Jurnalistika standartları


VİDEOMATERİALLARDA MUSİQİ



Yüklə 166,9 Kb.
səhifə18/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

VİDEOMATERİALLARDA MUSİQİ 


Videomaterial yaradanlar bəzən elə hesab edirlər ki, hər hansı videosıraya mütləq musiqi artırılmalıdır və guya musiqisiz o videomaterial yarımçıq təsir bağışlayacaq.

Ancaq çox vaxt məhz olay yerində yazılan səs sırası olayın daha dolğun və obyektiv çatdırılmasına kömək edir. Videosüjetə seçdiyiniz hər hansı musiqi ona əlavə məzmun və redaktor baxışı yükləməklə sizi olayın təhrifi riskiylə üz-üzə qoya bilər.

Bir neçə misal:

Məmur yoxsul bir rayonda yeni uşaq meydançası açır. Siz videoya şən musiqi sədalarını artırırsınızsa, məmur hamıya xeyirxah əməl sahibi kimi görünəcək. Hətta tənqidçilər onun korrupsioner və uşaq meydançasının tikintisi hesabına varlanan biri olduğunu bəyan etsələr də. Bu halda şən musiqi süjetin bir tərəfini gözə çarpdırsa da, digər tərəfini ört-basdır edə bilər.

Siyasətçi açıq çıxışında öz əleyhdarlarını hədələyir, qəzəbə onları cəzalandılracağını bildirir. Onun qəzəbli tonunu vurğulamaq üçün nitqinə qanqaraldıcı musiqi artırsanız, belə musiqi müşayiəti materialın qərəzsizliyinə kölgə salacaq, siyasətçini zalım, əleyhdarlarını isə məzlum göstərəcək.

Belə hallarda – birmənalı olmayan və problemli sayılan mövzulara üz tutduğunuz zaman, çox vaxt reportajın obyektivliyini qorumağın ən yaxşı yolu elə olay yerinin adi səsndən və müxbirin danışığından istifadədir.

Mövzu problemdən söz açmırsa, publikada sevindirir, yaxud kədərləndirirsə, musiqi müşayiəti həmin duyğuları daha da dərinləşdirə bilər. Məsələn, süjetdəki şən musiqi yeni protezləri - taxma ayaqları hesabına ayağa duran əlil uşağın sevincini vurğulayar.

Vətənpərvərlik xarakterli olayları, tutalım, hərbi parad və ildönümlərini, siyasi etirazları işıqlandırarkən özəlliklə ehtiyatlı olmaq lazımdır. Qərəzsiz KİV kimi, “Azadlıq/Azad Avropa Radiosu”nun nüfuzunu qorumaq üçün belə hallarda yalnız olay yerinin səsindən istifadəyə yol verilir. Heç bir halda reportaja vətənpərvər və ya hər ansı başqa musiqi parçası artırmağa icazə verilmir. Bu, elə təsəvvür yarada bilər ki, biz reportaj aparmırıq, olayı öz istəyimiz çərçivəsində redaktə edirik.



Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin