İxtisasın (proqramın) şifri və adı: 040540 Rabitə sistemlərinin idarə olunmasınnın informasiya hesablama vasitələri


OİTP- orta ixtisas üzrə Təhsil Proqramı ÜK



Yüklə 199 Kb.
səhifə2/5
tarix10.01.2022
ölçüsü199 Kb.
#109325
1   2   3   4   5
OİTP- orta ixtisas üzrə Təhsil Proqramı

ÜK – ümummədəni kompetensiyalar

PK – peşə kompetensiyaları

    1. 040540 – “Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vasitələri” ixtisasının xarakteristikası.

OİTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti

Kreditlərin sayı

040540-“Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vasitələri

subbakalavr

Tam orta təhsil bazasından – 3 il *

180

*- Ümumi orta təhsil bazasından və qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda).

  1. Məzunun ixtisas xarakteristikası və kompetensiyası

2.1. Subbakalavrın ixtisas xarakteristikası.

- «Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vasitələri» ixtisası üzrə subbakalavr təhsil müddətində aldığı biliklər əsasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində peşə fəaliyyətinə, eləcə də təhsilini bakalavr pilləsində davam etdirməyə hazır olmalıdır.

- “Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vasitələri” ixtisasına yiyələnmiş mütəxəssislər uyğun istehsal və qeyri-istehsal sahələrində mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq, təşkilatlarda, idarələrdə, müəssisələrdə və s. işləyə bilər.

- bu ixtisası bitirmiş mütəxəssis bütün telekommunikasiya rabitə sistemlərində, poçt şöbələrində, şəhər-rayon rabitə qovşaqlarında operator, informasiya hesablama mərkəzlərində mütəxəssis kimi fəaliyyət göstərə bilər.

2.2. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan

tələblər.

Burada ixtisasından asılı olaraq subbakalavrın ümummədəni (ÜK) və peşə (PK)

kompetensiyasına qoyulan tələblər müəyyənləşdirilir və kodlaşdırılır.

2.2.1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

- kollektivdə işləmək qabiliyyəti (ÜK-1);

- digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq qabiliyyəti (ÜK-2);

- fəal sosial mobillik (ÜK-3);

- beynəlxalq arenada işləmək qabiliyyəti (ÜK-4);

- hüquqi biliklər və etik normalara malik olmaq (ÜK-5);

- yeni ideyalar irəli sürmək qabiliyyəti (ÜK-6);

- müstəqil işləmək (ÜK-7);

- təşəbbüskarlıq və liderlik (ÜK-8);

- işi təşkil etmək və planlaşdırmaq qabiliyyətinə malik olmaq (ÜK-9);

- nəzəri biliklərlə təcrübənin əlaqəsini möhkəmləndirmək qabiliyyəti (ÜK-10);

- İKT-dən istifadə etməyi bacarmaq (ÜK-11);

- öz inkişafına, peşəkarlığına çalışmaq (ÜK-12);

- fikrini düzgün və yığcam ifadə etmək (ÜK-13);

2.2.2. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:




Yüklə 199 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin