yazıçı olarlarsa, yenə də Əli ibn Əbu Talibin fəzilətlərini saya bilməzlər».
Buna görə də həzrət Əli (ə) xilafət məqamına və Rəsulallahın (s) vəsisi
olmağa hər bir cəhətdən daha əvvəl və daha layiqdir.
ŞEYX YENİDƏN SÖZƏ BAŞLADI
Şeyx Əbdüssalam: (Hafiz Məhəmməd Rəşidə tərəf dönərək) «İcazə verin bir
az da mən danışım, bu aradan nəfəs alıb istirahət edin. (Sonra mənə tərəf baxaraq
dedi:)
Qibləsahib! Biz, əsla, mövlamız Əlinin (k.v) fəzilətlərini inkar etmirik. Amma
fəzilətləri onunla hüdudlandırmaq da ağlasığan deyil. Çünki Xuləfeyi-raşidin (r.z)
Peyğəmbərin xas səhabələrindən olub, hər birisi fəzilət sahibi və bərabərdirlər. Siz
bir tərəfli danışırsınız. Bu da məclisdə olanları və olmayanları çaşdıra bilər,
vəziyyətin sizin buyurduğunuz şəkildə olduğunu zənn edə bilərlər. İzn verirsəniz,
haqqın gizli qalmaması üçün onların fəzilətlərini anladan hədislərdən bəzilərini
bildirərdim».
Dəvətçi: «Bizim insanlara məxsus bir baxışımız yoxdur. Biz sadəcə ağıl,
məntiq və elmə tabeyik. Birtərəfli də danışmırıq! Quranın ayələri və hər iki
məzhəbin (şiə və sünni) qəbul etdiyi səhih hədislər bizlərə məsələni birtərəfli
göstərir. Səhabə mövzusuna gəlincə, Allah şahiddir ki, işin içində nə cahilcəsinə
bir sevgi, nə də nifrət yoxdur. Təəssübə heç bir zaman qapılmadım və
220
qapılmayacam da, Möhtərəm ağalardan rica edirəm: mənim təəssübə qapıldığımı,
ağıl, məntiq və dəlildən başqa bir söz söylədiyimi gördükdə, xatırladın. Bu
səbəbdən çox şad olaram.