NƏZİR NİYYƏTİ
Dəvətçi: «İnsan bir qövmün və ya bir millətin əqidəsini araşdırıb hökm
vermək istədikdə, bu hökm ağıl, məntiq və elmin imkan verdiyi qaydada olmalıdır.
Yoxsa cahillərin sözlərinə və əməllərinə baxıb hökm verməsi düzgün deyil.
Onların qanunlarını və etibarlı kitablarını diqqətlə araşdırmalıdır.
Şiənin inancını öyrənmək istədiyiniz zaman, cahil və avam şiələrin sözlərinə
və hərəkətlərinə baxıb şiələr haqqında qəti bir nəticə çıxarmaq, yanlış bir şeydir.
Çöldə-bazarda savadsız insanların «Ya Əli», «Ya imam Riza» dediklərini
gördükdə, onların, ya da bütün şiələrin müşrik olduğunu söyləyə bilməzsiniz. Bəzi
cahil kəslər imamlara, imamzadələrə nəzir deyirsə, bunu onlara qalib olmanız üçün
bir dəlil saymayın. Çünki hər qövmdə cahil və avam insanlar mövcuddur. Amma
əgər sizlər saf niyyətlə və bəhanə axtarmadan əqli dəlillərlə bir araşdırma aparmaq
istəyirsinizsə, şiənin fiqh kitablarını nəzərdən keçirməyiniz lazımdır. Bu xətti və ya
çap olunmuş kitablar bütün kitabxanalarda, hər kəsin əli çatacaq yerdədir.
İstidlali-fiqh kitabları və əməl risalələrini oxusanız, Cəfəri fiqhində şirkə
gedən yolun və xurafata meyilli qanunların olmadığını görəcəksiz. Həqiqətdə, xalis
Tövhid Cəfəri fiqhiylə özünü göstərir.
«Şərhi-Lümə» və «Şərayi» kimi bütün kitabxanalarda mövcud olan fiqh
kitablarını araşdırsanız, onlarda nəzir üçün xüsusi bir babın ayrıldığını görərsiniz.
Şiə alimlərinin hamısının əhkam risalələrində nəzir mövzusuna aid fitvalar vardır.
Bu kitablarda nəzir üçün xüsusi bir babın ayrılmasının səbəbi, nəzirin ibadət
113
olmasına görədir. Allah üçün nəzir edilməsi zamanı iki şərtin yerinə yetirilməsi
lazım gəlir. Bu iki şərtdən hər hansı biri olmazsa, nəzir batil olar. Bu iki şərtdən
biri əməllə həmdəm olan «niyyət», ikincisi isə hansı dillə olursa-olsun, siqə (əqd)
oxunmasıdır. Bir müsəlman bu iki şərt olmadan nəzirin gerçəkləşmədiyini
anlayarsa, ilk öncə bu iki şərtin məna və xüsusiyyətini öyrənən və daha sonra nəzir
niyyətini edər.
İnsan bir fəqihdən, ya da onun risaləsindən nəzir məsələsini araşdırdığı zaman
hər şeydən öncə niyyət mövzusuyla qarşılaşır. Niyyət, hər ibadətdə, xüsusilə də
nəzirdə Allah və Onun rizasını qazanmaq üçün olmalıdır. Demək ki, niyyət Allah
üçün olmazsa, o əməl puç olar.
İkincisi, niyyəti tamamlayıb onu sabitləşdirmək üçün nəzir niyyəti edən
kimsənin nəzir etdiyi zaman, niyyət əqdini oxuması lazım gəlir. Əqddə də Allah
adı olmazsa, əqd batil olur. Məsələn, bir kəs oruc tutmağı nəzir etmək istəsə, niyyət
edərək belə deməlidir: «Lillahi əleyyə Ən əsumə» (Allah üçün oruc tutmaq mənim
üzərimə vacib olsun) və ya içki içməyi tərk etmək istədiyi zaman «Lillahi əleyyə
Ən ətrukə şürbəl-xəmr» (Allah üçün içkini tərk etmək, mənim üçün vacib olsun)
deməlidir. Digər bütün niyyətlər də, bu şəkildədir.
Əgər əqdi ərəbcə oxumaq mümkün olmazsa, hər kəs öz dilində oxuya bilər.
Amma mənası ərəbcəyə uyğun olmalıdır.
Əgər niyyətində Allahdan başqası olarsa və ya başqasının adı Allahla bərabər
tutularsa və o başqası istər diri olsun, istər ölü, istər peyğəmbər olsun, istər imam
və ya imamzadə, niyyəti batildir. Bunu da bilərəkdən və qəsdlə etsə, müşrikdir.
Çünki yuxarıda söylənilən ayədə Quran aydın şəkildə belə buyurur:
«Rəbbinə itaətdə heç kəsi ortaq tutmasın.
Elm əhlinin bunu bilməyənlərə öyrətməsi lazımdır. Necə Ki, moizə əhli və
mübəlliğlər vəzifəyə əməl edirlər.
Şiə fəqihləri istər diri olsun, istər ölü, peyğəmbər və ya ima adına deyilən
nəzir niyyətinin batil olduğunu, bunu bilərək və qəsdən edənin də müşrik olduğunu
söyləyirlər. Niyyət Allah adına olmalıdır, amma nəzir istənilən yerlərdə istifadə
oluna bilər. Məsələn, Allah üçün qurban niyyətiylə bir qoyunu bir evdə, bir ibadət
114
yerində və bu kimi yerlərdə kəsərsə, bunun maneəsi yoxdur. Pul, paltar və bu kimi
şeyləri Allah üçün niyyət edib bir fəqirə, bir yetimə, ya da Rəsulallahın (s)
nəslindən olan bir seyidə verirsə, yenə bir maneəsi yoxdur. AMma Peyğəmbər (s),
ya İmamlar (ə) üçün və ya onların nəslindən olan seyidlər (Peyğəmbər (s) və
İmamın (ə) nəvələri), ya da alimlər və yetimlər üçün nəzir niyyəti edilərsə, bu
niyyət batildir. Bilərək və qəsdən olsa, şirkdir.
Hər rəsulun, fəqihin, alimin, vaizin, mübəlliğin vəzifəsi yazmaq və
söyləməkdir. Quranda buyurulur:
« Peyğəmbərin əsl vəzifəsi, ancaq [Allahın əmrini insanlara] çatdırmaqdır»
1
Xalqın vəzifəsi isə dinləmək və əməl etməkdir. Birisi və ya bir çoxu dini
vəzifələrini öyrənib-öyrətməklə səhlənkarlıq edirsə və dini vəzifələrinə uyğun
şəkildə əməl etmirsə, bu, o dinin, o məzhəbin nöqsanı deyildir.
Güman edirəm, həqiqətin anlaşılması üçün bu qədər kifayət edər. Artıq
bundan sonra «şiələr müşrikdir» deməyin.
Dostları ilə paylaş: |