1817-1822-ci illərdə o, 2 məşhur əsərini yazır: “Tamamlanmamış simfoniya” və “Gözəl dəyirmançı qız” mahnı silsiləsi. Ömrünün son 10 ilində Şubertin yaradıcılığı daha məhsuldar və rəngarəng olur. O, simfoniyalar, fp üçün sonatalar, kvartet, kventet və triolar, messa, opera, mahnılar və bir çox başqa əsərlər yaradır. Ömrünün sonunda 3 il qalmış Şubert “Qış yolu” adlı mahnı məcmuəsini yazır. 1828-ci ildə dostlarının köməyi ilə onun yeganə konserti təşkil edilir. Konsertin uğuru bəstəkara yeni əsərlər yaratmağa ümüd verir, lakin qəflətən vəba xəstəliyinə tutulur. 1828-ci ilin payızında vəfat edir.
Friderik Şopen (1810-1849)
Frederik Şopen 1810-cu il fevralın 22-də Varşava yaxınlığında dünyaya gəlib.7 yaşında ilk konsertini verir. “Sol minor” polonezini bəstələyib nəşr etdirir. 1829-1830-cu illərdə o, fp orkestr üçün 2 konsert və “İstək” mahnısını yazır. 1830-cu ildə Polşada baş verən hadisələrlə əlaqədar Şopen Fransaya köçür. Burada 21 yaşlı pianoçu konsertlər verir. Və elə ilk konsertlərdən sonra bu gənc musiqiçinin qeyri-adi istedadı haqqında söhbətlər sürətlə Parisin bütün sənət aləminə yayılır. Şopen polyak musiqisinin klassiki hesab olunur.
Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə — fortepianoya həsr etmiş yeganə bəstəkardır. Bu səbəbdən onu çox zaman "fortepianonun şairi" adlandırırlar. Maraqlıdır ki, təkcə bir alətin tembr imkanları ilə kifayətlənsə də, Şopen musiqisi heç də yeknəsəq, darıxdırıcı səslənmir. Şopen fortepiano musiqisinə hətta yeni janrlar da gətirmişdir — belə ki, skerso əvvəllər yalnız simfoniyanın tərkibində, mazurka polyak xalqının məişətində səslənərdi, ballada isə, ümumiyyətlə, musiqidən kənar, ədəbiyyatda tətbiq olunan janr idi. 1849-cu ildə dünyasını dəyişmiş bəstəkar Parisdə dəfn edilir, lakin onun ürəyi öz vəsiyyətinə görə Polşaya aparılır və indiyədək Varşavanın Müqəddəs Xaç kilsəsində saxlanılır.
EDVARQ QRİQ (1843 – 1907)
4 sentyabr 1843-cü ildə Edvard Qriq Norveçin Edvard şəhərində anadan olmuşdur. Edvard Qriqin yaratmış olduğu ən məşhur əsərləri Henrik İbsenin "Per Günt" dramına bəstələdiyi- "İnqridin giley-güzarları", "Ərəb rəqsi", "Per Güntün vətənə qayıdışı", "Solveyqin nəğməsi" kimi ölməz əsərləridir.
"İnqridin giley-güzarları" dram pyesindən bir rəqs parçası Griqin Nina Hagerupla toy mərasimində səslənmişdir. Bu izdivacdan cütlüyün Aleksandr adlı qızları dünyaya gəlmiş, lakin körpə cəmi bir yaşında dünyasını dəyışır. Bu hadisə sonralar gənc ailədə münasibətlərin kəskin soyumasına səbəb olur.
Dostları ilə paylaş: |