“Kiçik orqan” kitabını yazır. 1739-cu ildə yazdığı Clavierbung və "Böyük on səkkiz"


-ci ildə Ü.H. opera yazmaq qərarına gəlir



Yüklə 56,1 Kb.
səhifə6/35
tarix31.12.2021
ölçüsü56,1 Kb.
#112528
1   2   3   4   5   6   7   8   9   ...   35
musiqi bestekarlar

1907-ci ildə Ü.H. opera yazmaq qərarına gəlir. Bu dövrə qədər hələ Az-da opera yazılmamışdır. Onun yaratdığı ilk “Leyli və Məcnun” operası Azərbaycan musiqi mədəniyyəti tarixində ilk opera olmuş və çox böyük əhəmiyyət qazanmışdır. Bəstəkarın bu operası Azərbaycan opera incəsənəti tarixinin əsasını qoymuşdur.

İlk tamaşa 1908-ci ildə olmuşdur. Ü.H. “Leyli və Məcnun” operasından sonra ardıcıl olaraq bir sıra operalar yazmışdır. 1909-da xalq dastanı əsasında “Şeyx Sənan”, 1911-də “Rüstəm və Söhrab”, 1912 “Şah Abbas və Xurşudbanu”, 1912 “Əsli və Kərəm”, 1915-də “Harun və Leyla”

1914-cü ildə Bakıya qayıdan Ü.H. mətbuatda bir sıra məqalələrlə çıxışlar edir. Onun “Boşboğazlar”, “Məzəli işlərimiz”, “Müsəlmançılıq”, “O, heç”, “Küyçülük” felyetonları tənqidi nöqteyi nəzərdən qiymətlidir. 1921-ci ildə Türk musiqi məktəbini təşkil edir.

1931-ci ildə Ü.H. ilk notlu xalq çalğı alətləri orkestrinin təşkil olunmasında iştirak edir. 1936-da bəstəkar dövlət xoru yaradır.

Ü.H.-un 1932-də yazdığı simfonik orkestr üçün təntənəli marş, xor və orkestr üçün təntənəli himn, f-no, skripka və violonçel üçün trio və s. əsərlər demək olar ki, “Koroğlu” operasının yaranmasına bir növ hazırlıq idi. “Koroğlu” operası üzərində Ü.H. 1932-1936-cı illər arasında işləmiş və ilk Azərbaycan klassik opera növünü yaratmışdır. İlk tamaşa 1937-ci ildə olmuşdur və son dərəcə müvəffəqiyyət qazanmışdır. 1938-ci ildə Moskvada keçirilən Az. ədəbiyyatı və incəsənəti ongünlüyündə müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. “Koroğlu” operasında ilk dəfə olaraq milli musiqi Avropa klassik opera ənənələrilə biləşərək vahid bir əsər yaranmışdır.

Musiqili komdeiya janrı sahəsində Ü.H. 1910-cu ildə “Ər və arvad”, “O olmasın bu olsun”, 1914-də “Arşın mal alan” musiqili komediyalarını yazmışdır. 1940-da Ü.H. Dövlət mükafatına layiq görülür. 1941-1945-də Böyük vətən müharibəsinə həsr olunmuş bir sıra əsərlər yazır. Onun “Vətən uğrunda” mahnı silsiləsinə “Şəfqət bacısı”, “Ananın oğluna nəsihəti”, “Yaralı döyüşçünün hekayəsi”, “Yaxşı yol”, “Döyüşçülər marşı” və s.daxildir.

Bundan əlavə bəstəkar solist, xor və simfonik orkestr üçün “Vətən və cəbhə” kantatasını, Nizaminin sözlərinə (800 illiyinə) “Sənsiz”, “Sevgili canan” romanslarını yazmışdır. Bu dövrdə Ü.H. yar-da yaranan yeni bir janr da diqqəti cəlb edir. Bu instrumental janrda olan hərbi kişi rəqsi “Cəngi” idi. Qəhrəmani əhval – ruhiyyə daşıyır və döyüşə çağırı.ş kimi səslənir. 1945-də Ü.H. “Azərbaycan xalq musiqisinin əsasları” adlı böyük nəzəriyyə əsərini tamamlayır. 1946-da “Qələbə himni” yazır,1918-ci ildə də Ə.Cavadın sözlərinə “Az.Döv.himnini” yazır.

1945-46-da “Firuzə” operası üzərində işləməyə başlayır, lakin operanı tamamlaya bilmir. 1948-ci ildə Bakıda vəfat edir. Qiymətli musiqi xəzinəsi qoymuş Ü.H. yar-ğı azərbaycan musiqi mədəniyyəti tarixində böyük rol oynayır. Onun yar-nın əsasını demək olar ki, səhnə əsərləri təşkil edir. Görkəmli bəstəkar, musiqi ictimai xadim, alim, gözəl publisist və pedaqoq Ü.H. Az-da professional bəstəkarlıq məktəbinin təməlini qoymuşdur.

38.Azərbaycan musiqisi, M.Maqomayev, A.Zeynallı yaradıcılığı

M.Maqomayev 1885-ci ildə 6(18) IX–da Qroznı şəhərində anadan olmuşdur. O, ilk təhsilini Qroznuda almış və 1899- da Qori müəllimlər seminariyasına daxil olmuşdur. Elə buradan da onun Ü.Hacıbəyov ilə dostluğu başlayır. Seminariyada təhsil aldığı müddətdə M.Maqomayev skripka və qaboyda əla çalırdı.

Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan” operaları, eləcə də “O olmasın bu olsun” musiqili komediyası tamaşaya qoyulurdu. Bu tamaşaların demək olar ki, hamısına M.Maqomayev dirijorluq etmişdir.

M.Maqomayevin Azərbaycan milli teatrının inkişafı və eləcə də müəllimlik sahəsindəki fəaliyyəti onu Ü.Hacıbəyovla daha da yaxınlaşdırır. 1916-da o, öz ilk musiqili səhnə əsəri olan “Şah İsmayıl” operasını yazır. Opera xalq əfsanəsi əsasında yazılmışdır. Burada bəstəkar folklor nümunələrindən bacarıqla istifadə etmişdir.

Şah İsmayıl” operasının ilk tamaşası 1919-da olmuşdur. 1916-da tamamladığı bu operanı bəstəkar bir neçə dəfə redaktə etmişdir. Nəticədə operanın partitura üzrə ifası mümkün olur. 1933-ildə “Şah İsmayıl” operası müəllifin özünün dirijorluğu ilə tamaşaya qoyulur. 1920-30-cu illərdə M.Maqomayev bir ısra k/f-ə musiqi yazmışdır: “Azərbaycan incəsənəti”, “Bizim raport” və s. Bununla yanaşı o, dram tamaşalarına da musiqi yazmışdır. Məsələn, C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “1905-ci ildə” və s. M.Maqomayev simfonik orkestr üçün “Azərbaycan çöllərində”, “Ceyran”, “Turacı”, “Şüştər dəramədi”, “Çeçen rəqsi” vəs. yazmışdır. O, vokal musiqisi sahəsində də öz fəaliyyətini davam etdirirdi. Onun “Bahar”, “Tarla”, “Bizim kənd”, mahnıları milli koloriti ilə diqqəti cəlb edir. M.M. çoxlu miqdarda azərb.xalq mahnı və rəqslərini toplayıb nota salmışdır. Bəstəkarın kolxoz mövzusunda yazdığı “Dəli Muxtar” baleti, “Xoruz bəy” musiqili komediyası əl yazması halında saxlanılır. M.Maqomayev yar-nın ən yüksək zirvəsini onun “Nərgiz” operası təşkil edir. Operanın yazılışına bəstəkar 1932-ci ildə başlamış və 1935-ci ildə tamamlamışdır. “Nərgiz” operası azərbaycan musiqisinin inkişafı tarixində böyük yer tutur. Operanın ilk tamaşası 1935-də böyük müvəffəqiyyətlə keçmişdir.

M.M. “Nərgiz” operasının yeni redaktəsi üzərində işləməyə başlayır, lakin işi sona çatdıra bilmir. O, 1937-ci ildə vəfat edir. Başladığı işi isə R.M.Qlier və Niyazi tamalamışlar.

Asəf Zeynallı (1909-1932)

Təkcə “Ölkəm” romansı Asəf Zeynallının insanlar tərəfindən sevilməsi və daim xatırlanması üçün kifayət edər. Cəmi 23 il ömür sürməsinə baxmayaraq, o, Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edə bilib. Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə kasıb bağban ailəsində dünyaya göz açıb.

Avropa musiqisinin nəzəri əsaslarını dərindən mənimsəyən bəstəkar onları xalq musiqisi ilə sintez edərək orijinal əsərlər yaradıb. Onun “Ölkəm”, “Sərhədçi”, “Sual”, “Çadra”, “Seyran” və digər romansları sənətsevərlərin rəğbətini qazanıb və bu gün də sevilir. Özünün “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin başlanğıcını qoyub. İstedadlı bəstəkar “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “O qara qaşlar” və digər xalq mahnıları üzərində işləyib, çoxlu sayda xalq mahnılarını nota salıb. Onun “Lay-lay“, “Günlər“ pyesi, “Çahargah”, “Durna”, “Muğamsayağı” əsərləri kamera musiqisi üçün yeni üfüqlər açıb.

Genc bəstəkarın “Fraqmentlər” süitası Azərbaycan musiqisində ilk simfonik əsərdir. “Bakı” simfoniyasının ərsəyə gəlməsinə isə vaxtsız ölüm mane olub. Xalq mahnılarını toplamaq üçün Qarabağ ekspedisiyasında iştirak edən Asəf Zeynallı Şuşada Xan Şuşinski ilə tanış olur, onun oxuduğu “Alma almaya bənzər” mahnısını çox bəyənir. Ekspedisiyadan qayıdarkən yolda yatalaq xəstəliyinə tutulur. Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də vəfat edib. Bakı musiqi kollecinə və paytaxt küçələrindən birinə onun adı verilib.

39.Azərbaycan musiqisi, Q.Qarayev, F.Əmirov yaradıcılığı

Qara. Qarayev (1918 – 1982)

O, öz yaradıcılığında Azərbaycan musiqisinin gələcək inkişafını təmin etməklə yanaşı müxtəlif xalqların melodiya və ritmlərindən bacarıqla istifadə etmişdir. Q. Qarayev yaradıcılığına xas olan ideya məzmununun dərinliyi, mövzu aktuallığı, vətənpərvər hisslərin tərənnümü geniş ictimai - fəlsəfi fikirlərlə vəhdət təşkil edir. Bəstəkar öz yaradıcılığında müxtəlif mövzulara müraciət edərək emosional məzmunlu, müxtəlif xasiyyətli əsərlər yaratmışdır. O, opera, balet, simfonik musiqi, kamera – instrumental, kino filmlərə və dram tamaşalara musiqi eləcə də vokal janra müraciət etmişdir. Onun belə çox janrlı yaradıcılıq fəaliyyətində daima Azərbaycan milli musiqi xüsusiyyətləri nəzərə çarpır.

Qara Əbülfət oğlu qarayev 1918 – ci ildə Bakıda tibb professoru ailəsində anadan olmuşdur. Hələ kiçik yaşlarından özünü biruzə vermişdir. 1930 – cu ildə o, Bakı musiqi texnikomuna, fortepiano üzra daxil olur.

1938 – ci ildə o, xor, simfonik orkestr və rəqs ansambılı üçün R. Rzanın şerlərinə “Ürək mahnısı” kantatasını yazmışdır. Kantata həmin ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə müvəffəqiyyətlə ifa olunmuşdur və Q. Qarayaev təhsilini davam etdirmək üçün P. İ. Çaykovski adına MDK – na daxil olur. Konservatoriyada təhsil aldığı müddətdə müxtəlif musiqi janrları ilə maraqlanmış və 1946 – cı ildə yazdığı II simfoniya ilə konservatoriyanı bitirir

Azərbaycanda balet musiqisi ənənələrini davam etdirən bəstəkar 1949 – cu ildə simfonik orkestr üçün “7 gözəl” süitasını yazır. Həmin süita əsasında 1952 – ci ildə (N. Gəncəvinin poeması) “7 gözəl” baletini yazır. Baletin ilk tamaşası 1957 – ci ildə Bakıda, bir il sonra isə Leninqradda tamaşaya qoyulmuşdur. 1959 – cu ildə yeni redaktəsindən sonra bir çox ölkələrdə müvəffəqiyyətlə tamaşaya qoyulur.




Yüklə 56,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin