İstehsalat binalarının dərəcələrinə görə təbii işıqlanmanın
normallaşdırılmış qiymətlərini aşağıdakı cədvəldən
görmək olar.
Binaların dərəcə-ləri
|
Binada görülən işlərin xarakteri |
= nin qiymətləri
|
Təbii işıqlanma selindən istifadə əmsalı,
|
Yuxarıdan və kombina edilmiş işıqda
|
Yandan işıqlanma-da
|
I
II
III
IV
V
VI
|
Xüsusi dəqiq işlər
Yüksək dəqiqlik tələb edən işlər
K/t-da təmir emalatxanasında çilingər, mexaniki-yığma, elektrik avadanlıqlarının təmiri, misgərlik şöbələrində
Təmir emalatxanasında sökməyuma, sınaq, rəngləmə, dəmirçi, qaynaq və s.
Kobud işlər (maşınların saxlanma damları, ehtiyat hissələr ambarları, ferma binaları, yam sexləri.)
Çox kobud işlər (keçidlər koridorlar və s.)
|
10
7
5
3
2
1
|
3,5
2
1,5
1
0,5
0,25
|
0,2...0,16
0,16...0,14
0,14...0,12
0,12...0,1
0,1...0,08
|
Bina daxilində işçi yerlərində müxtəlif rənglər olarsa onların orta əks etdirmə əmsalının qiyməti aşağıdakı kimi hesablanır:
burada - rənglərə müvafiq olaraq əks etdirmə əmsalı,
həmin rənglərə müvafiq olaraq tutduğu sahədir; m2.
Normal təbii işıqlanma yaradılmasında istifadə edilən boya rənglərin böyük əhəmiyyəti vardır. Çünki, ayrı-ayrı rənglər işıq şüalarını müxtəlif dərəcədə əks etdirir. Ağ səthə düşən işığın 80%, boz səthə 35%, tünd şabalıdı səthə 15%, göy rəngə 11%-i əks olunur.
Kənd təsərrüfatının bəzi işçi yerlərində işıqlanma çox tələb olunan binalarında intensiv işıqlanma yaradılır həmin məqsədlə istehsalat binalarının üstündə şüşəbəndlər yerləşdirilir ki, buda işıqlanmanı nisbətən gücləndirir.
Şüşəbəndlərin sahəsinin işıqlandırılacaq binaya nisbətən neçə faiz təşkil etdiyini aşağıdakı düsturla hesablamaq olar.
eop – təbii işıqlanmanın normallaşdırılmış orta qiyməti
ηφ – şüşəbəndin işıq xarakteristikası əmsalı olub, tətbiq edilən şüşəbəndin növündən asılı olaraq təyin edilir.
şaquli şüşəbəndlər üçün
maili şüşəbəndlər üçün
zenit tipli şüşəbəndlər üçün
qəbul edilir.
τ1 – şüşələrin çirklənməsini nəzərə alaraq işıq buraxma əmsalıdır (cədvəl 19 seçilir).
r - bina daxilində işıqlanmanın artma əmsalıdır (cədvəl 21 səh 102).
şüşə şüşə
şüşə
maili zenit
şaquli
2.2. SÜNİ İŞIQLANMA
Süni işıqlanma ümumi, yerli və kombinə edilmiş olur. İşıqlanma layihələndirilikdə iş yerinə görə işıqlanmadan başqa qəza işıqlanması da nəzərdə tutulmalıdır. Süni işıqlanma mənbəyini seçdikdə nəzərə almaq lazımdır ki, közərma lampaları 127 və 220 V gərginliklə 15...1000Vt gücü ilə, 7...19 lm/Vt işıqvermə qabiliyyəti və 1000 saata qədər işləmə müddəti ilə xarakterizə olunur.
Lyumeneisent lampaları közərmə lampalarına nisbətən daha qənaətli olmaqla bərabər gündüz işığı spektrinə yaxın spektrə malikdir və 14...15 dəfə közərmə lampasından dözümlüdür (14000 saata qədər işləmə müddəti). Bundan başqa lyumeneisent lampalarının parlaqlığı gigiyenik normadan artıq olmayaraq işıq vermə qabiliyyəti 41...65 lm/Vt-dır ki, bu isə közərmə lampalarından 3...4 dəfə çoxdur.
İki qrup işıqlandırıcılar mövcuddur:
- yaxın təsirli lampalar və uzaq təsirli (projektorlar).
İstehsalat binalarında və meydançalarında lampalardan və projektorlardan geniş istifadə olunur.
İstismar şəraitindən asılı olaraq çıraqlar açıq, bağlı, nəmlikdən qoruyan, toz keçirməyən və partlayışdan mühafizə olunmuş tiplərdə buraxılırlar.
İstehsalat binalarında ümumi işıqlandırma üçün bir qayda olaraq lyumenessent lampalardan istifadə edilir.
İşıq seli metodu ilə süni işıqlanmanın hesabtını apardıqda işıq seli Fл (hər bir lampanın) aşağıdakı düsturla təyin edilir:
burada K – ehtiyat əmsalıdır. (cədvəl 26, səh 109).
Sd – otağın döşəməsinin sahəsidir m2,
Eн – normalara görə işıqlanma лk (cədvəl 25, səh 106,107).
nℓ – asılmış lampaların sayı
ηc – işıq selindən istifadə əmsalı (cədvəl 27, səh 110).
Z – işıqlanmanın qeyri müntəzəmlik əmsalı (cədvəl 28, səh 110).
Ehtiyat əmsalı “K” lampa və çıraqların istismar müddətində çirklənməsi nəticəsində işıqlanmanın azalmasını nəzərə alan əmsaldır. (K=1,3...1,5) qəbul edilir.
İşıq selindən istifadə əmsalı ηc – işığın divarlar, tavan və çırağın armaturu vasitəsilə udulmasını nəzərə alan əmsaldır. Bu əmsal otağın ölçüləri və formasından çırağın növündən, divarların və tavanın rəngindən, həmçinin çırağın işçi sahəsindən hansı yüksəklikdə asılmasından asılıdır. ηc – əmsalını təyin etmək üçün əvvəlcə gərək otağın forma göstəricisini “φ” –ni təyin edək. Düzbucaqlı formada olan otaqlar üçün onu aşağıdakı düsturla təyin etmək olar.
burada “a” və “b” uyğun olaraq otağın eni və uzunluğudur “m”.
ha – çırağın işçi sahədən asılma hündürlüyüdür “m”.
Süni işıqlanmanın hesabatını apardıqda çıraqların asılma hündürlüyündən və onların sayının təyin edilməsindən başlamaq lazımdır:
h1
ha
h2
H
|
Çırağın işçi yerdən asılma hündürlüyünə qədər “ha” olan məsafəni aşağıdakı düsturla təyin etmək olar.
burada H- otağın hündürlüyü m.
h1 – tavandan çırağa qədər olan
məsafə,
h2 – döşəmədən işçi səthə qədər olan məsafədir.
Çıraq simmetrik surətdə yerləşdikdə onların miqdarı:
burada Sot – otağın sahəsi m2,
ℓ - çıraqlar arası məsafə.
Elektrik közərmə lampaları kimi “Universal”, “Lyusetta”, “Alfa”, “Beta”, “Dərinəişıqlandırıcı”, “Südlü kürə” və s-dən istifadə edilir.
Yerli işıqlandırmada ən çox “Lyüsetta”, “Alfa” və “Beta” çıraqlarından istifadə edilir.
İşıqlanma armaturlarının işıq selindən asılı olaraq onun yaratdığı işıqlanma aşağıdakı kimi təyin edilir.
E0 – bina daxilində nisbi işıqlanma olub, aşağıdakı kimi təyin edilir.
ℓ
H
|
İşıqlanmanın minimal norması
B İ N A
|
İşıqlanma (ЛК)
|
Közərma lampası
|
Lyumenesent lampa
|
Xüsusi güc normalı Bt/m2
|
Mühərriklərin yanacaq aparatlarının, elektrik qurğularının təmiri, yığma-qruşdırma, mexaniki-çilingər sexlərində.
Sökmə, yuma, rəngləmə, kənd təsərrüfatı maşınlarının təmiri, dəmirçuxana, qaynaq, ağac emalı şöbələri, akkumlyator doldurulan, həmçinin sınaq stansiyaları.
Heyvanlar və quş saxlanan yerlər üçün.
Yem hazırlama şöbələri.
Baytar məntəqəsi.
Kənd təsərrüfatı məhsullarının hazırlanma yerləri.
İstehsalat, məişət binaları.
Yaşayış otaqları.
Koridorlardan keçid, əlüz yuyulan yerlər, duşxanalarda, qardiroblarda.
|
100
50
20
40
75
75
75
50
25
|
200
150
60
100
150
150
150
100
60
|
20
10
2
7
15
15
12
8
3
|
İstehsalat sanitariyalarına uyğun olaraq ayrı-ayrı iş şəraitlərinə uyğun işıqlanma yaradılmalıdır.
Yuxarıda qeyd olunan çıraqlardan başqa bir neçə növ lyumeneisent lampalar da mövcuddur:
ЛБ – ağ rəngli lampa (белый); ЛД – gündüz (дневной) rəngli lampa; ЛТБ və ЛХБ (теплого-белого), (холодного белего) (isti və soyuq) ağ rəngli lampalar.
ДРЛ (дуговая-ртутная лампа) qövsü-civə lampası bu elektrik enerjisinə çox qənaət edir, ancaq rəngi seçmək çətin olduğu üçün hər yerdə onu tətbiq etmək olmur.
Bunlardan başqa partlayış təhlükəli və yanğın təhlükəli binaları işıqlandırmaq üçün ВЗГ və РСП tipli elektrik çıraqlarından istifadə edilir. İstehsalat binalarının və iş yerlərinin işıqlanmasını yoxlamaq üçün “УU-16” və УU-117 markalı lyuksmetrdən istifadə edilir. Onun 0...25; 0...100 və 0...500 qradasiyalı 3 şkalası vardır. Burada selen fotoelementinə işıq düşdükdə bu işıq elektrik hərəkət qüvvəsinə çevrilir və qalvonometrlə tutularaq lyuksla göstərilir.
3. İSTEHSALAT BİNALARINA VƏ MƏİŞƏT OTAQLARINA
SANİTAR TƏLƏBLƏRi
Əlverişli sanitar-gigienik iş şəraitinin yaradılması tikiləcək meydançaların seçilməsindən çox asılıdır. Hər hansı istehsalat meydançasında:
a) nisbətən düz (hamar) sahə <30 maillik olmalıdır, su axması üçün.
b) su mənbəyinə, yollara və elektrik xətlərinə yaxın yerlər seçilməlidir.
c) yaşayış məntəqəsindən ən azı sanitar-mühafizə qurşağı eni qədər aralı, külək altı səmtdə yerləşməlidir.
d) sahə kifayət qədər geniş olmalıdır ki, orada həm mövcud texnoloji proseslərə uyğun istehsalat və köməkçi binaları yerləşdirmək olsun həm də perespektivdə əlavə binalar tikmək üçün sahə qalsın, bundan başqa binalar arası yanğın keçməməsi üçün kifayət qədər yanğın əleyhinə məsafə qalsın.
Obyektlər layihələndirildikdə binaların sıxlığının böyük əhəmiyyəti vardır. Sıxlıq βbina = 18..35% normal hesab edilir. TN və Q.
İstehsalat binaları SN və Q-97-76 və SN və Q -35-76 və başqa sanitar normalarına uyğun yerləşdirilməlidir.
Sanitar normalarına görə hər bir müəssisə ən yaxın yaşayış rayonundan sanitar- mühafizə zonası (qurşağı) ilə ayrılmalıdır.
Bu zonanın ölçüləri qüvvədə olan SN-245-71 sanitar normaları ilə müəyyənləşdirilir.
İstehsalat və heyvandarlıq müəssisələrinin vəzifələrindən asılı olaraq sanitar-mühafizə zonasının eni 25-dən 2000 m arasında olmalıdır. Məs. İri buynuzlu heyvandarlıq fermaları, yem hazırlayan sexlər üçün – 300m, quşçuluq fabriki üçün -1000 m, kimyəvi-zəhərli maddələr saxlanan ambarlar üçün -300m olmalıdır.
3.1. İstehsalat sanitar-məişət otaqlarına və binalara olan tələbat.
İstehsalat binaları avadanlığın ölçülərinə uyğun olaraq tikilməlidir. SN-245-71-ə uyğun olaraq hər bir işçiyə ən azı 15m3 və 4,5 m2 otağın həcmi və sahəsi düşməlidir, normal 20m3.
İstehsalat otaqlarının döşəmədən-tavana qədər hündürlüyü 3,2m, ambarların hündürlüyü 3...3,2m, keçidlərin eni 0,3...1,5m, şkaf və rəflər arası keçidlərin eni 1m olmalıdır.
İşıqlanma, ventilyasiya, qızdırma sistemləri SN tələblərinə uyğun olmalıdır.
Döşəmələr düz, sığallı olmalı, ancaq sürüşkən olmamalıdır. Ən gigenik taxta - döşəmələrdir. Köməkçi (sanitar-məişət) binaları SN və P- 92-76-ya uyğun olmalıdırlar. Bütün sanitar-məişət binaları ümumi və xüsusi bölmələrə bölünür.
Ümumi otaqlara – qarderob, tualet, yuyunma yerləri, istirahət otaqları aiddir ki, bunlarda istehsalat sahələrində olmalıdır.
Xüsusi otaqlara – duşxanalar, papiros çəkmək otaqları, qadınların şəxsi gigiyena, paltar yumaq, kimyəvi təmizləmə, qurutma, iş paltarlarının tozunun alınması təmiri, işçilərin qızınma otaqları və s. aiddir.
Məişət otaqlarına olan sanitar tələbat aşağıdakı kimidir (SN-245-71)- hündürlük 2,5m qardorobda şkafların hündürlüyü 1,8m və s.
İstehsalat binalarının ətrafında yaşıllığın olması əsas vacib məsələlərdən biridir.. Yaşıllaşdırma sahəsi binaların sahəsinin 15...20%-i qədər olmalıdır.
Ərazi xarici işıqlanma və su təchizatı, kanalızasiya xətləri ilə təchiz olunmalıdır. Bütün bina və tikintilər giriş yolları, yanğın keçidləri və piyada yolları ilə təmin olunmalıdırlar. Bu yolların eni bir tərəfli hərəkət zamanı aşağıdakı düsturla hesablanır:
İki tərəfli hərəkət zamanı isə
Burada Bmax – kənd təsərrüfatı maşınının enidir m.
4. İŞÇİLƏRİN ZƏRƏRLİ VƏ TƏHLÜKƏLİ AMİLLƏRDƏN QORUNMASI ÜÇÜN KOLLEKTİV VƏ FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ
(DÜİST 12.4.011-75-ə GÖRƏ)
Kollektiv mühafizə vasitələri-otaqların havasını normal vəziyyətdə saxlamaq üçün, ventilyasiya qızdırma, kondisionerləşdirmə, işıqlandırma, səs-küy, titrəyiş, şüalanma, ildrımdan və s. mühafizə vasitələrinə deyilir.
Fərdi mühafizə vasitələri (FM.V) aşağıdakı qruplara bölünür.
-
insanın bədənini və orqanlarını qoruyucu vasitələr: xüsusi geyimlər, əlcək, gözü, başı, üzü və s. qoruyucu vasitələr;
-
elektrik cərəyanından qoruyucu vasitələr (rezin əlcəklər, xalçalar, botilər və başqa alətlər);
-
nəfəs orqanlarını qoruyucu fərdi vasitələr;
-
pesperatorlar sənaye əleyhiqazları (plakat aparmaq).
Toz əleyhinə respiratorlar-klapanlı; У-2K, ACTPA-2, PП-KM, Ф-62M və klapansız: ШБ-1, «Лепесток»-200, 40 və 5- olurlar.
Qaz əleyhinə respiratorlar: РПГ-67 МА (Б, КД, Q) filtirləşdirici (təmizləyici) qutularının nömrələridir: A-benzin; Б-kükürd qazı; KД- ammaniym buxarını, Q - civə üçündür. Dəstə 2 qutu olur. İşləmə müddəti fasiləsiz 160 saatdır.
Mövzuya aid test sualları
-
İonlaşdırıcı şüalanmalar neçə çür olur?
-
Korpuskulyar şüalanma neçə cür olur?
-
Elektromaqnit süalanmalar neçə yerə bölünür?
-
Radioaktiv şüalar bioloji (canlı sahəyə) təsir edən zaman hansı fəsadlar baş verir?
-
Şüalanmalar insanlarda hansı pozuntular yaradır?
-
Yer üzərində təbii fon üzrə şüalanma dərəcəsi nə qədərdir?
-
Xroniki şüalanma təhlükəsini qiymətləndirmək üçün “Ekviavalent norma” qəbul edilmişdir, onun ölçü vahidi nə adlanır?
-
Şüalanma neçə cür olur?
-
Daxili şüalanma insanlara hansı yolla təsir edir?
-
Xarici şüalanma insana hansı yolla təsir edir?
-
Şüalanma bir dəfədə 25...80 Ber olarsa insan bədənində hansı dəyişikliklər baş verir?
-
Əgər şüalanma 270....300 Ber olarsa hansı dəyişikliklər baş verir?
-
Şüalanmanın hansı ölçüsündə ölümdən yaxa qurtarmaq mümkün deyil?
-
Kənd təsərrüfatının istehsalat proseslərində şüalandırıcı enerjidən istifadə dedikdə nə başa düşülür?
-
Elektromaqnit şüalanmanın yaranma mənbələri nədir?
-
Elektromaqnit şüaların insan orqanizminə təsiri əsasən hansı parametrlərdən asılıdır?
-
Elektromaqnit şüalanmanın normallaşdırılması hansı dövlət standartında göstərilmişdir?
-
Elektromaqnit dalğasından müdafiə oblastını şərti olaraq neçə zonaya bölürlər?
-
Normadan artıq gərginlik və enerji seli sıxlığı olduqda hansı metod və vasitələrdən istifadə edilməlidir?
-
Lazerlərin istismarında sanitariya norma və quruluş qaydaları hansı Dövlət Standartında göstərilmişdir?
-
İşıq şüalanmasının neçə növü vardır?
-
İnfraqırmızı şüalanmadan hansı məqsədlər üçün istifadə edilir?
-
Ultrabənövşəyi şüalar nə məqsəd üçün tətbiq edilir?
-
Şüalanmadan bitkiçilikdə hansı məqsədlər üçün istifadə edilir?
-
İşıq şüalanmalarının tətbiqində kimlərin işləməsinə icazə verilmir?
-
Uzun müddət və normadan artıq şüalanmanın təsiri bədənin qorunmayan hissəsində yanğı əmələ gətirir. Bunun üçün hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir?
-
Binaların düzgün işıqlandırılmaması işçilərə necə təsir göstərir?
-
İstehsalat binalarında və işçi yerlərində işıqlanma sistemləri neçə məqsəd üçün tətbiq edilir?
-
İstehsalat binaları və işçi yerlərində işıqlanma sistemi neçə formada yaradılır?
-
İstehsalat binalarının işıqlandırılmasına əsas tələbatlar neçədir?
-
İşçilərin sağlamlığı üçün hansı növ işıqlanma daha əhəmiyyətlidir?
-
Təbii işıqlanma əmsalı nədir?
-
Təbii işıqlanma əmsalı hansı formula ilə təyin olunur?
-
İşlərin dəqiqlik dərəcəsinə görə işıqlanma nöqteyi-nəzərdən istehsalat binaları neçə dərəcəyə bölünür?
-
Birinci dərəcəli xüsusilə dəqiq işlərdə yuxarıdan işıqlanmada təbii işıqlanma əmsalı minimum neçə faiz olmalıdır?
-
Birinci dərəcəli işlərdə yandan işıqlanmada təbii işıqlanma əmsalı minimum neçə faiz olmalıdır?
-
İşıqlanma əmsalı nədir?
-
Normal təbii işıqlanma yaradılmasında istifadə edilən rənglərin əhəmiyyəti böyükdür. Ən çox işıq şüalarını əks etdirən hansı rəngdir?
-
Süni işıqlanma neçə cür olur?
-
Neçə qrup işıqlandırıcı mövcuddur?
-
İstismar şəraitindən asılı olaraq çıraqlar neçə tipdə buraxılırlar?
-
İşıq seli metodu ilə süni işıqlanmanın hesabatını apardıqda düsturda ehtiyat əmsalı “K” nəyi nəzərə alan əmsaldır?
-
İşıq selindən istifadə əmsalı (ηc) nədir?
-
İşıq selindən istifadə əmsalının qiyməti hansı parametrlərdən asılıdır?
-
Hansı elektrik közərmə lampalarından istifadə edilir?
-
Yerli işıqlandırma ən çox hansı çıraqlardan istifadə edilir?
-
Partlayış və Yanğın təhlükəli binaları işıqlandırmaq üçün hansı tipli elektrik çıraqlarından istifadə edilir?
-
İstehsalat binalarında və iş yerlərində işıqlanmanı hansı cihazla ölçülər?
-
Əlverişli sanitar-gigiyenik iş şəraitinin yaradılması tikiləcək meydançanın seçilməsindən çox asılıdır bu məqsədlə neçə parametr nəzərə alınmalıdır?
-
Obyektlər layihələndirildikdə binaların sıxlığının böyük əhəmiyyəti vardır.
-
Qaydalara əsasən neçə faiz normal hesab edilir?
-
Sanitar normalarına görə hər bir müəssisə ən yaxşı yaşayış məntəqəsindən sanitar-mühafizə zonası (qurşağı) ilə ayrılmalıdır. Bu zonanın ölçüləri qüvvədə olan SN-245-71-ilə müəyyənləşdirilir. Həmin normaya əsasən quşçuluq fabriki nə qədər məsafədə yerləşməlidir?
-
SN-245-71-ə uyğun olaraq hər bir işçiyə ən azı nə qədər işçi həcm və sahə düşməlidir?
-
SN-245-71-ə uyğun olaraq işçi həcm nə qədər olmalıdır?
-
Bütün sanitar-məişət binaları neçə bölmədən ibarət olmalıdır?
-
Ümumi otaqlar (bölmələr) istehsalat sahəsində olmaqla hansı məqsədlər üçün nəzərdə tutulurlar?
-
Xüsusi bölmələrə (otaqlara) nələr aiddir?
-
İstehsalat binaların ətrafında yaşıllığın olması vacib şərtdir bu binaların sahəsinin neçə faizə qədəri olmalıdır?
-
İşçilərin zərərli və təhlükəli amillərdən qorunması üçün kollektiv mühafizə vasitələri (DÜİST 12 011-75(95)-ə müvafiq) hansılardır?
-
DÜİST 12011-75(95)-ə müvafiq olaraq fərdi mühafizə vasitələri neçə qrupa bölünür?
-
Toz əleyhinə respiratorlar neçə növ olurlar?
-
Toz əleyhinə klapanlı respiratorlar hansılardır?
-
Qaz əleyhinə respiratorların işləmə müddəti fasiləsiz neçə saatdır?
III BÖLMƏ
MÜHAZİRƏ 9.
TƏHLÜKƏSİZLİK TEXNİKASI HAQQINDA ÜMUMİ MƏLUMAT.
TƏHLÜKƏSİZLİK TEXNİKASININ ƏSASLARI.
PLAN:
-
Ümumi məsələlər.
-
Təhlükəsizlik texnikasının məqsəd və vəzifələri.
-
Maşın mexanizm, istehsalat avadanlıqlarına və texnoloji proseslərə ümumi təhlükəsizlik tələbləri.
-
Təhlükəsizliyi təmin edən texniki vasitələr.
-
Hasarlayıcı, qoruyucu, əyləyici (tormozlayıcı), blokirovkaedici quruluşlara tələbat.
Müasir dövürdə buraxılan maşın və mexanizmaların əsas xarakterik xüsusiyyətləri onların yüksək məhsuldarlığa və geniş iş görmə qabiliyyətinə malik olmaları ilə fərqlənmələridir. Mürəkkəb konstruksiyalı və yüksək iş görmə qabiliyyətinə malik olan maşınların istehsalatda təhlükəsizlik texnikası tələbləri də böyük olur.
Təhlükəsizlik texnikası əmək mühafizəsi fənninin əsas hissəsini təşkil edir.
Hər bir texniki quruluşun (maşın yaxud mexanizmanın) təhlükəli sahəsi (zonası) vardır. Təhlükəli sahə anlayışı həm maşının daxilində və yaxud ondan kənarda ola bilər ki, buda daimi və ya dövrü olaraq xidmət edən işçilərə təhlükə yarada bilər.
Mühəndis-texniki işçilərin qarşısında duran əsas vacib məqsəd-texnikanı insanlar üçün təhlükəsiz yaratmaqdan ibarətdir. Belkə ki, texnikanın istismarı zamanı işçilər zədə almamalı yaxud xidmət işçilərinin sağlamlığına mənfi təsir göstərilməməlidir.
Ölkəmizdə təhlükəsiz texnikanın yaradılmasına dövlət qanunçuluğu kimi baxılır.
“Müvafiq obyektlərin layihələndirilməsi, tikintisi və istismarı zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 218-ci maddəsində:əməyin mühafizəsi tələblərinin təmin edilməsi” göstərilmişdir.
a) Qüvvədə olan əməyin mühafizəsi standartlarının, qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına, istehsal vasitələrinin hazırlanmasına və buraxılmasına texnologiyaların tətbiqinə yol verilmir.
b) İnsanın sağlamlığına təsirini müəyyənləşdirmək məqsədi ilə texnoloji,yanğın-texniki,sanitariya-gigiyena,tibbi-bioloji ekspertizadan və digər nəzarət növlərindən keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqi qadağandır.
c) Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən sertifikat-pasportu olmadan istismara buraxılması qadağandır.
Qanuna əsasən yeni buraxılan maşın və avadanlıq yüksək texniki-iqtisadi göstəriciyə malik olmaqla, işçilərin əməyini yüngülləşdirməli-burada təhlükəsizlik texnikası tələbləri və istehsalat sanitariyası nəzərə alınmalıdır.
Kənd təsərrüfatı maşınlarının layihəsi o vaxt təsdiq oluna bilər ki, o DÜİST 12.2.002-80(95) və DÜİST 12.2.003-80(95)- in tələblərinə cavab versin “Yeganə kənd təsərrüfatı maşınlarının və traktorların konstruksiyasına təlabat təhlükəsizlik və əməyin gigiyenasıdır".
Istehsalat travmalarının xəbərdar edilməsi kompleks mürəkkəb problemdir, bu sahəyə güclü diqqət hər şeydən əvvəl mühəndis-texniki profilli mütəxəssislərdən və tibii işçilərindən asılıdır.
İstehsalat travmalarının profilaktikasına müxtəlif yollarla nail olunur, bunlardan ən başlıcası:- layihə zamanı təhlükəsiz texnika yaratmaq və onların istismarında təşkilatı və texniki tədbirlər planı hazırlamaqdır.
İSTEHSLAT AVADANLIQLARININ TƏHLÜKƏSİZLİYİNƏ ÜMUMİ TƏLƏBAT.
İstehslat avadanlıqlarının, maşın və mexanizmaların təhlükəsizlik tələbləri zərərli və təhlükəli mənbələrin yeri müəyyən edildikdən sonra onun konustruksiyası, iş şəraiti və elementləri nəzərə alınmaqla hazırlanır. Əmək mühafizəsi nöqteyi-nəzərincə onlara əsas tələbat: insanların sağlamlığı və həyatı üçün təhlükəsizlik istismarda rahatlıq və etibarlılıqdan ibarətdir.
Maşın və mexanizmaların layihəsi zamanı erqanomiki tələbat nəzərə alınmalıdır (iş yerində idarə etmə orqanlarının yerləşdirilməsi, idarə etmə hissələrinin, keçirmələrinin gücləndirilməsi və s).
Avadanlıqların istismarı zamanı mikroiqlim şəraitinin dəyişməsi, atmosfer təsiri, aqresiv amillər, mikroorqanizmalar və s. təhlükə yaratmamalıdır.
İstehsalat avadanlıqları yanğına və partlayışa qarşı təhlükəsiz olmalıdır.
Hərəkət edən və fırlanan hissələr təhlükə mənbəii yarada bilərlərsə onda onlar çəpərlənməlidirlər.(Müxtəlif ötürmələrin çəpərlənməsi)
İş yeri, avadanlığın konstruksiyasına daxil olan bütün sahələr təhlükəsiz olmaqla, işin yerinə yetirilməsi üçün rahat olmalıdır.
Əgər iş yerində ətraf mühit qeyri-normal təsir yaradırsa onda o kabina ilə əvəz olunur. Avadanlıqların konstruksiyası verilən zaman istehslat zərərlərinin baş verə biləcək təsiridə nəzərə alınmalıdır: toz, qaz, titrəyiş, səs-küy, istilik şüalanması və s.
Yeni maşın və mexanizmaların layihəsində, quraşdırma və təmir işlərində onların daşınma və saxlanmalarında əməyin təhlükəsizliyi tələblərinin müəyyən xüsusiyyətləri nəzərə alınmalıdır.
Təhlükəsizlik tələblərinin yerinə yetirilməsinə nəzarət ancaq layihələndirilmədə, hazırlanmada, hazırlanmış maşınların və mexanizmaların sınaqdan keçirilməsində deyil eyni zamanda bura qədər və sonra hər bir əsaslı və cari təmirlərdə də nəzərə alınmalıdır. Müasir yaradılan texnika və texnologiyalarda təhlükəsiz iş, hasarlayıcı, qoruyucu və blakirovkaedici, tormozlayıcı (əyləyici) qurğularla, siqnallaşdırma müəyyən məsafədən idarəetmə sistemlərlə, fərdi mühafizə vasitələrindən istifadə etməklə və vaxtaşırı olaraq mühafizə vasitələrinin yararlı olmasına nəzarət etməklə təşkil olunur.
Hasarlayıcı quruluş:-
Bu quruluş onun sadəliyinə, etibarlılığına və ucuzluğuna görə geniş miqyasda kənd təsərrüfatı maşın və avadanlıqlarında təhlükəli sahəni mühafizə məqsədi ilə istifadə olunur.
Hasarlayıcı quruluş insan və təhlükəli faktor arasında arakəsmə yaradaraq işçini onun təsirinin düzgün olub olmamasından asılı olmayaraq etibarlı qoruyur.
Hasarlayıcı quruluşlar müxtəlif konstruksiyalı olmaqla forma və istifadə sahələrinə görə fərqlənirlər. Onlar daimi və müvəqqəti ola bilərlər. Daimi hasarlayıcılar hər hansı mexanizmanın ayrılmaz hissəsi hesab olunurlar (mis: ötürmə mexanizminin gövdəsi, ilişmə muftası, əyləyicilərin örtükləri və s).
Müvəqqəti hasarlayıcılar stasionar olmayan istehsalat işlərini yerinə yetirən zaman istifadə olunur. (mis: elektrik qaynağında elektrik qövsündən mühafizə üçün, quyuların, torpaq qazma işlərində, təmir və quraşdırma işlərində və s).
Qoruyucu quruluşlar: - Qüvvədə olan təhlükəsizlik tələblərinə görə heç bir maşın alət və avadanlıq işə yararlı hesab oluna bilməz əgər müəyyən qəza hadisəsi baş verdikdə onu bu qəzadan xilas etmək üçün qoruyucu quruluşu yoxdursa.
Tətbiq sahələrindən asılı olaraq qoruyucu quruluşları dörd qrupa bölmək olar:
-
Mexaniki yüklənmədən olan qoruyucular .
-
Maşınlarının qabaritindən (əndazəsindən) kənara çıxan hissəsinin qoruyucusu.
-
Təzyiq və temperaturanın yüklənməsində olan qoruyucular.
-
Elektrik cərəyanının gücünün artması buraxılabilən normadan artıq olan qoruyucular.
Saxlayıcı əyləyici quruluşlar:-
Əyləyici quruluşlar hərəkət edən maşınların və mexanizmaların hissələrinin tez saxlanması maşınların aşmaması qalxma və düşmələrdə yükün öz-özünə buraxılıb düşməməsi üçün və s. istifadə olunur.
Zərərçəkmənin təhlükəsizlik dərəcəsi xidmət işçilərinin tormoz quruluşundan vaxtında istifadə etməsindən çox aslıdır.
Hərəkət edən maşın gözlənilmədən təhlükə baş verərsə ümumi saxlanma vaxtı aşağıdakı düsturla hesablana bilər:
Burada: t1 – informasiyanın alınması və operatorun reaksiyasına sərf olunan vaxt.(san.)
- əyləyicinin n ədəd ötürücü hissəsinə təsir etməyə sərf olunan vaxt.
- işçi hissənin tormozlanmadan sonra tam dayanmasına sərf olunan vaxtdır.
Reaksiya vaxtı operatorun şəxsi xüsusiyyətindən asılıdır: yaşından, öyrənmə dərəcəsindən, qabiliyyətindən və s. Bu vaxt 0,4...1,5 san və çox ola bilər.
Saxlanma vaxtı əyləyicinin keçidlərindən onun konstruksiyasından asılıdır eksperiment yolla müəyyənləşdirilir. Onu şərti olaraq hidravliki ötürmələrdə 0,2 san, mexaniki ötürmələrdə 0,3 san, pinevmatiki ötürmələrdə isə 0,6...0,7 san qəbul etmək olar.
Mobil maşınların tormozlanma effektivliyini onun tormoz yolu ilə qiymətləndirirlər.
Traktorlar və avtomobillər nəzəriyyəsindən məlumdur ki, əyləyicinin yolu aşağıdakı formula ilə müəyyən edilə bilər.
ℓ0 – saxlanma yolu (tormoz yolu) m; V0 – tormozlamaya başlayan zaman sürət km/saat; ftş – tormozlanma şəraitinin istismar əmsalı; f – şin və torpaq arasında ilişmə əmsalı.
Əgər avtomobilə (traktora) yedək qoşulmuşsa və təkərlərdə tormozlanma sistemi yoxdursa onda, saxlama yolu böyüyür.
Ga – maşının (tarktorun) kütləsi, kq
Gn – qoşqunun kütləsidir; kq.
Avtomobillərin tormoz yolu m-lə.
|
fe
| Başlanğıc sürət km/s |
20
|
30
|
40
|
50
|
60
|
70
|
80
|
100
|
Minik maşınları
|
0,85
0,60
0,20
|
3,6
4,6
12,0
|
7,2
9,5
26,1
|
12,0
16,0
45,6
|
18,0
24,2
70,5
|
25,2
34,2
100,8
|
33,6
45,9
-
|
43,2
59,3
-
|
66,0
91,0
-
|
Yük və avtobuslar
hidravliki
tormozla
|
0,85
0,60
0,20
|
4,6
6,0
16,6
|
9,5
12,6
60,0
|
16,0
21,6
93,0
|
24,2
33,0
133,4
|
34,2
46,8
-
|
45,9
63,0
-
|
59,3
81,6
-
|
91
126
-
|
Yük və avtobuslar, avtopoezdlər pnevmatik tormozla
|
0,85
0,60
0,20
|
6,2
7,2
7,6
|
11,9
15,0
36,8
|
19,2
24,8
63,2
|
28,0
37,0
97,0
|
39,0
51,6
138,2
|
51,6
68,6
-
|
67,5
80,0
-
|
99
134,0
-
|
Blokirovka edici quruluşlar: işçiləri təhlükəli sahəyə toxunmağa buraxmır yaxud insan təhlükəli sahəyə daxil olduqda təhlükəli faktoru ləğv edir. Belə quruluşların köməyi ilə mexanizm avtomatik dayandırılır. Avtoblokirovkalar mexanizmaların daha təhlükəli sahələrinə quraşdırılır. Blakirovkalar mexaniki, elektriklə, fotoelektrik, hidravliki, pnevmatik, kombinəedilmiş və radiatsiyalı olur:-
Mexaniki blokirovkalar daha çox traktor və maşınların sürətlər qutuisunda sürətlərin keçirmələrinin dəyişdirilməsində tətbiq edilir (ilişmə muftasının köməyi ilə) hansı ki, bu ilişmə muftası olmasa dişli çarxlar qırıla bilər.
Elektrik blokirovkalar elektrik qurğularında cərəyan ötürən hissənin çəpərlənməsini təmin edir. Maşın və mexanizmanın səhvən işə buraxılmasında həmin qurğunun köməyilə maşın dayandırılır.
Fotoelektrik blokirovkalar - bu blokirovka qurğular daha təhlükəli cahələrdə fotoelementlərin köməyilə yerinə yetirilir. Burada təhlükəli sahə işıq şüaları ilə çəpərlənir. Əl yaxud ayaq təhlükəli sahəyə düşən zaman işıq şüasının seli kəsilir və foto-element gücləndirici vasitəsilə təsir edərək maşın və ya mexanizmanı dayandırır (misal üçün liftlərdə).
Pnevmatik və hidravliki blokirovka edici sistemlər insan bədəni yüksək təzyiq altında olan aqreqatlarda geniş tətbiq olunur: turbinlər, kompresorlar, nasoslar və s. Onların əsas üstünlüyü kiçik intensivlikli olmalarıdır.
Sənayedə daha təhlükəli sahələrin mühafizəsi üçün radiatsiyalı blokirova edicilərdən istifadə edilir. (preslərdə, dəmir kəsən qayçılarda).
Müasir kənd təsərrüfatı istehsalında işləyənlərdən yüksək diqqətlilik və tez reaksiya (müəyyən təhlükələr baş verdikdə) tələb olunur. Bunun üçün işçiləri iş sahəsində təhlükəli və zərərli faktorlar olduqda məlumatlandırmaq üçün siqnallaşdırıcı qurğulardan geniş istifadə edirlər.
Siqnallaşdırma: - baş verəcək və baş vermiş təhlükədən müdafiə
üsulu kimi müasir texnologiyada siqnallaşdırmadan geniş istifadə edilir.
Təsir etmə üsuluna görə siqnallaşdırmanın aşağıdakı növləri vardır: işıqla, səslə, rənginə və işarəsinə görə.
İşıq siqnalından təhlükəsizlik vasitəsi kimi nəqliyyat işlərində geniş istifadə edilir. O, qarşılaşdıqda və nəqliyyatın arxasınca getdikdə təhlükəni xəbərdar edir. Bu məqsədlə nəqliyyat vasitələri müxtəlif işıq siqnalları ilə ( priborlarla) təchiz olunur: faralar, dayanma siqnalı, dönmə göstəriciləri və s.
Traktor aqreqatlarını ikitərəfli siqnalla təchiz etmək lazım gəlir.
Avadanlıqlarda yaranmış artıq səs-küydə işıq siqnalından aşağı səs-küydə isə (60...70 dБ)-səs siqnalından istifadə olunur.
Rəngdən istifadə edərək təhlükələrin kordinasiya edilməsi ilə istehsalatda çoxlu miqdarda baş verə biləcək bədbəxt hadisələr qabaqcadan xəbərdar edilir.
DÜİST 12.4.026-76-ya əsasən aşağıdakı rəng siqnalları və onların istifadə sahələri müəyyənləşdirilmişdir: Qırmızı – “Qadağan edilmişdir”, “Dayan”, “Mütləq təhlükə var”.
Sarı – “Diqqət”, “Ola biləcək təhlükəniun xəbərdarlığı”, Yaşıl – “Təhlükəsiz”, “İcazə verilir”, “Yol boşdur”, Göy – “Məlumat”.
İşin xüsusiyyətindən asılı olaraq işçilərə xüsusi geyimlərin verilməsində rənglərin seçilməsindən son zamanlar geniş istifadə olunur. (Dəmir yolunda işləyənlərə, təhlükəli sahələrdə və s.)- 1970-ci ildən başlayaraq işarə siqnallarından təhlükəsizliyi təmin etmək üçün daha geniş istifadə olunur.
DÜİST 12.4.026-76-ya əsasən təhlükəsizliyin dörd qrup işarə siqnalı müəyyənləşdirilmişdir. Hər bir qurup üçün işarənin forması, rəngi, ölçüləri məsafəsindən asılı olaraq müəyyən edilmişdir. Hər bir işarə üçün onun qoyulma yeri göstərilmişdir.
Qadağanedici işarələr hər hansı bir hərəkətin təsirini qadağan edir (mis: siqaret çəkməyi qadağan etmək, açıq alovun (yanmanın) tətbiqini, maşın və ya piyadaların hərəkətini, hərək sürətinin məhdudlaşdırılması və s.).
İşarə siqnalları aşağıdakılardır: “Qadağan edici”, “Xəbərdar edici”, “Göstərici” və “İcazə verici”.
Müəyyən məsafədən idarə etmə: -
Müəyyən məsafədən idarə etmə texnoloji proseslərdə əməyin təhlükəsizliyində böyük əhəmiyyət kəsb edir. Belə ki, xidmət işçilərini təhlükəli sahədən uzaq edir.
Kənardan idarə etmə o sahələrdə tətbiq edilir ki, həmin şəraitdə insanların işləməsi çətinlik törədir, yaxud mümkün deyildir.
Mövzuya aid test sualları
-
Müasir dövrdə buraxılan maşın və mexanizmlərin əsas xarakterik xüsusiyyətləri?
-
Mühəndis-texniki işçilərin qarşısında duran əsas vacib məqsəd nədən ibarətdir?
-
Ölkəmizdə təhlükəsiz texnikanın yaradılmasına dövlət qanunçuluğu
kimi baxılır, bu Əmək Məcəlləsinin neçənci maddəsində
göstərilmişdir?
-
Kənd təsərrüfatı maşınlarının layihəsi zamanı hansı Dövlət
standartlarının tələblərinə cavab verilməlidir?
-
Kənd təsərrüfatı maşınlarının layihəsi nə vaxt təsdiq oluna bilər?
-
İstehsalat travmalarının xəbərdar edilməsi kompleks mürəkkəb problemdir, bu problemlərin həlli hansı mütəxəssislərdən asılıdır?
-
Maşın və mexanizmaların layihəsi zamanı erqonomik tələbat
nəzərə alınmalıdır. Erqonomik tələbat nədir?
-
Avadanlıqların konstruksiyası verilən zaman istehsalat zərərlərinin
təsiri nəzərə alınmalıdır. Bu zərərlər hansılardır?
-
Yaradılan texnika və texnologiyalarda təhlükəsiz iş neçə təmin
edilir?
-
Hasarlayıcı quruluş. Onun əsas üstünlükləri nədir?
-
Hasarlayıcı quruşların istifadə sahələrinə görə fərqləndirən
cəhətlər?
-
Müvəqqəti hasarlayıcıların əsas tətbiq sahələri?
-
Qoruyucu quruluşlar dedikdə nə başa düşülür?
-
Tətbiq sahələrindən asılı olaraq qoruyucu quruluşları neçə qrupa
bölmək olar?
-
Əyləyici quruluş nədir?
-
Hərəkət edən maşın gözlənilmədən təhlükə baş verərsə ümumi
saxlama vaxtı necə hesablanır?
-
Operatorun reaksiyasına sərf olunan vaxt nədən asılıdır?
-
Saxlama vaxtı nədən asılıdır?
-
Mobil maşınların tormozlanma effektivliyi nə ilə qiymətləndirilir?
-
Saxlama vaxtı hidravliki ötürmələrdə nə qədərdir?
-
Saxlama vaxtı mexaniki ötürmələrdə nə qədərdir?
-
Saxlama vaxtı pnevmatiki ötürmələrdə nə qədərdir?
-
Avtomobillər nəzəriyyəsindən məlum olan əyləyicinin yolu düsturunda:
-nəyi göstərir?
-
Blokirovka edici quruluş nədir?
-
Blokirovka edici quruluşlar təsir sahəsinə görə neçə yerə
bölünür?
-
Təsir etmə üsuluna görə siqnallaşdırmanın neçə növü vardır?
-
İşıq siqnalından hansı məqsədlər üçün istifadə edilir?
-
Hansı aqreqatlarda ikitərəfli siqnaldan istifadə edilir?
-
Rəng siqnalları və onların istifadə sahələri hansı Dövlət standartı
ilə müəyyənləşdirilmişdir?
-
Dövlət standartına əsasən rəng siqnalları neçə qrupa bölünür?
-
Rəng siqnalında qırmızı rəng nəyi göstərir?
-
Yaşıl rəng nəyə işarədir?
-
Sarı rəng nəyə işarədir?
-
DÜİST 12026-76-ya əsasən təhlükəsizliyin neçə qrup işarə
siqnalı müəyyənləşdirilmişdir?
-
Hər bir qrup üçün işarənin məsafədən asılı olaraq nələri müəyyən
edilir?
-
İşarə siqnalları hansılardır?
MÜHAZİRƏ 10.
Dostları ilə paylaş: |