Bu qısa müqəddimədə şirkin əsl mənaları və əlamətləri bəyan olub aydınlığa
qovuşduqdan sonra bu sözlərimizdən bir nəticə əldə edək. İndi söyləyə
bilərsinizmi, şiələr bəyan etdiyimiz bu şirk növlərinin (gizli və aşkar) hansı
qrupuna aiddirlər? Görəsən, hansı alim, ya da avam bir şiənin, Allah-Təbarək və
Təalanın zat, sifət və fellərində şərik qəbul etdiyini eşitdiniz, ya da gördünüz?
Görəsən, nəyə əsaslanaraq Allaha ibadət edənlərin başqa bir məbuda tapındığını
söyləyirsiniz?
Görəsən, bu şirk növlərindən birini şiələrin, üsul, füru və əqaid kitablarının
hansında oxudunuz və hansı İmamından (ə) bir rəvayət edildiyini eşitdiniz? Xalqın
diqqətini çəkmək və riya etmək kimi şirkin gizli qismi sadəcə şiələrə məxsus
deyildir.
Şiə və sünnilərin hamısı bu maddi aləmdə dusdaqdır. Elm və mərifətin
olmaması, günahlardan çəkinməmək, bəzən Şeytanın hiyləli vəsvəsələrinə uyaraq
riya etməyin şiəsi, sünnisi yoxdur. Yenə səbəblərdə qərq olub, Allaha itaət
etməmək və Şeytana itaət etmək mövzusu da eyni şəkildədir. Belə bir şirkin
bağışlanmış olduğunu daha öncə söyləmişdik. Çünki bir az özünə gəlməklə, insan
özünü ondan qurtara bilər. Belə isə, nəyə əsaslanaraq şiələrin müşrik olduğunu
söyləyir və bilməyənləri də, bu cür öyrədirsiniz?!».
Hafiz: «Söylədiklərinizin hamısı doğrudur, amma ərz etdiyim kimi, imalara
təvəssül edib, onlardan arzu diləmək şirkdir. Çünki bizim vasitəyə ehtiyacımız
yoxdur. Nə zaman Allaha yönəlsək, nəticə əldə edə bilərik».
Dəvətçi: «Doğrusu, sizin kimi insaflı və düşüncəli bir alimin araşdırmadan,
keçmişdəkilərin təsiri altında qalaraq bunları söyləməsi, təəccüblü bir şeydir.
Bəlkə yuxulu idiniz və ya bir az əvvəl söylədiklərimi diqqətlə dinləmədiniz!
Yuxarıda mövzunu geniş açıqlamağıma baxmayaraq, yenə də «İmamlardan (ə) bir
şey istəmək şirkdir» deyirsiniz.
Deyə bilərsinizmi ki, xalqdan bir şey istəmək şirkdir? Əgər belə olarsa, o
zaman hər kəs müşrikdir. Heç bir zaman bir müvəhhid tapmaq olmaz. İnsanlardan
117
bir şey istəmək, onlardan yardım diləmək şirkdirsə, nəyə görə peyğəmbərlər
insanlardan yardım istəyirdilər? Ağaların həqiqəti görə bilməsi üçün Quranın
ayələri üzərində bir az daha düşünmələri yaxşı olar.