124
Əgər nəql etsəm, ağıllı insanlar mənə deməzlərmi ki, cahil bir adam bir söz
söylədi. Bəs sizin ağılınız vardısa, niyə nəql etdiniz?
Buxarinin nəql etdiyi hədislər haqqında artıq özünüz hökm verin. Əgər o,
hədis mövzusunda, həqiqətən, dəqiq və diqqətli idisə, fərz edin belə bir hədisin
söyləndiyini eşitmişdi. Lakin bu hədisi nəql etməsi ona yaraşarmı? Sonra da sizlər
durub deyirsiniz ki, Qurandan sonra ən səhih kitab «səhihi-Buxari»dir!
Buxari, Rəsulallahın (s) özündən sonra Qurana və pak Əhli-beytə (ə)
bağlanmağı əmr etdiyi Səqəleyn hədisini, Əhli-beytin (ə) adı o hədisdə deyildiyinə
görə onu nəql etməmişdir. Amma uydurma, yalan hədislər üçün (onların hamısını
vaxtın məhdud olduğuna görə, deyə bilmirəm) kitablarında xüsusi bablar ayıraraq,
nəql etmişdir!
Bəli, bir baxımdan sözünüzü təsdiq edirəm ki, Buxari əhli-sünnət alimlərinin
içində çox ehtiyatlı idi. Bu mənaya ki, o, həzrət Əli (ə) və Əhli-beytin (ə) vilayət
məqamını isbatlayan bir hədis gördükdə, ehtiyat edərək, onu nəql etməmişdir.
Çünki bu hədislər savadlı və alim insanların əlinə keçdikdə, haqq və həqiqətin
ortaya çıxacağını bilirdi. Səhihləri «Səhihi-Buxari» ilə müqayisə etdikdə, bir hədis
mütəvatir belə olsa, Quran ayələriylə təyid belə edilsə, Buxarinin onu nəql
etmədiyini görəcəyik.
Məsələn, «Maidə» surəsinin 67-ci ayəsi – «
Ey Peyğəmbər, Rəbbindən sənə
Dostları ilə paylaş: