Kəmiyyət ölçüləri və çəkilər üzrə Baş Konfrans (KÖÇBK) tərəfindən qəbul olunan Beynəlxalq Vahidlər Sisteminin (Sİ) kəmiyyət vahidləri


Müvəqqəti tətbiq edilməsinə yol verilən kəmiyyətlərin sistemdənkənar vahidləri



Yüklə 0,64 Mb.
səhifə3/7
tarix04.01.2022
ölçüsü0,64 Mb.
#52911
1   2   3   4   5   6   7

Müvəqqəti tətbiq edilməsinə yol verilən kəmiyyətlərin sistemdənkənar vahidləri


Kəmiyyə-tin adı

Vahid

adı

işarəsi

Sİ vahidi ilə əlaqəsi

tətbiq sahəsi

beynəl-xalq

Azər-baycan

beynəl-xalq

Azərbaycan

Uzunluq

dəniz mili

n mile

mil

1852 m

(dəqiq)


1852 m

(dəqiq)


dəniz naviqasiyası

Kütlə

karat

-

kar

2 ∙ 10-4 kg

(dəqiq)


2 ∙ 10-4 kq

(dəqiq)


qiymətli daşların,

mirvarinin çıxarılması və istehsalı



Xətti sıxlıq

teks

tex

teks

1 10-6 kg/m

(dəqiq)


1 10-6 kq/m

(dəqiq)


tikiş sənayesi

Sürət

uzel

kn

uz

0,514 (4) m/s

0,514 (4) m/s

dəniz naviqasiyası

Təcil

qal

Gal

Gal

0,01 m/s2

0,01 m/s2

qravimetriya

Fırlan-ma tezliyi

dövr bölünsün saniyə

r/s

dövr/s

1 s-1

1 s-1

elektrotexni-ka

dövr bölünsün dəqiqə

r/min

dövr/ dəq

1/60 s-1 =

=0,016 (6) s-1



1/60 s-1 =

=0,016 (6) s-1



Təzyiq

bar

bar

bar

1 105 Ра

1 105 Ра

fizika


Aparatın rəhbəri A. Hacıyev
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarına

4 nömrəli əlavə

Kəmiyyətlərin şərti şkalalar (Brinellin, Vikkersin, Rokvellin və Super-Rokvellin bərklik şkalaları, hidrogen ionlarının aktivlik şkalası (pH) və digər şkalalar) üzrə qiymətləndirilən şərti vahidləri

Kəmiyyətin şərti (qeyri metrik) şkalası - başlanğıc qiymətləri şərti vahidlərlə ifadə olunan kəmiyyət şkalalarıdır. Şərti şkalalar çox vaxt qeyri-metrik şkalalar adlanır.

Bərkliyi ölçmək üçün aşağıdakı şkalalar (ölçmə metodları) mövcuddur:

- Brinell metodu. Bərklik, səthin içərisinə basılan metal kürəciyin saxladığı izin diametrinə görə təyin olunur. Bu zaman bərklik kürəciyə tətbiq edilən qüvvənin izin sahəsinə (izin sahəsi dairənin sahəsi kimi yox, kürənin hissəsinin sahəsi kimi götürülür) nisbəti kimi hesablanır. Bərkliyin vahidi kq/mm2-dir. Bu metod üzrə təyin edilən bərklik HB (H- bərklik sözünün (hardness), B - şkalanın adının baş hərfləridir) kimi işarə olunur;

- Rokvell metodu. Bərklik, yoxlanılan materialın səthinin içərisinə metal kürəciyin və ya almaz konusun basılma dərinliyi ilə təyin olunur. Bu metod üzrə təyin olunan bərklik ölçüsüzdür və HR (R - şkalanın adının baş hərfidir) ilə işarə olunur. Bərklik aşağıdakı düsturla hesablanır:

HR = 100 – k·d



d- əsas əlavə yükü götürdükdən sonra ucluğun basılma dərinliyi,

k - əmsaldır.

Beləliklə, sonsuz bərkliyə HR=100 uyğun gəlir. Yumşaq materiallar mənfi bərklik qiymətinə malik ola bilər;

- Vikkers metodu. Bərklik, səthin içərisinə basılan dördbucaqlı almaz piramidanın saxladığı izin ölçüsünə görə təyin olunur. Bu zaman bərklik piramidaya tətbiq edilən qüvvənin izin sahəsinə (izin sahəsi kvadratın sahəsi kimi yox, piramidanın səth hissəsinin sahəsi kimi götürülür) nisbəti kimi hesablanır. Bu metod üzrə təyin edilən bərklik HV (V - şkalanın adının baş hərfidir) kimi işarə olunur;

- Moos şkalası. Bu şkala əsasən mineralların bərkliyini göstərmək üçün istifadə olunur. Mineralın bərkliyi yoxlanılan mineralı on standart mineraldan hansının cızdığına və yoxlanılan mineralın on standart mineraldan hansını cızdığına görə təyin olunur.

Basılma metodları ilə təyin edilən bərkliyin qiymətini bir şkaladan digərinə yenidən hesablamaq olar. Bərkliyin təyin olunmasının konkret üsulu materialın xassəsinə, mövcud ölçmə vasitəsinə və sairə görə seçilir. Basılma metodu ilə bərkliyi təyin etmək üçün bərklikmetrlərdən istifadə olunur. Bərkliyin, materialın xarakteristikası kimi, böyük üstün cəhəti ondan ibarətdir ki, bərkliyin təyinolunma metodları çox az vaxt aparır.

- Hidrogen ionlarının aktivlik şkalası (pH şkalası). pH (potentia hydrogeni (hidrogen qüvvəsi) və ya pondus hydrogeni (hidrogenin çəkisi) latın sözlərinin baş hərfləridir) məhlulda hidrogen ionlarının aktivlik ölçüsüdür. pH kəmiyyət cəhətdən məhlulun turşuluğunu göstərir və mol bölünmüş litrlə (mol/l) ifadə olunan hidrogen ionları konsentrasiyasının mənfi onluq loqarifmi kimi hesablanır:

pH = - lg [H+]

Təmiz suda 22 oC temperaturda hidrogen ionlarının ([H+]) və hidroksid ionlarının ([OH-]) konsentrasiyaları eynidir və 10-7 mol/l təşkil edir. Bu o deməkdir ki, təmiz su üçün pH = 7. Məhlulda hər iki növ ionların konsentrasiyaları eyni olduqda, məhlul neytral reaksiyaya malik olur. Suya turşu əlavə edildikdə hidrogen ionlarının konsentrasiyası artır, hidroksid ionlarının konsentrasiyası isə uyğun olaraq azalır. Suya əsas əlavə edildikdə isə əksinə, hidroksid ionlarının miqdarı qalxır, hidrogen ionlarının konsentrasiyası isə düşür.

Məhlul [H+] > [OH-] olduqda turş məhlul, [H+] < [OH-] olduqda isə qələvi məhlul hesab edilir.


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin