Kimyadan sinifdəNKƏnar iş ÜÇÜn maraqli suallar və cavablari IX sinif üÇÜn V. M. Abbasov, A. M. Tağıyeva, G.Ə. Piriyeva


Nə üçün istehsal üçün şıxtanın tərkibinə əhəng, əhəng daşı, təbaşir daxil edilir?  Şüşənin suda həll olmaması üçün. 16



Yüklə 124 Kb.
səhifə2/14
tarix10.01.2022
ölçüsü124 Kb.
#107593
1   2   3   4   5   6   7   8   9   ...   14
15. Nə üçün istehsal üçün şıxtanın tərkibinə əhəng, əhəng daşı, təbaşir daxil edilir?

 Şüşənin suda həll olmaması üçün.



16. Şüşənin rənglənməsi necə həyata keçirilir?

 Rəngləmək üçün şüşəyə bəzi metalların oksidləri və ya müəyyən metalların kolloid hissəcikləri daxil edilir. Metal oksidləri ilə rənglədikdə şüşənin rəngi oksid-boyayıcının tərkibindən və miqdarından asılı olur. Məsələn, kobalt (II) oksid natrium-kalsium şüşədə qırmızı- bənövşəyi rəng verir. Manqan (II) oksid natrium-kalsium şüşədə qırmızı-bənövşəyi rəng, kalium-sink şüşədə mavi-bənövşəyi rəng verir. Kolloid vəziyyətdə də qızıl şüşəni qırmızı rəngə boyayır. Belə şüşə qızıl rubin adlanır. Kolloid vəziyyətdə gümüş şüşəni sarı rəngə boyayır. Selen yaxşı boyayıcıdır. Kolloid vəziyyətdə selen şüşəni çəhrayı rəngə boyayır., CdS. 3CdSe birləşməsi şəklində olduqda isə şüşəni qırmızı rəngə boyayır. Belə şüşə selen rubini adlanır. Aşağı keyfiyyətli butulka şüşəsi bir qayda olaraq onun tərkibində Fe2+ və Fe3+ ionlarının miqdarından asılı olaraq müxtəlif rənglərə malik olur.



17. Fotoxrom şüşə nədir? Onun tərkibi necədir?

 Fotoxrom şüşə şüalanmanın təsiri ilə öz rəngini dəyişir. Belə şüşələri güclü şüşələnmiş binaları günəşdən qorumaq, mənzilin daima işıqlanmasını təmin etmək üçün istifadə olunur. Belə şüşə həm də nəqliyyatda istifadə olunur. Fotoxrom şüşənin tərkibində bor oksid B2O3 olur, işığa həssas komponent mis (I) oksid iştirakı ilə gümüş xloriddir. Işıqlandırma zamanı atomar gümüş ayrılır ki, bu da şüşənin tutqunlaşmasına səbəb olur. Qaranlıqda reaksiya əks istiqamətdə gedir. Mis (I) oksid özünəməxsus katalizator rolunu oynayır.



18. Billur (xrustal) nə zaman kəşf olunub və onun tərkibi nədən ibarətdir?

 Billur XVII əsrdə İngiltərədə kəşf olunub.

Billur şüşə qurğuşun-kalium slikatlı şüşədir və tərkibində qurğuşun (II) oksid var. Çox vaxt qurğuşunun miqdarı əşyanın markası üzərində göstərilir. Qurğuşun nə qədər çox olursa, billurun keyfiyyəti bir o qədər yüksək olur. Billur yüksək şəffaflığa, parıltıya və böyük şıxlığa malik olur.

19. Kvars şüşə nədən alınır?

 Kvars şüşə təmiz kvars qamundan və ya tərkibində SiO2 olan dağ billurundan alınır. Kvars şüşəni hazırlamaq üçün olduqca yüksək temperatur tələb olunur (17000C-dən yuxarı).



20. Tripleks nədir?

 Tripleks təhlükəsiz şüşədir. O, aralarına şəffaf və şüşə ilə kley vasitəsilə şüşəyə yapışdırılan təbəqə qoyulmuş bir neçə adi şüşə lövhələrindən alınır. Bərk yapışdıqlarına görə zərbə zamanı əmələ gələn qırıntılar aralıq təbəqə tərəfindən saxlanılır və şüşə üzərində qırıntılar yox, çoxlu sayda radial və konsentrik çatlar əmələ gəlir. Bu şüşə qırıntıları ilə sərnişinlərin yaralanma təhlükəsini kəskin azaldır.



21. Alışdırmaq üçün ağac çubuqlardan istifadə etmək ideysaı kimin ağlına gəlmişdir?

 Əsas ideya – böyük istilik ayrılması ilə gedən kimyəvi reaksiyanı ağac çubuğun alışdırılması üçün istifadə ideyası 1805-ci ildə Fransada yaranmışdır. Parisli Jan Şansel nazik ağac çubuqcuqların başlığını (ucunu) şəkər, bertolle duru (KClO3) və kamed qarışığı ilə örtmüş, onları alışdırmaq üçün sulfat turşusuna salmışdır. Şəkərin turşu ilə qarşılıqlı təsiri zamanı alınan, bertolle duzu ayrılan oksigenin hesabına yanmanı gücləndirir. Belə kibritdən istifadə etmək üçün hər kəs yanında kiçik qabda qatı sulfat turşusu gəzdirməli idi ki, bu da təkcə narahatlıq yaratmırdı, həm də turşu ilə ehtiyyatsız davrandıqda kimyəvi yanıqlara səbəb olurdu. Odur ki, “turşu” üsulu geniş tətbiq tapmamışdır.



22. Kim kibriti najdak kağızına sürtməklə alışdırmağı tapmışdır?

 İngilis şəhərciyi Stok-ton-on-Tisdə yaşayan aptekçi Con Uolker 1827-ci ildə kibriti najdak kağızına sürtməklə alışdırmaq üsulunu tapmışdır. Onun satış üçün hazırladığı kibritlərin başı kalium xloratın, stibium (III) sulfidin və kamedin qarışığından ibarət idi.

3KClO3 + Sb2S3 = 3KCl + Sb2O3 + 3SO2

Reaksiya qaz halında kükürd dioksid alınması ilə müşayət olunur ki, o da xarakterik kəskin iyə malikdir. Bu kükürdlü kibritlər (stibium sulfidin bir hissəsi daha ucuz toz halında kükürd ilə əvəz olunmuşdur yandıqda da hiss olunur:

2KClO3 + 3S = 2KCl + 3SO2

23. Nə zaman ilk dəfə fosforlu kibritlər yaranmışdır?

 Fosforlu kibrit 1830-cu illərin əvvəllərində yaranmışdır. Tələbə kimyaçı Şarl Soria Fransada və kimyaçı Kamerer Almaniyada sürtünmə zamanı asan alışa bilən fosfora malik tərkib tapmışdır. Yanma zamanı fosfor oksidə çevrilir.

5KClO3 + 6P = 5KCl + 3P2O5

24. Tez alışmalarının qarşısını almaq üçün fosforlu kibritlərdən istifadə edərkən hansı ehtiyat tədbirləri görmək lazım idi?

 Kibritin yana bilən qarışığını ciddi olaraq havadan təcrid etmək lazım idi, əks halda fosfor asanlıqla alışırdı. Öz-özünə alışma olmaması üçün kibrit başlığını kamed və ya ona bənzər maddələrlə örtürdülər. Fosforlu kibritlər olduqca təhlükəli idi, onlar asanlıqla alışmaları ilə yanaşı həm də onların tərkibində güclü zəhərli ağ fosfor var idi. 1867-ci ildə İtaliya ershersoginyası Matilda təsadüfən kibriti ayaqlamış və nəticədə ani olaraq paltarı alova bürünmüş və o, yanıqdan dünyasını dəyişmişdir.




Yüklə 124 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin