belə buyururdu): «Bizdən biri ölürsə, o həqiqətdə ölü deyildir. Bizdən kim zahirdə çürüyərsə, həqiqətdə o, çürüməmişdir».
Həzrət Rəsulallah (s) həqiqətdə belə demək istəyir: «Biz, nur və ruhlar
aləmində davamlı yaşayır və əbədiyik». İbn Əbil-Hədid, Meysəmi və misirli
məşhur müftü Şeyx Məhəmməd Əbduh «Nəhcül-bəlağə»nin bu cümləsinin
təfsirində belə deyirlər:
«Peyğəmbərin (s) Əhli-beyti (ə) həqiqətdə başqa insanlar kimi ölü deyillər».
Əgər biz zahirdə Rəsulallahın (s) məsum Əhli-beytinin (ə) qəbirlərinin önündə
dururuqsa, bu heç də ölülərin qəbirlərilə danışırıq demək deyildir. Əksinə,
yaşayanların və canlıların önündə durub, onlarla danışırıq. Biz ölüyə tapınmırıq.
Biz Allaha tapınırıq, Allah onların cisim və ruhların yaşadır.
Görəsən, siz Əmirəl-möminin həzrət Əlini (ə) Seyyidüş-şühəda həzrət
Hüseyni (ə) və Bədir, Ühüd və Kərbəlada şəhid olanları din yolunda, haq yolunda
can verənlər bilmirsizmi ki, onlar Qureyş, bəni-Üməyyə Yezid və yezidlərin (dinin
həqiqətlərini inkar edib, dini əsərləri yox etmək istəyirdilər) zülmlərinə qarşı qiyam
edib, canlarını müqəddəs İslam dini və «La ilahə İlləllah» kəlməsi üçün fəda
etdilər?! Necə ki, Rəsulallahın (s) səhabəsinin cihadları, Bədir, Ühüd və Hüneyn
şəhidlərinin fədakarlıqları küfr və şirkin kökünü qazmış və tövhid kəlməsini
ucaltmışlarsa, eyni şəkildə imam Hüseyn (ə) də İslamın güclənməsi üçün qiyam
etmişdir. Əgər imam Hüseynin (ə) qiyamı olmasaydı, Yezid İslamın kökünü qazıb,
fasiq inanc və batini küfrünü İslam cəmiyyətinə yerləşdirmək qərarında idi».