Tokarski Rusiyada ilk dəfə hipnologiya kursu üzrə mühazirələr oxumuş,bir neçə elmi əsərlər çap etdirmişdir.Məqalələrinin birində o yazırdı: “Mən təlqin hadisəsini beynin ibtidai mərkəzlərinin sadə reflektor aktlarına bənzətmək istəmirəm.Aydın refleks xarakteri daşısa da,bu, psixoloji hadisədi
XIX əsrin sonu XX əsrin əvvəlllərində Rusiyada psixoterapiya və hipnologiya elminin inkişafı daha çox V.M.Bexterevin adı ilə bağlıdır.Keçən əsrin 80-ci illərindən başlayaraq ömrünün sonuna qədər o,hipnozu təbliğ etmiş,bilavasitə özü kütləvi müalicə seansları təşkil etmiş və bir sıra qiymətli əsərlər yazmışdır.Təsadüfi deyil ki,onu rus psixoterapiyasının atası adlandırırlar.
XIX əsrdə hipnologiya elmi heç də hamar yolla,maneəsiz inkişaf etmədi.XIX əsrin axırlarında müşahidə edilən güclü maraq soyuqqanlılıqla əvəz olundu,hipnozun bəzi cəhətləri – məsələn,müalicə işində o qədər də səmərəli olmadığı haqqında mülahizələr söylənilməyə başladı.Hipnoza qarşı soyuqluq,xüsusilə Fransada – hipnoz elminin vətəni sayılan ölkədə daha çox nəzərə çarpırdı.Həmin illərdə məhşur nevroloq Babinski hipnozu səmərəsiz ,təhlükəli elan etməklə,onu oyuna bənzədir,yalan bir şey kimi qiymətləndirirdi.Babinski və onun tərəfdarlarının tənqid hədəfinə çevrilməmək üçün hipnozla tək-tək hallarda məşğul olan adamlar çox vaxt gizli fəaliyyət göstərməli olurdular.Hipnoz hadisəsini daha çox təlqin effekti kimi qiymətləndirən alimlər arasında Emil Küye (1920) daha çox müvəffəqiyyət qazandı və təklif etdiyi özünətəlqin müalicə metodu bütün dünyada yayılmağa başlad
Birinci dünya müharibəsindən sonra , 1918-1920-ci illərdən etibarən hipnoza olan maraq yenidən canlanmağa başladı.Lakin bu maraq həkimlərə nisbətən daha çox digər elm sahələrində çalışan adamlar,estrada ,sirk ustaları və digər şəxslər arasında müşahidə edilirdi.Hətta iş o yerə gəlib çıxdı ki,həkimlərdə hipnoza ilan marağı gücləndirmək məqsədilə Britaniya tibb assosiasiyası 1955-ci ildə hipnozu yenidən bərpa edən xüsusi qərar qəbul etdi,1958-ci ildə ABŞ tibb assosiasiyası isə hipnozun müalicədə tətbiqinə aid təlimat çap etdirdi.Amerika Psixiatriya Assosiasiyasının 1961-ci ildə çap edilmiş hesabatında deyilirdi: “Hipnoz xüsusi psixoterapiya metodu olmaqla həkim-xəstə münasibətlərini tənzim edən vasitədir.Psixiatriya təcrübəsində hipnoz yaxşı müayinə , diaqnostika və müalicə üsuludur.O,həmçinin təcrübi təbabətin digər sahələrində və tibbi müayinələrdə də faydalı ola bilər”.
Hipnologiya elminin inkişaf tarixinə yekun vurmazdan əvvəl onun ara-sıra tənqid hədəfinə çevrilməsinin bir cəhətini də bizcə obyektiv baxımdan təhlil etmək gərəkdir.İlk növbədə ,qeyd etmək lazımdır ki,hipnozun fizioloji mexanizmini bilən hər kəs praktikada onu tətbiq edə bilmir, ən usta hipnoloq isə hamını hipnoz edə bilmir.Bizcə meydana çıxan münaqişələr hipnoza bir müalicə vasitəsi kimi münasibətdən qeyri-stabilliyi də bu faktlarla bağlıdır.Vaxtilə hipnoterapiya ilə məşğul olan Z.Freyd, İ.Şults kimi alimlərin hipnozdan əl çəkib yeni psixoterapiya üsulları axtarması da elə bu səbəblə bağlıdır. Mühazirələrinin birində Z.Freyd demişdir ki,mən psixoanaliz müalicə üsulunu ona görə seçdim ki,bu zaman xəstənin fərdi təlqin həssaslığını yoxlama və sonra müalicələrə başlamağı qərara almaq tələb olunmur”.Nə vaxta qədər ki,hipnozun fizioloji mexanizmi tam dəqiqliyi ilə öyrənilməyib , bu elmə olan münasibət də qeyri-stabil olacaqdır.Burada məhşur hipnoloq alim,Fransa hipnoloqlar cəmiyyətinin prezidenti L.Şertokun sözləri yada düşür: “Bizim əlimizdə şəxsin hipnoz vəziyyətində olmasını sübut edən obyektiv kriterimiz belə yoxdur.Hipnoz dəyişkən , tezliklə nəzərdən yayınan , daha çox qeyri-müəyyənlik hissi doğuran bir fenomendir.Eyni zamanda , o,real olaraq mğvcuddur”.
Hipnozun son illərdə yenidən şöhrətlənməsi,müalicə məqsədilə mütəxəssislərin ona tez-tez müraciət etməsi bu hadisənin köhnədən bəlli olan,lakin həmişə yeni görünən fenomenləri ilə əlaqədardır.Daha doğrursu , hipnozun imkanlarından bacarıqla istifadə edən şəxslərin hesabına o yeniləşir və marqlananları yeni qüvvə ilə özünə cəzb edir.Belə entuziastlar demək olar ki,bütün ölkələrdə vardır.Rusiyada bu sahədə daha böyük müvəffəqiyyət qazanan A.Kaşpirovski oldu.Onun televiziya vasitəsilə kütləvi müalicə seansları bir çox mütəxəssislər tərəfindən tənqid atəşinə tutulsa da,hipnoza olan marağı nəinki canlandırdı,hətta onun çox böyük gizli imkanlarını zahirə çıxartdı.
1980-90-cı illərdə hipnoz vasitəsilə kütləvi psixoterapiya seansları keçmiş SSRİ ərazisində geniş yayılmağa başladı.Hətta televiziya , radio və digər kütləvi informasiya vasitələri ilə hipnoz –təlqin müalicə seansları nümayiş etdirilir,geniş təbliğat kompaniyası aparılırdı.Bu kimi hadisələrin daha çox uzun illər qadağalar altında yaşamış SSRİ xalqlarında demokratiya,sərbəstlik bayrağı altında meydana çıxan bir hadisə olmasını qəbul etmək daha düzgün olardı.Bir tərəfdən təbabətin qüsurları digər tərəfdən isə keçid dövrünün hərc-mərclikləri fonunda ruhi -əsəb pozuntularının geniş yayılması və kütləvi müalicə vasitəsi olan hipnoz və təlqinin hər kəs üçün əlverişli olması belə bir meylin güclənməsinə səbəb oldu.Həmişə olduğu kimi bu dəfə də kütləvi psixoterapiya vsitəsilə müalicə olunanların sayı günbəgün artır,onların tələbatını ödəmək üçün isə təbabətdən xəbəri olmayan , özlərini “ekstrasens” , “vergi verilmiş adam” və s. adlandıran adamlar peyda olurdu.Bakı şəhərinin müxtəlif qəsəbələrində yerləşən klublarda mədəniyyət saraylarında kütləvi müalicə seansları apararaq,qazanc əldə etmək istəyənlərin sayı günbəgün artmaqda idi.Belə bir şəraitdə rəsmi təbabətin təbliğatı ilə yanaşı , səhiyyə qanunları çərçivəsində elmi təbabətə söykənən üsullardan istifadə edərək müalicə seansları təşkil etmək tələb olunurdu.
Bu məqsədlə 1989-1991-ci illərdə Bakı şəhərində və Naxçıvanda prof. N.V.İsmayılovun iştirakı ilə kütləvi hipnoz müalicə seansları təşkil olundu.Həmin müalicə seanslarının nəticələri və hansı xəstəliklərdə daha səmərəli olması haqqında bir sıra yazılarda,o cümlədən kütləvi informasiya vasitələrində kifayət qədər məlumat verilmişdir.Kütləvi hipnoz müalicəsi seanslarında iki il müddətində 23600 nəfər iştirak etmişdir.Onların arasında sinir sisteminin funksional pozuntularından əziyyət çəkən(nevrozlar,depressiyalar,stres nəticəsində yaranan pozuntular,psixosomatik xəstəliklər,mastopatiyalar,qan təyziqinin artması,şəkər xəstəliyi,bəzi dəri xəstəlikləri və s.) 86%-dən çox adamın müalicə olunması faktı qeydə alınmışdır.
Əsası 110 il əvvəl akademik V.M.Bexterev tərəfindən qoyulan kütləvi psixoterapiya bu gün də öz əhəmiyyətini itirməmişdir.Bu müalicə üsulu vasitəsilə qısa müddətdə (hər bi müalicə seansı adətən 1,5 saat davam edir) yüzlərlə xəstəyə yardım göstərmək mümkündür.
Hipnoz və ona bənzər hadisələrlə insanlar cəmiyyətin inkişafının bütün tarixi mərhələlərində qarşılaşmışlar. Tarixi mənbələrdən bəlli olan məlumatlara görə,eramızdan əvvəl 2-ci əsrdə Yunanıstanda və Misirdə dərvişlər hipnozetmə qabiliyyətinə malik olmuşlar. Onlar öz bacarıqlarını nümayiş etdirmək məqsədilə meydanlarda, küçələrdə adamları bir yerə toplayaraq hipnoz seansları təşkil edərmişlər. Eramızdan əvvəl yaşamış məşhur yunan həkimi Asklepiadın verdiyi məlumata görə,hipnoz və təlqin vasitəsilə xəstələrin müalicəsi geniş yayılmışdı.Bəzi din xadimlərinin hipnozdan istifadə etməsi faktları da bizə məlumdur. İsa peyğəmbərin həyatı və fəaliyyətini əks etdirən mənbələrdən və haqqında çəkilən filmlərdən məlum olur ki, o,hipnozdan və təlqindən müalicə məqsədilə istifadə etmişdir.
Orta əsrlərdə hipnoz və təlqin haqqında toplanmış təcrübə və biliklər xeyli unuduldu.Bəzi ölkələrdə din xadimlərinin göstərişi ilə hipnoz etmək qabiliyyəti olan adamlar təqib olunurdu.
Uzun illər keçdikdən sonra, nəhayət, dirçəliş dövründə yenidən hipnoza maraq oyanmağa başladı, “heyvani maqnetizm” anlayışı da elə həmin illərdə - 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində meydana çıxdı. Fantastika və mistikaya arxalanan bu baxışları həmin dövrün məhşur həkimi Parasels də müdafiə edirdi.Bir qədər sonra Van-Helmont və Fluyid sübut etməyə çalışırdılar ki,bir şəxs digərlərinin beyninə gözləri və əlləri vasitəsilə “həyat qüvvəsi” ötürmək və beləliklə həmin şəxsi öz təsiri altına salmaq qabiliyyətinə malikdir.Sonralar bu “qüvvə” Fluyid adlandırıldı və onun tərkib hisəsinin maqnit olması fikri söylənildi. “Canlı maqnetizm” , “heyvani maqnetizm” anlayışı bu yolla meydana çıxdı, “Heyvani maqnetizm qüvvəsinə” malik olan şəxsləri maqnetizyor adlandırmağa başladılar.
XVII əsrin əvvəllərindən hipnoza maraq oyanmağa başladı. Öz təcrübələrində və müalicə işlərində maqnetizmdən geniş istifadə edən Anton Mesmer Paris Elmlər Akademiyasına tezis təqdim etdi. Əvvəllər astrologiya elmi ilə məşğul olan Mesmer xəstələri maqnetik qüvvə ilə müalicə etməyə başladı.
Rusiyada XVIII əsrin sonlarında A.Tokarski ilk dəfə hipnologiya kursu üzrə mühazirələr oxumuş, bir neçə elmi əsər çap etdirmişdir. Tokarski Şarkonun hipnozun patoloji təbiətinə aid baxışlarına öz etirazını bildirmişdir.
Psixoterapiyanın və hipnologiyanın elmi əsaslarla inkişafında məşhur rus psixonevroloqu V.M.Bexterevin rolunu xüsusi qeyd etmək lazımdır.V.B.Bexterev hipnozun 3 stadiyasını göstərirdi:
Kiçik hipnoz;
Orta hipnoz;
Comnambulizm.
Alim hesab edirdi ki, sözlə təlqin və eləcə də bir çox fiziki qıcıqlar şəxsin hipnotik vəziyyətə düşməsinə səbəb olur.
Hipnoz Psixologiya elminə görə, təlqinə əsaslanan bir növ süni yuxu və ya yuxu-oyanıqlıq arası prosesdir. Termini ilk dəfə istifadə edən,Yunan mifologiyasındakı yuxu ilahəsinin adından (Χυπνος) ilhamlanan həkim S.James Braiddir(1795-1860)
Dostları ilə paylaş: |