İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə66/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   119
Yastı və ya enli sümüklər – ossa plana. Bu sümüklərin nazik, boylama və köndələn ölçüləri böyük olur. Gah divar rolu oynayıb qoruyucu funksiya yerinə yetirir (kəllənin beyin hissəsini təşkil edən sümüklər), gah da əzələlərin bağlanması üçün istinad təşkil edirlər. Kürək və kəllə qapağı sümüklərini misal göstərmək olar.

Qarışıq sümüklər – ossa mixta. Belə sümüklər mürəkkəb quruluşa və formaya malik olurlar. . Məs, gicgah və üz sümükləri.

Gövdə və boyun əzələləri.

Boyun əzələləri səthi, orta və dərində yerləşməklə üç qrupa ayrılır. Bu əzələlər başın önə, arxaya və yanlara doğru əyilməsində, hərlənməsində, kürəyin, qabırğaların qaldırılmasında və s. fəal iştirak edirlər.

Boyun əzələlərinə yaxşı inkişaf etmiş döş-körpücük-məməyəbənzər əzələ, dilaltı sümüyün üstündə və altında yerləşən müxtəlif əzələlər daxildir.

Dilaltı sümüyün üstündə çənə-dilaltı, çənəaltı-dilaltı, biz-dilaltı, qoşaqarıncıqlı; altında yerləşən əzələlərə isə döş-qalxanabənzər, döş-dilaltı, qalxanabənzər-dilaltı, kürək-dilaltı əzələlər daxildir. Bunlar, müvafiq olaraq, dilaltı sümüyü yuxarı və aşağı hərəkət etdirirlər.

Boynun dərin qrup əzələlərinə ön, orta, dal və kiçik pilləli əzələlər, baş və boynun uzun, başın ön və yan düz əzələləri daxildir. Pilləli əzələlər qabırğaları qaldıraraq nəfəsvermədə, başqa əzələlər isə baş və boynun müxtəlif istiqamətə hərəkətində iştirak edirlər.

Döş əzələləri döşün yuxarı ətraf əzələləri və xüsusi əzələ qruplarına ayrılır. Döş qəfəsinin yuxarı ətraf əzələləri döş qəfəsinin ön-yan tərəfində yerləşir , enli və qüvvəli əzələlərdəndir. Qabırğalardan başlayıb yuxarı ətraf sümüklərinə bağlanırlar. Döş qəfəsinin xüsusi əzələləri qabırğalar arasında yerləşir. Döş qəfəsinin yuxarı ətraf əzələlərinə



  • Böyük döş əzələsi

  • Kiçik döş əzələsi

  • Körpücükaltı əzələ

  • Ön dişli əzələsi

aiddir.

Döş qəfəsinin xüsusi əzələ qrupları isə döş qəfəsinin həcminin böyüyüb-kiçilməsini təmin edir(nəfəsalma-nəfəsvermə), onurğa sütununun əyriliklərinin yaranmasında iştirak edir. Döş qəfəsinin xüsusi əzələlərinə



  • Xarici qabırğaarası əzələ

  • Daxili qabırğaarası əzələ

  • Qabırğaaltı əzələlər

  • Döş qəfəsinin köndələn əzələsi

aiddir.

Diafraqma-döş boşluğunu qarın boşluğundan ayıran tək əzələvi orqandır. Diafraqma tağ şəklindədir və onun çıxıq tərəfi döş boşluğuna baxır. Diafraqmanın kənarları əzələ toxumasından təşkil olunub, əzələvi hissə adlanır. Mərkəzi hissəsi isə vətər liflərdən ibarət olub – vətərli mərkəz adlanır. Diafraqma başlandığı nahiyyələrə uyğun olaraq, bel, qabırğa və döş sümüyü hissələrinə bölünür.

Tənəffüs prosesində diafraqmanın da rolu böyükdür. Diafraqma yığıldıqda yastılaşaraq qarın boşluğuna sıxılır, döş boşluğunun həcmi böyüyür, qarın boşluğunun həcmi isə kiçilir-nəfəsalma aktı baş verir. Nəfəsvermə aktında hərəkət bunun əksinə olur. Diafraqma, həmçinin qarınla əlaqədar bir sıra fizioloji aktların yerinə yetirilməsində də mühüm rol oynayır.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin