İnsan sağlam və ya nöqsanlı ola bilərmi? Sağlamlıq və nöqsan bə᾽zən insanın cismi ilə bağlı olur. Bə᾽zi insanların cismi baxımdan sağlam, bə᾽zilərinin isə nöqsanlı və xəstə olmalarında heç bir şübhə yoxdur. Məsələn, bə᾽ziləri kar, kor, bə᾽ziləri iflic və bu kimi fiziki nöqsanlara düçar olublar. Amma bunlar insanın özünə aiddir. Diqqət etdikdə görürük ki, biz kiminsə kar, kor, iflic, çirkin, qısaboy və s. xüsusiyyətlərini fəzilət, insanlıq və şəxsiyyət baxımından onun üçün nöqsan hesab etmirik. Məsələn, bə᾽zilərinin «peyğəmbərlərin davamçısı adlandırdığı məşhur Yunan filosofu Sokrat dünyanın ən eybəcər adamlarından biri olub. Amma heç kəs eybəcərliyi Sokrat üçün bir insan kimi eyb və nöqsan hesab etmir. Yaxud böyük ərəb şairi və dilçisi Əbul-əla Muirri və müasir Misir tədqiqatçı alimlərindən olmuş Taha Hüseyn kor olublar. Onların cismlərində olan bu korluq qüsuru onların şəxsiyyətləri üçün nöqsan hesab edilirmi? Xeyir, belə deyil! Bu onu göstərir ki, insan «şəxs» və «şəxsiyyətdən», bədən (cism) və ruhdan ibarətdir. Ruhla cismin hesabı bir-birindən ayrıdır. İnsan ruhunun, tamamilə onun cisminə tabe olmasını fikirləşənlərin səhvləri məhz buradadır. Ümumiyyətlə insan ruhi cəhətdən xəstə, cismi baxımdan isə sağlam ola bilərmi? Bunun özü mühüm bir məsələdir. Ruhun əsilliyini inkar edənlərin və bütün ruhi xususiyyətlərin birbaşa insanın sinir sistemininin tə᾽siri altında formalaşmasını iddia edənlərin fikirlərinə əsasən, ümumiyyətlə ruhun heç bir rolu yoxdur və hər şey cismə tabedir. Onların fikrincə, əgər insan ruhi cəhətdən xəstədirsə, onun cismi də xəstədir. Çünki, ruhun xəstəliyi cismi xəstəlikdən yaranır və ruhun xəstəliyinin səbəbi cismin xəstə olmasıdır. Bir sözlə, ruhi xəstəlik cismi xəstəlikdir.
Xoşbəxtlikdən bu gün sübut edilib ki, bədən vitaminləri, sinir sistemi, qan dövranı və cismlə bağlı bütün cəhətləri çox sağlam olan şəxslər də ruhi cəhətdən xəstə ola bilər. Bu necə ola bilər? Bəli, bu gün «həsəd və kinlilik» ruhi xəstəlik hesab edilir. Bu gün elm, kinli adama xəstə deyir. Belə ki, həmin şəxsin ruhunda cismi cəhətdən tam sağlam olmasına baxmayaraq, pozğunluq yaranıb. Buna görə də bu cismi xəstəliklərin müalicəsi, cismin müalicə edilməsi yolları ilə mümkün deyil, yə᾽ni bu ruhi xəstələr maddi dərmanlarla müalicə edilə bilməzlər. (Əlbəttə burada cismi pozğunluq və çatışmamazlıqlar nəticəsində yaranan bə᾽zi ruhi xəstəliklər söhbətimizdən xaricdir. Çünki bə᾽zi ruhi xəstəliklər, məsələn sinir sisteminin zəifliyi və bu kimi digər cismi səbəblərdən yaranır.) Təkəbbür də ruhi xəstəliklərin digər bir nümunəsidir. Bu gün təkəbbürün də, həqiqətən ruhi xəstəlik olması sübuta yetirilib. Amma görək aptekdə təkəbbürü müalicə edə biləcək bir dərman tapmaq mümkündürmü? Təkəbbürlü insan bir həb ataraq təvazökar insana çevrilə bilərmi? Şimr ibni Zilcovşən kimi daş ürəkli və cəllad bir insana bir iynə vurmaqla və ya bir həb atdırmaqla onu mehriban, rəhimli və şəfqətli bir insana çevirmək olarmı? Xeyir! Onu müalicə etmək yolları yolu bunlar deyil. O, müalicə edilə bilər, amma başqa yollarla. Bə᾽zi ruhi xəstəliklər cismi yollarla müalicə edildiyi kimi, bə᾽zən cismi xəstəliklər də ruhi yollarla müalicə edilir. Məsələn, əslində cismi xəstəlik olan bə᾽zi xəstəliklər bir sıra təlqin yolları və ruhiyyəni gücləndirmək vasitəsilə müalicə edilirlər. Bu məsələnin özü, insanın cism və ruhdan ibarət bir varlıq olması və insan ruhunun cismdən müstəqil olmasına aid qəti dəlillərdən biridir. Bu məsələ göstərir ki, cism tam şəkildə ruha tabe olmadığı kimi, ruh da tam şəkildə cismdən asılı deyildir. Onlar qarşılıqlı olaraq bir-birlərinə tə᾽sir göstərirlər. Filosoflar demişkən: «Bədən ruha və ruh bədənə tə᾽sir göstərir və onların hər biri müstəqil olaraq öz işlərini görürlər. Bu da, insan ruhunun müstəqil bir sistem olmasını göstərir.
Biz kamil insan barəsindəki söhbətimizə başlamazdan əvvəl sağlam və qeyri-sağlam insan barəsində bir sıra məsələləri açıqladıq. Məqsədimizin cismi sağlamlıq və ya nöqsan olmasını aydınlaşdırmaq üçün bu müqəddimənin gətirilməsi lazım idi. Biz burada tibbi məsələlər barəsində söhbət etmək niyyətində deyilik. Həmçinin məqsədimiz, tam sağlam insanın bütün tibbi müayinələrdən keçərkən bədənin bütün orqanlarının yüz faiz düz işləməsi mə᾽lum olan şəxsin olması demək deyil. Bu məsələ bizə aid deyildir və ümumiyyətlə bizim bədənlə işimiz yoxdur.
Deməli, mə᾽lum oldu ki, insan, ruhi və psixoloji baxımdan sağlam olduğu kimi, xəstə və nöqsanlı da ola bilər. Qur᾽an da bu məsələni qəbul edir. Allah-taala öz müqəddəs kitabında belə buyurur:
Dostları ilə paylaş: |