Китабын ады


TƏƏSSÜBDƏN UZAQ OLAQ SƏADƏTƏ SƏBƏB OLUR



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə123/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   119   120   121   122   123   124   125   126   ...   314
2 5290018709182616340

TƏƏSSÜBDƏN UZAQ OLAQ SƏADƏTƏ SƏBƏB OLUR 
 
«Hədis «Səhihi-Buxari»də yoxdur, buna görə də zəifdir» sözünüzə gəlincə, bu 
söz  bir  çox  tərəfdən  rədd  edilmiş  və  alimlərin  qəbul  etmədiyi  bir  şeydir.  Əgər 
Buxari  hədisi  nəql  etməmişsə,  əvəzində  onun  tək  möhtərəm  bildiyiniz  böyük 
alimlərinizin ümumisi nəql etmişdir. Hətta Buxariylə eyni səviyyədə olan Müslüm 
ibn  Həccac  və  digər  «Səhih»  sahibləri  bunu  geniş  surətdə  nəql  etmişlər.  Yoxsa 
səhihləri  və  mötəbər  kitablarınızı  bir  kənara  qoyub,  əqidənizi  yalnız  «Səhihi-
Buxari»də  yazılanlarla  məhdudlaşdıracaqsınız?!  Ya  da,  o  biri  alimlərinizin  də  öz 
zamanlarında əhli-sünnətin ən adil, ən alim və ən savadlı insanlar olduqlarını etiraf 


 
121 
edib, onları da qəbul edəcəksiniz. Xüsusilə də, «Səhihi-Sittə»ni yazanları. Bir hədis 
«Səhihi-Buxari»də bəzi səbəblərə görə nəql edilməmişsə, başqaları nəql etmişsə, o 
zaman onu qəbul etmək məcburiyyətindəsiz!». 
Hafiz: «Buxarinin üstündə durmağımızın hər hansı bir məxsus səbəbi yoxdur. 
Buxari çox ehtiyatlı və hədis nəql etməkdə diqqətli olduğundan, sənəd və ya mətn 
baxımından şübhəli və ya əqlə uyğun olmayan hədisləri nəql etməmişdir». 
Dəvətçi:  «Siz  əhli-sünnətin  etdiyi  xətalardan  biri  də,  «bir  şeyi  çox  sevmək 
insanı kor və kar edər» qaydasının əsasına görədir. Buxari haqqında ğuluv edirsiniz 
(yəni onu sahib olduğu məqamdan yüksəkdə görürsünüz). Çox dəqiq olduğunu və 
«Səhih»ində gətirdiyi  hər hədisin  çox  mötəbər, hətta  vəhy  kimi  olduğunu güman 
edirsiniz.  Halbuki,  güman  etdiyiniz  kimi  deyildir.  Buxarinin  hədislərin  sənədində 
gətirdiyi  bir  çox  şəxs  (ravi)  rədd  edilmiş,  nifrət  edilmiş,  yalançı  və  uydurmaçı 
insanlardır». 
Hafiz: «Əslində, sizin bu sözləriniz mərdud və mənfurdur. Siz Buxari kimi bir 
insanın  elmi  məqamını  təhqir  edirsiniz».  (Yəni  əhli-sünnət  və  camaatın  hamısını 
təhqir etdiniz).  
Dəvətçi:  !Eli  bir  tənqid  təhqirdirsə,  bu  halda  hədisləri  diqqətlə  araşdırmış 
mötəbər  «Səhih»lərdəki,  xüsusilə  «Səhihi-Buxari»  və  «Səhihi-Müslim»dəki  bir 
çox  hədisin  sənədində  bir  çox  şəxsin  uydurmaçı,  yalançı  və  mərdud  olduğunu 
söyləyən böyük alimləriniz də, elm məqamına ihanət etmiş və mərdud insanlardır.  
Hədis  kitabları  mövzusunda  dəqiq  və  diqqətli  olmanız  yaxşı  olardı.  ONları 
oxuduğunuz zaman ğuluv edərək, «Buxari və Müslim onları nəql etmişsə, hamısı 
səhih və doğrudur» deməyin.  
«Səhihi-sittə», xüsusilə də «Səhihi-Müslim» və Buxariyə ğuluv gözüylə baxan 
siz və digər alimlər öncə onlardakı hədisləri araşdırıb, səhihlərlə səhih olmayanları 
bildirən kitablara baxsanız, yaxşı olardı. Bununla da, Buxarinin əzəmətinin, hədis 
nəql etməkdəki diqqətinin nə dərəcədə olduğunu görərdiniz.  
Əgər  Syutinin  «əl-Ləalil-məsnuə  fi  əhadisil-Mövzuə»  əsərinə,  Zəhəbinin 
«Mizanul-Etidal»  və  «Təlxisul-Müstədrək»  adlı  kitablarına,  İbn  Covzinin 
«Təzkirətul-movzuat»ına,  Əbubəkr  Əhməd  ibn  Əli  Xətib  Bağdadinin  yazdığı 


 
122 
«Tarixi-Bağdadi»yə və qısaca «Rical» mövzusunda böyük alimlərinizin yazdıqları 
kitablara baxsanız, məni günahlandırmaz və «Buxarini təhqir etdiniz» deməzsiniz.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin