|
Praktik tapşırıq 3.8 – Suyun kimyavi xasələri
|
səhifə | 27/45 | tarix | 10.01.2022 | ölçüsü | 2,15 Mb. | | #106671 | növü | Dərs |
| Praktik tapşırıq 3.8 – Suyun kimyavi xasələri
İstifadə edilməli resurslar:
çini kasacıq
stəkan
distillə suyu
şüşə lövhə və çubuq
dəmir qaşıq
kalsium-oksid (sönməmiş əhəng)
qırmızı fosfor
lakmus və fenoftalein məhlulu
ağzı geniş kolba və ya banka
spirt lampası
Fəaliyyət və tapşırıqlar
|
Təlimat və tövsiyyələr
|
|
İs paltarını geyinin
Əmək təhlükəsizliyi qaydalarına əməl edin.
Suyun kimyavi xasələrinin araşdırılmasını təlimatda göstərildiyi kimi yerinə yetirməlisiniz.
Çalışmalısınız ki, işləri dəqiq yerinə yetirəsiniz
|
Təlim nəticərəninə nail olmaq üçün tələb olunan praktik tapşırıqlar.
|
Suyun kimyavi xasələrini şifahi söyləyirsiniz
1) Fosfor - oksidlə suyun reaksiyasını aparacaqsınız
Dəmir qaşıqda fosforu yandırıb içərisinə həcminin 1/4-i qədər distillə suyu və 1-2 damcı lakmus əlavə edilmiş kolbaya(bankaya) salırsınız
Dəmir qaşıq suya toxunmamalıdır
Yanma reakisyası başa çatdıqdan sonra kolbanın ağzını şüşə lövhə ilə örtür və çalxalayırsınız
Qırmızı rəngli məhlul alınması turşu əmələ gəldiyini sübut edəcəkdir
Reaksiya tənlikləri belə yazılır: 4P + 5O2 → 2P2O5 P2O5 + 3H2O → 2H3PO4
2) Suyun kalsium-oksidlə reaksiyasını aparacaqsınız
Çini kasaya azca CaO qoyub üzərinə porsiyalarla distillə suyu tökürük, hər dəfə çoxlu istilik alındığını və kasacığın qızdığını müşahidə edirsiniz
Alınmış qatı xəşilvari kütlədən bir azca şüşə çubuqla stəkana keçirib distillə su ilə qarışdırır və üzərinə 1-2 damcı fenolftalein əlavə edirsiniz
Moruğu rəng alınacaqdır: CaO + H2O → Ca(OH)2
| |
Dəmir qaşığın suya toxunmamasına diqqət edin
|
Praktik işə dair fotoillüstrsiya
|
|
Dostları ilə paylaş: |
|
|