25. Kibrit fabrikinin işçiləri hansı peşə xəstəliyindən əziyyət çəkirdilər?
Bu xəstəlik fosfor nekrozu adlanır- sümüklərin zədələnməsi.
26. Ağ fosforun hansı dozası insan üçün öldürücüdür?
Ağ fosforun 0,05-0,15 qramı insan üçün öldürücü dozadır.
27. Kibrit istehsalında ağ fosfor hansı kimyəvi birləşmə ilə əvəz olunmuşdur?
Ağ fosforun fosfor sulfid P4S3 ilə əvəz edildiyi tərkiblər bir qədər az təhlükəlidir. Tərkibində bertolle duzu KClO3, fosfor sulfid P4S3, toz halında şüşə olan və dəmir və sink əlavələrinə malik qarışıq nahamar səthə sürtüldükdə asanlıqla alışır. Kibrit hazırlayarkən kalium xlorat əvəzinə, əksər hallarda ona əlavə kimi həmçinin daha ucuz olan maddələr-kalium nitrat, kalium bixromat K2Cr2O7, sürmə Pb3O4, manqan dioksid MnO2 və qurğuşun dioksid PbO2, kamedin əvəzinə dekstrin və müxtəlif yapışqanlar istifadə olunurdu.
28. Qırmızı fosforu kim kəşf etmişdir və o, kibrit istehsalına necə təsir etmişdir?
1847-ci ildə avstriya kimyaçısı Şriter aktivliyi ağ fosfora nəzərən olduqca az olan qırmızı fosforu kəşf etmişdir.
Qırmızı fosforun yanma istiliyi ağ fosforun yanma istiliyindən bir qədər azdır, ama qırmızı fosfor ağ fosfora nəzərən ləng oksidləşir və yalnız ağ fosforun izləri səviyyəsində ağ fosfora malik olduqda havada özü-özünə alışır. Bundan başqa qırmızı fosfor zəhərli deyil. Təbii ki, kibrit istehsalında o, daha təhlükəli ağ fosfor istifadəsini sıxışdırıb çıxarmışdır.
29. İlk təhlükəsiz isveç kibritləri nə zaman yaranmışdır və onlar nədən ibarət idi?
Təhlükəsiz kibritlər 1855-ci ildə isveç kimyaçısı Y.Lundstrom tərəfindən kəşf olunmuşdur. Bu kibritlərin başlıqları tamamilə fosfora malik deyildilər və bertolle duzunun və stibium sulfidin Sb2S3 elə proporsiyada qarışığından ibarət idilər ki, onlar nə hava ilə təmasda, nə də nahamar səthə sürtüldükdə özü-özünə alışmırdılar. Onların alışdırılması üçün sonralar geniş yayılmış prinsip istifadə olunmuşdu. Yanar qarışığın komponentlərini kibritin başlığı və qutunun səthində ayrılıqda yerləşdirmək.
Isveç kibritlərində qutunun yan səthinə qırmızı fosfora malik qarışıq çəkilirdi.
Çubuğun yaxşı yanması üçün qarışığın yanmasını inert əlavələr - oxra, xırda şüşələr və digər maddələr əlavə etməklə ləngidirlər. Çubuğun özünü kükürd, parafin və vosk ilə hopdururdular. Kibrit başlığına müxtəlif piqmentlər qatmaqla müxtəlif rənglər verirdilər. Təxminən eyni kibritləri biz indi istifadə edirik
Dostları ilə paylaş: |