İPF-B00
|
İxtisasın peşə hazırlığı fənləri bölümü:***
Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində tələbə
bilməlidir:
Fənnin tədrisi prosesində konstruktor sənədlərinin metodları, normaları, oxuma və tərtib olunma qaydaları, həndəsi qurmalar, təsvirlərin alınma metodları, ölçülərin göstərilməsi, maşın mexanizmləri, radio qurğuları və rabitə vasitələri qurğuları hissələrinin birləşmələri, yığım cizgiləri, standartlaşmanın metodiki əsaslarını;
bacarmalıdır:
Dövlət standartlaşdırma sistemi, vəsait və ölçü metodlarının standartlaşdırılması, metroloji xidməti;
bilməlidir:
Həyat fəaliyyətinin rahatlıq şərtləri və əmək fiziologiyasının əsasları, texniki sistemin ekologiyalılığı və təhlükəsizliyi, fövqəladə şəraitlərdə təhlükəsizlik, həyat fəaliyyətinin təhlükəsizliyinin idarə olunması, elektrik təhlükəsizliyinin əsasları, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi qaydalarını;
bacarmalıdır:
Rabitə müəssisələrində bütün işləri təhlükəsizlik texnikası qaydalarına uyğun yerinə yetirməyi;
bilməlidir:
- İnformasiyanın növləri, informasiyanın toplanması, ötürülməsi, işlənməsi, ümumi xüsusiyyətləri, tətbiqi proqramlar paketi; paketin tərkibi və strukturu (MS Office); Sistem proqram təminatı; Əməliyyat sistemləri, əməliyyat sistemləri ilə işin əsasları, qrafik interfeys; xidməti proqramlar; mətn prosessorlarının, cədvəl redaktorlarının, VBİS-lərin, kompyuter qrafikasının imkanları.
bacarmalıdır:
Müasir proqramlaşdırma vasitələ-rindən, əməliyyat sistemləri və tətbiqi proqramlardan Mətn proses-sorlarından, cədvəl redaktorlarından, kompyuter qrafikasının ımkanlarından istifadə etməyi;
bilməlidir:
- Matrislər və onlar üzərində əməlləri, İki ıə üç tərtibli determinantlar və onların hesablanması qaydalarını, n-tərtibli determinant haqqında anlayış. Tərs matris, onun varlığı və tapılmasını;
bacarmalıdır:
Vektorlar və onlar üzərində əməllər, vektorların xətti asılılığı, vektorların skalyar və vektoryar hasilləri və onların xassələrini, İki tərtibli əyrilər, onların kanalik tənliklərinn həll etməyi;
bilməlidir:
- Mürəkkəb elektrik dövrələrinin hesabat metodları. Güclər və güclər balansı. Sinusoidal dəyişən cərəyan dövrələri. Triqonometrik və simvolik metodlar. Dalğa və vektor diaqramları. Qeyri-sinusoidal dəyişən cərəyan dövrələri. Elektrik dövrələrində keçid prosesləri. İmpuls xarakteristikaları. Paylanmış parametrik dövrələr. Qeyri-xətti dövrələr. Elektromaqnit sahəsi nəzəriyyəsi. İstiqamətlənmiş və istiqamətlənməmiş qraflar nəzə-riyyəsini;
bacarmalıdır:
Elektrik dövrələrinin hesabatı zamanı elkektrotexniki qanunları tətbiq etməyi;
bilməlidir:
- Elektrovakuum və ion cihazları. Maddələrin elektrik keçiriciliyi. Yarımkeçiricilər. Yarımkeçiricilərdə elektrik keçiriciliyi. Aşqarlı yarım keçiricilər. Termorezistorlar və varistorlar. Elektron-deşik keçidi. Yarımkeçirici diodlar; Düzləndirici diodlar. İmpuls diodları, stabilitronlar, ifrat yüksəktezlikli diodlar, varikaplar, tunel diodları, gərginlik məhdudlayıcıları, şüalandırıcı diodlar. Tranzistorlar; Bipolyar tranzistorlar, unipolyar tranzistorlar, tranzistorlarin qoşulma üsulları. Tiristorlar, növləri, iş prinsipi, parametrləri, tətbiq sahələri. Fotoelektron cihazlar. Yarımkeçirici fotoelektron cihazlar, göctərici elementlər, optik cütlər. Mikroelektronika; İnteqral mikrosxemlər, rəqəm inteqral mikrosxemlər, analoji inteqral mikrosxemlər, böyük inteqral mikrosxemlər, mikroprosessorlar, yaddaş qurğular. Funlsional mikroelektronika. Molekulyar elektronika, optoelektronika, akustoelektronika, krioqen elektronika, istilik elektronikası;
bacarmalıdır:
Elektron qurğularında istiyadə olunan bütün elementləri oxumağı və iş prinsipini izah etməyi;
bilməlidir:
- Gücləndiricilər, əsas parametrləri və xarakteristikaları, dəyişən cərəyan gücləndiriciləri, güc gücləndiriciləri, çoxkaskadlı gücləndiricilər. Gücləndiricilərdə əks əlaqələr. sabit cərəyan gücləndiriciləri. Analoq mikrosxem texnikası, əməliyyat gücləndiriciləri, parametrləri, əsas göstəriciləri və xarakteristikaları, sıfır dreyfinin azaldılması yolları. Genişzolaqlı gücləndiricilər, dar zolaqlı gücləndiricilər, rezonans gücləndiriciləri, yüksək tezlikli və ifrat yüksək tezlikli gücləndiricilər. Gücləndiricilərdə küylər və onların aradan qaldırılması yolları. Azküylü gücləndiricilər.
Rəqəm texnikasının elementləri. Əsas baza məntiq elementləri. Sadəvə mürəkkəb məntiq elementləri;İnteqral triggerlər, sinxron və asinxron triggerlər, birtaktlı və ikitaktlı triggerlər, universal triggerlər; -Sayğaclar, ardıgıl və birbaşa ötürməli sayğaclar, məcburi say əmsallı sayğaclar, tezlik bölücüləri, Registrlər, ardıcıl və paralel registrlər, universal reversiv registrlər, dairəvi sayğaclar və impuls paylaşdırıcıları.
Kombinasiyalı sxemlər, multipleksorlar və demultipleksorlar, koderlər və dekoderlər, yarımcəmləyicilər və cəmləyicilər, çoxdərəcəli cəmləyicilər. Kodların müqayisə qurğuları. Komparatorlar. Yaddaş elementləri, statik və dinamik yaddaş elementləri, daimi yaddaş elementləri
bacarmalıdır:
Gücləndiricilərin istismar qaydalarını onların köklənməsini, baş vermiş nasazlıqların aşkarlanmasını və aradan qaldırılmasını. Rəqəm texnikasının elementləri üzərində sadə funksional sxemlərin tərtib olunmasını;
bilməlidir:
- mikroprosessor sistemlərinin baza funksional sxemini, mikroprosessor sistemlərinin proqram təminatını, mikrokontroller sistemlərinin tipik idarəetmə sisteminin və təşkilinin strukturunu, mikroprosessor sistemlərinin sınaq üsullarını və sazlanma qaydalarını, İnternet üzərindən müxtəlif qurğuların informasiya asılılığını, Mikropro-sessor sistemlərinin istehsalının və istifadə olunmasının vəziyyətini;
bacarmalıdır:
mikroprosessor sistemlərində test və sazlanma işlərini aparmağı, mikroprosessor sistemlərində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması;
bilməlidir:
- İqtisadiyyat elminin predmeti, iqtisadiyyata giriş (iqtisadi təhlilin əsasları, mübadilənin əsasları, rəqabətli bazarın fəaliyyəti, dövlət bölməsinin əsasları), mülkiyyət haqqında əsas anlayışlar; iqtisadi və hüquqi səmtlər, -mikroiqtisadiyyata giriş, pul, pul tədavülü və pul siyasəti, milli gəlir, xərclər, tələb, təklif, infilyasiya və işsizliyin mikroiqtisadi problemləri, dünya iqtisadiyyatı və iqtisadi inkişaf. İstehsalatda menecmentin əsaslarını;
bacarmalıdır:
tələb istehlak seçməsi, məsrəflər, təklif firmalar və rəqabət formaları, biznesin quruluşu və tənzimləmə, faktorlar bazarları və gəlirlərin bölüşdürülməsini;
bilməlidir:
-Telekommunikasiya, radiotexnika və elektron qurğularının metroloji təminatı, metrologiyanın predmeti və məsələləri, -xətalar nəzəriyyəsi və ölçmə nəticələrinin statistik emalı, -ölçmələrin təsnifatı və əsasları, fiziki kəmiyyətlər, ölçü vahidləri, ölçü üsulları və texniki vasitələri, ölçmələrin prinsipləri və metodları, ölçmələrin vahidliyinin təmin edilməsi və dəqiqliyinin artırılmasının metod və vasitələri, elektroradiotexniki ölçü cihazlarının əsas elementləri, ölçü
vasitələrinin qurulma prinsipləri və xüsusiyyətləri, -rəqəmli ölçü vasitələrinin qurulma prinsipləri;
bacarmalıdır:
Ölçü və nəzarət – sınaq cihazlarından istifadə qaydalarını və ölçmənin nəticələrini analiz etməyi;
bilməlidir:
Transformatorlar onların ümumi xarakteristikaları, növləri və qoşulma sxemləri, elektronika, telekommu-nikasiya və radiotexnika avadanlıq-larının elektrik təchizatının təşkili prinsipləri, elektrik təchizat sistemlərində etibarlılıq və ehtiyatlaş-dırma məsələləri, -müxtəlif elektrik təchizatı sistemi aparatlarının müqayisəsi və onların seçilməsi üzrə təlimatları;
bacarmalıdır:
Elektrik qida avadanlıqlarına təxirəsalınmaz xidməti;
bilməlidir:
-Elektromaqnit sahəsi və mühitin xassələri. Dipol nəzəriyyəsi, Umov- Pointinq vektoru, elektrodinamikanın əsas tənlikləri (Maksvell tənlikləri), dalğa tənliyi, keçirici və sürüşmə cərəyanları, istiqamətləndirici sistemlər və onlarda elektromaqnit dalğalarının (ifrat yüksək tezlikli rəqslərin) yayılması, enerji itkisi, sadə formalı rezonatorlar, dalğaötüurənlər, ifrat yüksək tezxlikli qurğular, elektromaqnit sahəsinin enerjisi, sərhəddə dalğa hadisələri. Sərhəd şərtləri. Səthi və fəza dalğaları, dalğaların fəzada və mühitdə yayılması, yer radiodalğalarının yayılması, atmosfer refraksiyası, Dopler effekti, radiodalğaların üfüqə kiçik bucaq altında düz görmə zonasında yayılması, santimetrlik və destimetrlik radiodal-ğalarının proposfer və ionosferdə
yayılması, destimetrlik və hektametrlik dalğaların yayılma qanunu-elektromaqnit birgəliyi, kosmik dalğalar, uzun, qısa və ultra qısa dalğalar haqqında əsas məlumatları;
bacarmalıdır:
Radiorabitədə məqsədə uyğun antenaların seçilməsini və quraşdırılmasını;
bilməlidir:
İnformasiyanın ötürülməsi. Siqnallar. İnformasiyanın elektromaqnit dalğalarının köməyi ilə ötürülməsi. İnformasiyanın ötürülməsi sistemi.
Xətti və qeyri xətti dövrələr; elektrik dövrələrinin təsnifatı, dördqütblülər və onların xarakteristikaları, rəqs konrurları, onların xarakteristikaları, elektrik süzgəcləri və siqnalların ləngitmə xətləri. Qeyri xəttı və parametrik dövrələr. Elektromaqnit dalğaları və istiqamətləndirici sistemlər, uzun xətlər. Determinləşmiş siqnalların nəzəri əsasları, siqnalların riyazi modelləri, siqnal, informasiya və məlumat anlayışları, siqnalların dinamiki təqdim olunma prinsipləri, seçmələr teoremi, kotelnikov teoremi, dar zolaqlı siqnal anlayışı, kompleks qurşayan, fiziki qurşayan və ani tezlik,analitik siqnal və onun xassələri, modullanmış siqnallar, modulyasiyanın növləri, amplitud, faza, tezlik modulyasiyalı siqnallar, xətti tezlik modulyasiyalı impuls siqnalları haqqında əsas anlayışları;
bacarmalıdır:
Elektrik dövrələrinin əsas qanunlarını təcrübədə tətbiq etməyi, analoq və rəqəm siqnalları fərqləndirməyi və onların parametrlərini hesablamağı;
bilməlidir:
- kənardan həyacanlanan generatorların iş rejimlərinin anazili, hesabatı, qurulma prinsipləri, böyük güclərin və yüksək faydalı iş əmsalının təmin olunması problemləri, oyadıcılar, tezliyin stabilləşdirilməsi məsələləri; bir yan zolaqlı rəqslərin formalaşdırılması, yüksək tezlik gücləndiricisinin dayanıqlığı, etibarlılığı məsələləri, bloklama və soyutma sistemlərinin xüsusiyyətləri, radioqəbuledici qurğuların təsnifatı. Birbaşa gücləndirən supergeterodin qəbulediciləri, radioverici qurğuların əsas keyfiyyət göstəriciləri, iş prinsipi və texniki, istismar konstruktiv parametrləri, radioqəbuledici qurğuların əsas keyfiyyət göstəriciləri. Radioqəbuledici qurğuların əsas funksional blokları və onların vəzifələri, radiotezlik və aralıq tezlik gücləndiriciləri, tezlik çevirmə nəzəriyyəsi, amplitud, tezlik və impuls detektorlarının xüsusiyyətləri. Radioqəbuledicilərdə tənzimləmələr, güclənmənin və tezliyin avtomatik tənzimi. Avtomatik kökləmə və axtarış sistemləri, antena nəzəriyyəsnin əsasları, dar istiqamət diaqramının alınma metodları, antenaların sintezi, optimal istiqamət diaqramı, yarıqlı, ruporlu, direktorlu, spiralvari, səthi dalğalı, güzgülü antenalar haqqında əsas anlayışları;
bacarmalıdır:
Vericilərin, qəbuledicilərin və antenaların əsas hissələrinin paraemtrlərini hesablamağı və analiz etməyi;
bilməlidir:
- təsvirlərin ötürülməsinin prinsipləri və problemləri, təsvirin açılışı, televiziya siqnalının optik təsvirə çevrilməsi, TV sisteminin ümumləşdirilmiş struktur sxemi, təsvirlərin ötürülməsinin parametrləri, TV sisteminin spektral həssaslığı. Rəng nəzəriyyəsinin əsasları və kollometryanın əsas prinsipləri, televiziya siqnalının forması və spektri, proqressiv açılış, TV siqnalının forması. Televiziya siqnalının xüsusiyyətləri və televiziya oxuyucu elementin ölçülərinin seçilməsi, televiziya siqnalının spektri.Televiziya siqnalının spektr sıxlaşması üçün sətirarası açılışın tətbiq edilməsi, TV siqnalının spektri və struktğuru. TV kanalına qoyulan tələblər. Rəqəmli TV siqnalının spektri, TV siqnalının informasiya xarakteristikaları. Rəqəmli TV siqnalının spektrinin sıxlaşdırılması üsulları, İşıq – elektrik çevriciləri. TV verici boruların quruluş prinsipləri;
bacarmalıdır:
Müxtəlif şəraitlərdə təsvirlərin qəbulu və ötürülməsi üçün tələb olunan avadanlıqların seçilməsi və onların istismarını;
bilməlidir:
-Radiorele rabitəsinin qurulma prinsipi. Birbaşa görməli radiorele rabitə xətləri, Traposfer rabitə xətləri, peyk (kosmik) rabitə xətləri, radiorele xəttinin strukturu.
Radiorele rabitəsində istifadə olunan tezlik diapazonları. Tezlik planları, radiorele rabitəsində qrup siqnallarının formalaşdırılması metodları, kanalların tezliyə görə ayrılma prinsipi. Kanalların müddətə görə ayrılma prinsipi, Radiorele, traposfer və peyk rabitə sistemlərin istifadə edilən modulyasiya növləri, radiorele xətlərində telefon və televiziya lülərənini təşkil edilməsi prinsipləri. Telefon lüləsinin təşkili. Televiziya səsləndirmə siqnallarının ötürülməsi. Televiziya lüləsinin təşkili, radiorele rabitə xətlərinin antena fider qurğuları. Radiorele rabitə xətlərində antenalarınan parametrləri. Radiorele xətlərinin fider traktı, radiorele rabitə xətlərinin verici-qəbuledici qurğuları. Radiorele rabitə xətlərinin köməkçi qurğuları. Xidməti rabitə. Xidməti rabitənin təyini. Xidməti rabitə kanallarının növləri. Telexidmət sistemi.
Peyk rabitə sistemləri. Yerin süni rabitə peyklərinin orbitləri. Orbitin elementlərinə təsir edən faktorları. Peykin radiogörüntü zonası. Peyk retranslyatoru vasitəsilə siqnalların ötürülməsi xüsusiyyəti. Siqnalların peyk retranslyasiyası. Peyk retraslyasiyasının növləri. Çoxstansiyalı əlaqə. ÇƏ-li peyk rabitə sistemlərinin qurulma prinsipləri.
Siqnalları tezliyə görə ayrılmalı ÇƏ. Peyk rabitə sistemlərində ÇƏ-li sistemin inkişafı. Peyk rabitə sistemlərinin bort retronslyatorları. Peyk rabitə sistemlərinin Yer stansiyaları. Peyk rabitə
sistemləri. Yer stansiyalarının qurulması. Fəaliyyətdə olan peyk rabitə sistemləri, Radiorele və peyk rabitə sistemlərinin elektromaqnit uzlaşdırılması haqqında əsas məlumatları;
bacarmalıdır:
Kosmik və yerüstü radiorabitə və tele-radioyayım sistemlərində istifadə
olunan avadanlıqları sərbəst istismar etməyi;
bilməlidir:
Radioteleviziya verici stansiyalarının və radiorele stansiyalarının avadanlıqlarının əsas texniki xarakteristikalarını, quruluş xüsusiyyətlərini və iş prinsiplərini, stansiya avadanlıqlarının əsas parametrlərinin ölçülməsi və nəzarət olunsması üsullarını və metodlarını, stansiya avadanlıqlarının prinsipial elementlərini, texniki istismar qaydalarını və istismar zamanı təhlükəsizlik texnikası qaydalarını;
bacarmalıdır:
-Tele-radioyayım vasitələrinin quraşdırılması, köklənməsi və istismarını;
- informasiyanın toplanması və emalında müasir üsullsrdan istifadə etmək vərdişlərinə, Vericilərin, qəbuledicilərin və antenaların əsas hissələrinin paraemtrlərini hesablamağı və analiz etmək qabiliyyətinə, Kosmik və yerüstü radiorabitə və tele-radioyayım sistemlərində istifadə olunan avadanlıqları sərbəst istismar etməyə, Tele-radioyayım vasitələrinin quraşdırılması, köklənməsi və istismarı vərdişlərinə;
|
100
|
İPF-B01 – Texniki rəsmxətt və standartlaşmanın əsasları
İPF-B02 – Həyat fəaliyyətinin təhlükəsizliyi
İPF-B03 – Kompyuterin proqram təminatı
İPF-B04 – Ali riyaziyyatın əsasları
İPF-B05 - Elektrik dövrələri nəzəriyyəsinin əsasları
İPF-B06 – Elektronikanın əsasları
İPF-B07 – Analoq və rəqəmli elektronika
İPF-B08 – Mikroprosessorlu sistemlər
İPF-B09 – Sahə iqtisadiyyatı və menecment
İPF-10 – Elektrik ölçmələri və vasitələri
İPF-B11 - Elektrik qida qurğuları
İPF-B12- Elektrodinamika və radiodalğaların yayılması
İPF-B13 – Siqnallar və sistemlər
İPF-B14 – Radioverici, radioqəbuledici və antena qurğuları
İPF-B15 – Təsvirlərin qəbulu, emalı ötürülmə nəzəriyyəsi
İPF-B16- Kosmik və yerüstü radiorabitə və tele-radioyayım sistemləri
İPF-B17 –Tele-radioyayım vasitələrinin texniki istismarı
|
4
4
8
4
6
6
4
4
6
8
6
4
8
10
6
8
4
|
ÜK-1
ÜK-2
ÜK-6
ÜK-7
ÜK-8
ÜK-9
ÜK-10
ÜK-11
ÜK-12
PK-1
PK-2
PK-3
PK-5
PK-6
PK-7
PK-8
PK-9
PK-10
PK-11
PK-12
|