Azərbaycan Respublikasının «Kibercinayətkarlıq haqqında» Konvensiyanın 38-ci maddəsi üzrə Bəyanati
Azərbaycan Respublikası, Konvensiyanın 38-ci maddəsinə uyğun olaraq, Konvensiyanın müddəalarının Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində həyata keçirilməsinə həmin ərazilər işğaldan azad edilməyənədək zəmanət verə bilməyəcəyini bəyan edir.
Azərbaycan Respublikasınm «Kibercinayətkarlıq haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin «b» yarımbəndi üzrə Qeyd-şərti
Azərbaycan Respublikası Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin «b» yarımbəndinə dair bəyan edir ki, əməllər az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli hesab edilmədikdə, cinayət deyil, tənbeh edilə bilən hüquq pozuntuları kimi qiymətləndirilir. Cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi əhəmiyyətli zərərə səbəb olursa, cinayət sayılır.
Dostları ilə paylaş: |