Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Ərazinin mühəndis təchizatı Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: II



Yüklə 0,79 Mb.
səhifə6/9
tarix20.05.2018
ölçüsü0,79 Mb.
#51106
1   2   3   4   5   6   7   8   9

3. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Onların dairəvi forması ağ fonu, mavi və qırmızı haşiyəsi vardır.

4. Məcburi bərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətinin sürətini, müvafıq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.

5. Məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edirlər, eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi ba- rədə məlumat verirlər. Bu nişanlann düzbucaq forması vardır. Onlar sürücülərin və hərəkətin digər iştirakçılannı yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları onlann keçmə qaydaları, küçələrin və yollann ayn-ayn sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur.

6. Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir. Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır. Müvafiq rəmzlər ağ fon üzərində təsvir olunur.

7. Əlavə məlumat nişanlan birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırırlar.

Yolun nişanlanması xətt, yazı və digər işarələrdən ibarətdir. Bunlar gediş hissəsinə, bordyurlara, yol qurğularının və avadanlıqlarının elementlərinin üzərinə çəkilərək hərəkətin qaydasını təyin edir, qurğuların qabaritini göstərir, yolun qorxulu sahələrini və istiqamətini nəzərə çarpdırır. Nişanlamanı aynca və ya yol ni- şanları ilə birgə tətbiq etmək olar. Nişanlama elementləri 2 əsas qrupa bölünür: üfüqi nişanlama və şaquli nişanlama.



Üfüqi nişanlama ilə hərəkət axınının paylanması, dayanmasına qadağa yerləri, keçid-sürət zolağları, yola giriş, çıxış, qovuşma yerləri və s. göstərilir.

Eninə üfüqi nişanlama ilə nəqliyyatın vacib dayanma yerləri, sürücünün digər avtomobilə yol vermə yeri, nizamlanmayan piyada keçidi, nizamlanan piyada keçidi, velosiped yolları ifadə olunur. Digər nişanlama ilə nəqliyyat hərəkətini ayıran adacıqlar, ictimai nəqliyyat dayanacaqları, icazə verilən gediş zolağı, ictimai nəqliyyat üçün gediş zolağı, yolun №-si, gediş hissəsinin daralmasına yanaşma yerləri nəzərə çarpdırılır.

Şaquli nişanlama ilə yol qurğularmın elementlərini, körpü, tunel, yol ötü- rənin aşınm konstruksiyasının aşağısını, ayırıcı zolaqda dəyirmi tumbaların, hasar- layıcı qurğuların, təhlükəsizlik adacıqlarının bordyurlarını işarə edirlər.

Üfüqi nişanlamada ağ və sarı rəng, şaquli nişanlamada ağ və qara rəng zo- laqları tətbiq olunur. Sürətli yollarda yol nişanlaması işıqqaytaran materialdan ol- malıdır. Gediş hissəsinin nişanlanması üçün termoplastik, nitroemal, süni və təbii ağ rəngli material istifadə edilir. Şaquli nişanlanmanı PXV-1, XSE-1 və s. emalları ilə yerinə yetirirlər. Üfüqi və şaquli nişanlamanın xətt və zolaqlarının ölçüləri xüsusi dövlət standartlarının tələblərinə uyğun qəbul edilir.

Sürücüyə hərəkət istiqamətinin dəyişməsi, gediş hissəsinin və çiyinlərinin kənarı, qorxulu sahələrin forma və uzunluğu (xüsusən də sutkanın qaranlıq vaxtında) barəsində məlumat vermək üçün istiqamətləndirici qurğular tətbiq olunur. Bunlara istiqamətləndirici dirəklər, işıqlı tumbalar, tavacıqlar, işıq əksedən düymə və qurğular, səyyar çəpərlər, dirəklər, konuslar, payalar və s. aiddir.

İstiqamətləndirici dirəklər dəmirbetondan, metaldan, ağacdan, plastik materialdan hazırlanır, üzərinə nişanlama çəkilir. Dirəklərin korpusunun üzərinə işığı əks edən lövhə və ya katafot vurulur. Dirəklər yol yatağının çiynində, qaşdan ən azı 0,35 m məsafədə qurulur.

Siqnal işıq tumbaları yolun və küçələrin işıqlı sahələrində sürücülərə ada- cıqların, piyada keçidinin, yol ötürənin dayaqlarının yerlərini göstərmək üçündür.

Düymələr, tavacıqlar və digər vasitələr qaranlıq və yağışlı havada uzununa nişanlamanın yaxşı görünməsi üçün tətbiq olunur. Bunlarda da işığı əks edən elementlər quraşdırıla bilər.

Avtomobilin tökmə yamacından gözlənilməyən sürüşməsinin, körpüdən aşmasının, ayırıcı zolağı kəsməsinin, qurğulara çırpılmasının qarşısım almaq üçün və piyadaların hərəkətini nizamlamaq məqsədi ilə yol çəpərləri (hasarları) quraş- dırılır. Bunlar funksional təyinatına görə 2 qrupa bölünür: 1) güc təsirinə hesab- lanmış konstruksiyalar; 2) piyadalann hərəkətini tənzimləyən. 1-ci qrup hasarlar 2 növ olur: istiqamətləndirici və dayandırıcı (saxlayıcı). Istiqamətləndirici hasarlar alçaq hasar-baryer tipli, məhəccər (parapet) tipli, bordyur tipli və qanşıq tipli ola bilər.

Dayandırıcı hasarların təyinatı avtomobilin frontal zərbəsindən alınan ki- netik enerjini yayıb azaltmaqdır. Bunlara bir qrupda bağlanmış boş metal çəllək- lər, avtomobil təkərləri misal ola bilər.

İnşaat norma və qaydalarının (İN və Q 2.05.02-85) tələblərinə görə avtomobil yolunun yaşayış məntəqəsi sahəsində; yolun qorxulu hissələrində, böyük körpülərdə, avtobus dayanacaqlarında, I və II dərəcəli yollann kəsişməsində, də- mir yolu ilə kəsişmələrdə, dairəvi kəsişmələrdə və istehsalat müəssisələrinin ya- naşma yollarında həmçinin tunellərdə süni elektrik işıqlandınlması nəzərdə tutulmalıdır. Işıq dirəkləri əsasən torpaq yatağının qaşından ən azı 0,5 m aralı quraşdınr. İşıq dirəkləri gediş hissəsinin eni 12 m-ə qədər olsa, yolun bir tərə- fində, çox olarsa, yolun hər iki tərəfində düzbucaqlı və ya şahmat qaydasında dü- zülür.

Avtomobil yolunu layihələndirəndə, yolun abadlaşdırılması qrafiki tərtib olunur. Qrafikdə sxematik olaraq hərəkətin təşkilinin əsas qurğu və texniki vasi- tələrinin yerləri göstərilir. Lakin bu qrafik tam təsəwür yaratmadığı üçün mü- rəkkəb yerlərin və ya da bütün yolun abadlaşdırma sxemini tərtib etmək tələb olu- nur. Sxemi 1:500 (yaşayış məntəqəsində 1:200) miqyasmda çəkirlər, bütün nişan və siqnalların yerlərinin dəqiq piketaj vəziyyəti göstərilir. Sxemin tərtibi belə ardıcıllıqla apanlır: 1) yol nişanlarının qoyulması. 2) yol nişanlanması, 3) yol çə- pərlərinin və istiqamətləndirici dirəklərin qoyulması, 4) yolun qorxulu sahələrinin işıqlandırılması tədbirləri. Sxemin tərtibi 8 mərhələdə yerinə yetirilir: 1) göstərici nişanlar qoyulur. 2) yolu yaşayış məntəqələri və digər sahələr kimi 2 hissəyə bölürlər, konflikt sahələri təyin edib təldbirlər planı yerinə yetirirlər, 3) əsas konflikt zonalarda yol nişanlanması çəkilir, 4) yol nişanlarının növləri və sayları təyin olunur, 5) piyadaların ciddi zədə ala biləcəyi qorxulu yerlər qeyd olunur, hasarlama çəkilir, 6) işıqlandırmanın ilkin sxemi tərtib olunur, sonra dəqiqləşdi- rilir, 7) yolun abadlaşdırılması sxemi dəqiqləşdirilir, 8) yekun mərhələsində sxemi marağı olan təşkilatlarla razılaşdırırlar.

Avtomobil yollarındakı ağac və kollar həm texniki məqsədlər (yolun mü- hafizəsi), həm də memarlıq-bədii tərtibat məqsədi üçün əkilir.

Qardan mühafizə əkililəri sıx çoxcərgəli ağac və kollardan ibarət olaraq qarı özündə saxlayır. Ən sadə qardan mühafızə əkilisinə canlı çəpərlər - 2 cərgəli sıx ağac və kollar misal ola bilər. Qaryığan meşə zolağları bir neçə cərgə alçaq sıx çətirli ağaclardan və zolağın arxasında əkilmiş bir neçə cərgə kollardan ibarət olur. Belə zolaq küləyin sürətini azaldır, qarı özündə saxlayır.

Mövzu-11 YOLUN ABADLAŞDIRMA SXEMİ

PLAN


  1. Yolun süni işıqlandırılması.

  2. Yolun abadlaşdırma qrafiki.

  3. Yolun yaşıllaşdırılması.

  4. Hərəkətin təhlükəsizliyi tədbirləri

Günün qaranlıq vaxtlarında yolda avtomobillərin hərəkət rejimi gündüz vaxtlarından kəskin fərqlənir. Gündüz vaxtı normal işıqlanma zamanı sürücü predmeti 1 km uzaqdan görə bilir. Gecə vaxtı avtomobilin işığında yol örtüyündəki predmet yalnız 100-130 m məsafədən görünür. Yol-nəqliyyat hadisələrinin miqdarı qaranlıq dövrlərdə dəfələrlə artır, ölüm hadisələri gündüz saatlarında olduğundan 2,5 dəfə çox olur. Qəzaların sayı yaşayış məntəqələrində daha çox baş verir.

Gecə saatlarında sürücünün istiqamətləndirilməsini yaxşılaşdırmaq üçün bir çox üsullar tətbiq edilir:



yol geyimini açıq rəngli materiallardan tikirlər; yolun oxunu işarələyirlər (markirovka); işıqlı kənar zolaqlar qururlar; işığı əks etdirən səthli yol nişanları quraşdırılır, istiqamətləndirici qurğular qoyulur; ayırıcı zolaqda işığa qarşı ekran quraşdırılır; süni işıqlanma yaradılır.

Gecə vaxtı yolun görünməsi şərtlərinin nəzərə alınması yol trassasının keçirilməsində müəyyən əhəmiyyət kəsb edir, çünki kiçik radiuslu əyrilərdə dönərkən avtomobilin işıqları yol örtüyünü işıqlandıra bilməyir.

Açıq rəngli yol örtüyü almaq üçün sementbeton örtük və açıq rəngli daş materiallarından (kvarsit, kvars porfiriti, qraodiorit) tərtib olunmuş geyim qurulur. Örtüyün üst səthini ağ rəngli süni daş materialları ilə («lyuksovit», «sinopal», «termolit», «dorsil») emal etdikdə daha yaxşı effekt almaq olur. İşığı əks edən ilk qurğular şüşədən hazırlanan katafotlar («pişik gözləri») olmuşdur (1930-cu il, britaniyalı Persi Şou). İşığı əks etdirən təbəqənin əsas elementi yüksək keyfiyyətli optik şüşələrdən hazırlanan kiçik kürəciklər layıdır (40-80 mkm).

световозвращатель (катафот) дорожный типа кд6http://by.all.biz/img/by/catalog/small/18553.jpeg

светоотражатели (катафоты) дорожные

Gecə saatlarında avtomobillərin hərəkətinin yaxşılaşdırılması tədbirlərindən ən effektlisi süni işıqlandırma hesab edilir. Süni işıqlandırma gecə vaxtı yol-nəşliyyat hadisələrinin miqdarını 50% qədər azalmağa imkan yaradır. İqtisadi hesabatlarla təyin olunmuşdur ki, süni işıqlandırma yol-nəqliyyat hadisələrinin iqtisadi itkilərini xeyli azaldır. Qeyd edək ki, süni işıqlandırmanın dəyəri ümumi yol tikintisinin dəyərinin cəmi 2-4%-ni təşkil edir.

Bütün yol boyu süni işıqlandırma yaratmaq praktiki mümkün deyildir, çünki böyük maliyyə xərcləri və elektrik enerjisini tələb edir. Buna görə əsasən yol kəsişmə və birləşmələri, keçidlər, dayanacaqlar, istirahət meydançaları, tunellər, dar körpülər, magistrallarda ara məsafəsi 1,5 km-dən az olan işıqlandırılmış kəsişmələr arasındakı sahələr, dəmir yolu keçidləri, yolun digər təhlükəli sahələri süni işıqlandırılır.

Aşağıdakı yerləri süni işıqlandırmaq məsləhət görülür:

1) IV dərəcəli yolda – insanların çox miqdarda toplaşdığı yerlər (klub, kinoteatr, məktəb, vokzal);

2) III dərəcəli yoldahəmçinin, yaşayış məntəqələrində səkilər və avtobus dayanacaqları;

3) I və II dərəcəli yoldayaşayış məntəqələrində bütün yol boyu, mürəkkəb kəsişmə yerləri, avtobus dayanacaqları, yanacaq doldurma məntəqələri ətrafı, keçidlər, gediş hissəsinin eninin dəyişilmə yerləri.

Yolun süni işıqlandırma səviyyəsi hərəkət şiddətliyi artdıqca yüksəlməlidir. Məsələn, həkərət şiddətliyinin 200-500 avt/saat qiymətində yol örtüyünün orta parlaqlığı 0,4 kd/m2, hərəkət şiddətliyi 2000 avt/saat qiymətindən çox olarsa – 1,0 kd/m2 olmalıdır.

İşıqlandırıcıların yerləşməsi sürücünün baxışını istiqamətləndirməli və onun diqqətini qorxulu zonalara cəlb etməlidir.

Qorxulu sahələri işıqlandırdıqda işıqlanması tədricən azalan 50 m uzunluqda keçid zonası nəzərdə tutulmalıdır ki, sürücünün gözləri işığa uyğunlaşa bilsin.

Yolun işıqlı və qaranlıq sahələrinin sərhədləri yol-nəqliyyat hadisələrinin ən çox baş verən yerləridir. Bu səbəbdən tunnelə və şəhərdə müxtəlif səviyyəli kəsişmələrin yeraltı hissələrinin girişlərində gündüz saatlarında güclü işıqlanma yaradırlar ki, gün işığından süni işıqlanmaya səlis keçid alınsın.

İnşaat norma və qaydalarının (СНиП 2.05.02-85) tələblərinə görə avtomobil yolunun yaşayış məntəqəsindən keçən sahəsində, yolun qorxulu hissələrində, böyük körpülərdə, avtobus dayanacaqlarında, I və II dərəcəli yolların kəsişməsində, dəmir yolu ilə kəsişmələrdə, dairəvi kəsişmələrdə və istehsalat müəssisələrinin yanaşma yollarında həmçinin tunellərdə süni elektrik işıqlandırması nəzərdə tutulmalıdır. İşıq dirəkləri əsasən torpaq yatağının qaşından ən azı 0,5m aralı quraşdırılır.



http://www.bakupages.com/location/8km/images/dsc00167777182446.jpgдорог свет автодорог

Gediş hissəsinin eni 12 m-ə qədər olarsa, işıq dirəkləri yolun bir tərəfində, çox olarsa - yolun hər iki tərəfində düzbucaqlı və ya şahmat qaydasında düzülür.

Avtomobil yolunu layihələndirəndə, yolun abadlaşdırılması qrafiki tərtib olunur. Qrafikdə sxematik olaraq hərəkətin təşkilinin əsas qurğu və texniki vasitələrinin yerləri göstərilir. Lakin bu qrafik tam təsəvvür yaratmadığı üçün mürəkkəb yerlərin və ya da bütün yolun abadlaşdırma sxemini tərtib etmək tələb olunur. Sxemi 1:500 (yaşayış məntəqəsində 1:200) miqyasında çəkirlər, bütün nişan və siqnalların yerlərinin dəqiq piketaj vəziyyətlərini göstərirlər.

Sxemin tərtibi belə ardıcıllıqla aparılır: 1) yol nişanlarının qoyulması. 2) yol nişanlanması, 3) yol çəpərlərinin və istiqamətləndirici dirəklərin qoyulması, 4) yolun qorxulu sahələrinin işıqlandırılması tədbirləri.c:\users\пользователь\documents\abadlaşd. sxemi.jpg



Yolun abadlaşdırılması qrafiki

Sxemin tərtibini 8 mərhələdə yerinə yetirirlər:



1) göstərici nişanlar qoyulur; 2) yolu yaşayış məntəqələri və digər sahələr kimi 2 hissəyə bölürlər, konflikt sahələri təyin edib təldbirlər planı işləyirlər; 3) əsas konflikt zonalarda yol nişanlanması çəkilir; 4) yol nişanlarının növləri və onların miqdarları təyin olunur; 5) piyadaların ciddi zədə ala biləcəyi qorxulu yerlər qeyd olunur, hasarlama çəkilir; 6) işıqlandırmanıfn ilkin sxemi tərtib olunur, sonra dəqiqləşdirilir; 7) yolun abadlaşdırılması sxemi dəqiqləşdirilir; 8) yekun mərhələsində sxem marağı olan təşkilatlarla razılaşdırılır.

Avtomobil yollarının yaşıllaşdırılmasının (ağac və kolların əkilməsi) 2 məqsədi vardır: texniki məqsədli (yolun mühafizəsi) və memarlıq-bədii tərtibat məqsədli (dekorativ).

Yolun mühafizə yaşıllıqları aşağıdakı məqsədlərə xidmət edir:

-eroziyayaya qarşı; qardan mühafizə; qumdan mühafizə; səs-küydən, zərərli qazlardan və tozlardan mühafizə.

Qardan mühafizə əkililəri çoxcərgəli sıx ağac və kollardan ibarət olaraq qarı özündə saxlayır. Qar təhlükəsindən ən sadə mühafizə əkilisinə canlı çəpərlər - 2 cərgəli sıx ağac və kollar misal ola bilər. Qaryığan meşə zolağları bir neçə cərgə alçaq sıx çətirli ağaclardan və zolağın arxasında əkilmiş bir neçə cərgə kollardan ibarət olur. Belə zolaq küləyin sürətini azaldır, qarı özündə saxlayır.

http://www.budinfo.org.ua/doc/img/30338.gif

http://ua.all.biz/img/ua/service_catalog/343700.jpeghttp://img.dayazcdn.net/367x275c/obshchestvo/06/5/357411.jpg

арас, 017

Profil

Zolaqları yaratmaq məqsədi ilə əlavə təhkim zolağı üçün torpaq sahəsi ayrılır.



Dekorativ əkililər yola gözəl görkəm verir, onun yeknəsəkliyini azaldır, yolu ətraf mühitə uyğunlaşdırır. Dekorativ əkililər komponovka prinsipinə görə 3 tip olur:

1) requlyar tipli – əkililər yola parallel, ciddi qaydada yerləşdirilir.

2) landşaft tipli – müxtəlif ölçülü qrup ağac və kolları mövcud bitkilərlə və relyefin formaları ilə uyğunlaşdırmaq.

3) qarışıq tipli – requlyar əkililər fonunda landşaft qrupları yerləşdirilir, xüsusən də yol qovuşmaları və kəsişmələri yerlərində, körpüyə yanaşma sahələrində.

Yaşıllaşdırma layihəsinin tərtibində iştirak etmək üçün landşaft memarını da dəvət edirlər.

Yolların yaşıllaşdırılması zamanı aşağıdakı problemlərə diqqət verilməlidir:

işıq-kölgə effektinin sürücülərin və sərnişinlərin əsəblərini qıcıqlandırması, ağacların köklərinin torpaq yatağına və yol geyiminə dağıdıcı təsiri, avtomobillərin ağaclara toqquşması halları.

Hərəkətin təhlükəsizliyini təmin edən tədbirlər bütün yol boyu və həm də onun ayrı-ayrı hissələrində, hərəkətin şiddətliyindən asılıdır. Nəqliyyat axınının sıxlığı artdıqca, onun «turbulentliyi» (ötmələrin miqdarı) çoxaldıqca, hərəkətin təşkili üzrə yol tədbirləri sistemi də o qədər dəqiq və düzgün düşünülmüş olmalıdır.

Hər hansı marşrutda müəyyən bir tədbiri həyata keçirmək üçün ilk növbədə onun qısa müddətdə ən böyük effekt verə biləcək minimum dərəcəsini tapmaq vacibdir. Hərəkət şiddətliyindən asılı olaraq hərəkətin sürəti və rejimi dəyişdiyindən və bunlardan asılı olaraq yol-nəqliyyat hadisələrinin xarakteri və miqdarı da dəyişdiyi üçün müxtəlif tikinti və təşkilatı tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlərə hərəkətin təhlükəsizliyi əmsallarının aşağı qiymətli yerlərindəki fərdi tədbirlər, həmçinin bütün yol üçün ümumi olan tədbirlər daxil olmalıdır. Belə sistem çevik olmaqla mərhələlərlə yerinə yetirilə bilər və hərəkətin şiddətliyinin artmasına uyğun təkmilləşdirilir.

Aparılan tədbirlərin statik analizi göstərir ki, onların tətbiqi sayəsində yol-nəqliyyat hadisələrinin azalmasında aşağıdakı nəticələr əldə olunmuşdur:

1) şəhər kənarında hərəkətin təşkilində



yol nişanlarının qoyulması – 20% qədər

yol nişanlarının qoyulması və yolun nişanlanması – 36% qədər

2) yol avadanlıqları ( hasarlamanın qurulması) :

əyridə – 10%; körpülərdə – 30%; enişlərdə – 12%

3) yaşayış məntəqələrində hərəkətin təşkilində:



sürətin məhdudlaşdırılması – 16%

dayanacaqların avadanlıqlarla təchizi – 15%

süni işıqlandırma – ölümlə nəticələnən qəzaların 50%-ni

Bu məlumatlar nəzərdə tutulan tədbirlərin istiqamətləndirilməsi üçün ümumi məqsəd daşıyır. Dəqiq biliklər əldə etmək üçün «tədbirdən əvvəl»«tədbirdən sonra» metodikası ilə geniş müşahidələrin aparılması tələb olunur

Ədəbiyyat

1.Справочник инженера-дорожника. Проектирование автомобильных дорог. Москва, 1989.

2.СНиП 2.02 05-85.

3.В.Ф.Бабков, О.В.Андреев. Проектирование автомобильных дорог. Часть I,II. Москва, 1979.

4.Y.M.Piriyev. Avtomobil yolları. Bakı,1999.

Mövzu-12 NƏQLİYYAT AXINININ HƏRƏKƏTİNİN QANUNAUYĞUNLUQLARI

PLAN
1.Nəqliyyat axınının qanunauyğunluqlan.

2.Yolun buraxıcılıq qabiliyyəti.

3..Avtomobilin hərəkət rejiminə təsir edən amillər.

.4.Hərəkətin şiddətliliyi

5. Təhlükəsizlik əmsalı

.

Yolun elementlərinin təyini zamanı nəzəri olaraq yolda tək avtomobilin hesabi sürətlə hərəkəti qəbul olunur və hesab edilir ki, sürücüyə istədiyi hərəkət rejimini seçməyə və avtomobilin dinamiki imkanlarından istifadə etməyə heç nə mane olmayır. Faktiki olaraq avtomobil yolunda eyni vaxtda çox saylı, müxtəlif tipli, yüklü və texniki vəziyyətli avtomobillər hərəkət edir. Bu avtomobilləri fərqli bacarıqlı, yolda hərəkətin dəyişikliyinə müxtəlif cür reaksiya verən sürücülər idarə edir. Bu səbəbdən, tək avtomobillərin hərəkətinə hesablanmış texniki normativlərin əsasında qəbul olunan layihə qərarları onların nəqliyyat axınının hərəkətini təmin etmək cəhətdən analiz olunmalıdır.



Müxtəlif yerlərdən müxtəlif istiqamətlərə hərəkət edən avtomobillər yolda qarşı-qarşıya gələn nəqliyyat axını yaradır ki, onun daxilində də müəyyən maneələr meydana çıxır (ötüb keçmə zamanı, ara məsafənin düzgün seçilməməsində və s.).

Nəqliyyat axınının hərəkətinin qanunauyğunluqlarını avtomobilin nəzəriyyəsinə, mühəndis psixologiyasına və ehtimal nəzəriyyəsinə əsaslanan nəqliyyati axınlarının nəzəriyyəsi elmi öyrənir.

Hərəkətin rahatlığı səviyyəsinə görə nəqliyyat axınlarının aşağıdakı xarak- terik rejimləri vardır: 1) sərbəst axın (A səviyyəsi) - bir-birindən çox aralı olan tək avtomobillərin hərəkətidir ki, sürücü və sərnişinlər üçün rahat olur;

2) qismən əlaqəli axın (B səviyyəsi) - bir neçə avtomobildən ibarət qrupların bir-birinə yaxın hərəkətidir. İrəlidə gedən az sürətli avtomobil arxadakıları gecikdirir. Axının orta sürəti azalır, avtomobili idarə etmək çətinləşir.



əlaqəli (bağlı) axın (C səviyyəsi) - böyük qrup avtomobillərin hərə- kətidir, avtomobilləri bir-birinə qarşılıqlı təsir edirlər, ötüb-kecmə əməliyyatı çə- tinləşir, hərəkətin rahatlığı azalır, sürücülərdən böyük diqqət tələb edilir.

sıx və ya doymuş axın (D səviyyəsi) - avtomobillər bir-birinin ardınca hərəkət edir, ötub-keçmə əməliyyatı qeyri-mümkündür, sürət kəskin azalır, tıxaclar əmələ gələ bilər.Müxtəlif günlərdə və saatlarda hərəkətin şiddətinin dəyişməsi ilə əlaqədar olaraq yolun eyni bir sahəsində hərəkətin rejimi dəyişir.Müəyyən zaman kəsiyində avtomobil yolundan keçən avtomobillərin miq- darına yolun buraxıcılıq qabiliyyəti deyilir ki, hərəkətin sürətindən və təşkili səviyyəsindən asılıdır. Yolu xarakterizə etmək üçün 2 növ buraxıcılıq qabiliyyəti nəzərdə tutulur. 1) maksimum nəzəri buraxıcılıq qabiliyyəti - nəzərə alınır ki, eyni tipli ideal dəstə əlverişli şəraitdə hərəkət edir; nəqliyyat axınının hərəkəti nəzəriyyəsinin dinamik düsturları ilə təyin edilir. 2) təcrübi tipik buraxıcılıq qabiliyyəti - əlverişli şəraitdə yoldan buraxıla bi- lən avtomobillərin ən çox miqdarı.Yolun buraxıcılıq qabiliyyəti istismar dövründə hava şəraitindən, hərəkətin tərkibindən və təşkili tədbirlərindən asılı olaraq geniş sərhədlərdə dəyişə bilər. Yolda hərəkətin şiddətliyi artdıqca, avtomobilə qarşı əngəllər çoxalır və hərəkət sürəti azalır. Trassanın elementlərinə qoyulan tələblər tək avtomobilin hərəkəti şərtindən təyin olunur. Hərəkət edən avtomobilə mürəkkəb yerdəyişmələr sistemi təsir edir: düz xətli hissələrdə irəliləyən hərəkət, əyrilərdə şaquli ox ətrafında fırlanma, örtüyün kələ-kötürlüklərinə dəydikdə eninə və uzununa istiqamətdə titrəmələr və s. Bütün bu xüsusiyyətləri tam ölçüdə nəzərə almaq mümkün olmadığı üçün şərti olaraq qəbul edirlər ki, avtomobil hamar, möhkəm, deformasiya olunmayan səth üzərində hərəkət edir.Avtomobilin yolda hərəkət rejimi 3 faktorla təyin olunur- avtomobilin istismar xüsusiyyətləri, yol şəraiti və sürücünürn fərdi xüsusiyyətləri. Yolun təhlükəsiz, iqtisadi səmərəli, rahat layihələndirilməsi zamanı göstərilən faktorlar kompleks şəkildə nəzərə alınmalıdır. Avtomobilin yoxuşa hərəkətinə aşağıdakı qüvvələr təsir edir: diyirlənməyə müqavimət (Pj) , yoxuş müqaviməti (Pi), havanın müqaviməti (Pw) avtomobilin ətalət qüvvəsi və onun mexanizmilərinin fırlanma kütləsi (Pj). Diyirlənməyə müqavimət və havanın müqaviməti həmişə hərəkət edən avtomobilə təsir edir. Yoxuş müqaviməti və ətalət qüvvələrinin uzunluq profılindən asılı olaraq qiymətləri sıfra bərabər və ya əks işarəli ola bilər.Diyirlənməyə müqavimət təkərlərin və yolun deformasiyasına sərf olunan enerji hesabına olur. Hamar asfaltbeton və sementbeton örtüklərdə bu müqaviməti yaradan faktor təkərlərin sıxılmasıdır. Hamar örtüklərdə təkərin örtüyün kələ- kötürlüyünə dəyməsi faktoru da əlavə olunur. Qrunt yollarda müqavimət təkərlərin deformasiyası və təkərin qruntda iz qoymasından yaranır. Bərk örtüklü yollarda diyirlənməyə müqavimətin qiyməti yol səthinə düşən təzyiqlə düz müntənasibdir: Pf =ΣG i- fi Gi - ayrı-ayrı təkərlərdən düşən yük;fi- diyirlənməyə müqavimət əmsalı. fi-nin qiymətləri müxtəlif örtüklər üçün 0,01- 0,03 və çox ola bilər.Qrunt örtüklü yollarda; Pf= £ Gİ ; H - təkərin izinin dərinliyi; D- təkərin diametri. £ - qruntun vəziyyətindən asılı olan əmsal (0,75 h-1,0). Əsasənbütün təkərlərin qiymətini avtomobilin çəkisinə aid edirlər, yəni: f= ; ΣPf - bütün təkərlərin diyirlənməyə müqavimətlərinin cəmi; Gavt - avtomobilin çəkisi.Pf - in qiymətləri hərəkət sürətindən və təkərin elastikliyindən asılı olaraq

dəyişir. Lakin 50 km/saat qiymətlərinə qədər diyirlənməyə müqavimət demək olar ki, dəyişməz qalır. Onda yuxarı dərəcəli yolun layihələndirilməsində belə qəbul etmək olar:



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin