Jurnalistika standartları


APREL ZARAFAT VƏ MƏZƏLƏNMƏLƏRİ



Yüklə 166,9 Kb.
səhifə23/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

1 APREL ZARAFAT VƏ MƏZƏLƏNMƏLƏRİ


“Azadlıq/Azad Avropa Radiosu” məzəli 1 aprel əhvalat və zarafatları hazırlamır.

Biz digər redaksyaların hazırladığı məzəli 1 aprel əhvalat və zarafatlarını da nə dərc, nə translyasiya edirik.


PLAGİAT


Plagiat qanunazidd və etk baxımdan yolverilməzdir. Bu hal “Azadlıq/Azad Avropa Radiosu”nun nüfuzuna ziyan vura və önəmli məhkəmə xərclərinə yol aça bilər.

“Azadlıq/Azad Avropa Radiosu”nun bu və ya digər xəbər agentliyi ilə əməkdaşlığa dair müqaviləsi varsa, həmin müqavilə çərçivəsində agentliyin materiallarını dərc və retranslyasiya etmək hüququmuz yaranır. İlk qaynaq olan agentliyə istinad etməklə bu materialları sözbəsöz diqqətə yetirmək ixtiyarımız var. Ancaq belə materialların məzmununu öz sözlərimizlə vermək (ilkin qaynaq olan agentliyə istinad şərtiylə) və imkan daxilində onu öz bilgilərimizlə tamamlamaq yolunu üstün tuturuq.

Məlumat materiallarından istifadəylə bağlı müqaviləmiz olmayan xəbər agentliyindən və ya digər qaynaqdan gəlibsə, biz, qaynağı, ya da müəllifi göstərməklə, həmin məlumatı olduğu kimi verir, yaxud məzmununu çatdırırıq. Ancaq müəllif hüquqlarını pozmaqda suçlanmamaq üçün aşırı dərəcədə uzun və ya tez-tez gətirilən birbaşa sitatlardan qaçmaq lazımdır.


Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin