Psixoanalizin banisi Z.Freyd və onun ardıcılları(Z.Ferensi,P.Şulder və b.) hipnoz probleminə xeyli əsərlər həsr etmələrinə baxmayaraq bu məsələdə ciddi irəliləyişə nail ola bilməmişlər.Bu alimlərin fikrincə hipnoz və təlqin erotik əsaslara malikdir və onların icrası zamanı şəxsin infantil-erotik.mazoxistik arzuları baş qaldırır.
1921-ci ildə hipnoz haqqında öz fikirlərini açıqlayan Freyd yazırdı: “Hipnotik münasibətlər cinsi qənaətlənmə istisna olmaqla məhəbbətin qeyri-məhdud inkarından ibarətdir”.Daha sonra Freyd yazırdı: “Bir çox cəhətdən hipnozu anlamaq çətindir və o, öz mistik təbiətini saxlamaqdadır”.Freydin ardıcılları kimi tanınan Kubi və Marqolinin fikrincə hipnozu düzgün dərk etmək üçün hipnotik təlqin və hipnotik vəziyyətləri ayrı-ayrılıqda təhlil etmək vacibdir.Bu anlayışlar həm psixoloji,həm də fizioloji cəhətdən fərqlənirlər.
60-cı illərdə hipnozun psixoanalitik təhlilinin yeni variantını təqdim edənlər arasında Honald Ştevardın fikirləri xeyli marağa səbəb oldu.O, Freydin və Ferensin “hipnotik menasibətlər hər şeydən əvvəl seksual mazoxistik tabeçilikdir” fikirini bir qədər dəyişərərk qeyd etdi ki,hipnotik münasibətlər instinktiv tələBatdan doğan yalnız müsbət hissləri deyil,eyni zamanda müdafiə xarakterli düşmənçilik hisslərini də əhatə edir.Başqa sözlə hipnoz olunan hipnoz edənə ikili münasibət bəsləyir: o, eyni zamanda həm sevir.həm də nifrət edir.Birinci hiss(məhəbbət) hipnozun təsirini gücləndirir,ikinci hiss(nifrət) isə əksinə ,onu zəiflədir.
Hipnozun nəzəri problemlərinə həsr olunmuş mövzunu Omenin aşağıdakı sözləri ilə tamamlamaq yerinə düşərdi: “Hipnozu xarakterizə edən nədir? Bunu söyləmək çətindir,ona görə ki,hipnoz olunanların heç biri ictimai-mədəni mühitin təsirindən azad deyil.Əgər onları bu mühitdən təcrid etmək mümkün olsaydı.o zaman hipnozun əsl mahiyyəti aşkar olardı”.