234
istədi. Onlar da bu işlə məşğul olmağa başladılar. Əbu Hüreyrə, Əmr ibn As və
Muğeyrə ibn Şöbə həzrət Əlini (ə) pisləyən, hədisləri uyduran kəslərdəndilər».
Bu hadisəni 359-cu səhifəyə qədər geniş şəkildə bəyan etdikdən sonra, eyni
səhifədə Əməşdən belə rəvayət edir: «Əbu Hüreyrə Müaviyə ilə bərabər Kufə
məscidinə gəldi, Camaatın ona böyük bir diqqət göstərdiyini gördükdə ayağa
qalxıb, Cəhənnəm atəşini satın alacağımı güman edirsiniz? Peyğəmbərdən
eşitdiyimi məndən eşidin: «Hər peyğəmbərin bir hərəmi vardır; mənim hərəmim də
Mədinədir. Kim orada bir hadisə törətsə Allahın, mələklərin və bütün insanların
lənəti olsun ona».
Allahı şahid tuturam ki, Əli Mədinədə qanlı hadisə törətdi».
O, bu sözüylə xalqı həzrət Əliyə lənət etməyə dəvət etdi».
Müaviyə bunu (yəni Əbu Hüreyrənin həzrət Əlinin (ə) xilafət mərkəzində
cürət edib, ona belə bir xidmət göstərdiyini) eşitdikdən sonra ona çoxlu hədiyyələr
verdi və Mədinənin valisi etdi. Bunlar, onun mərdud olduğuna dəlil deyilmi?
Müaviyənin xoşuna gəlməsi üçün, Xüləfeyi-Raşidindən, hətta onların ən fəzilətlisi,
ən kamili və ən şərəflisi olan biri haqqında belə danışan adam, bir neçə gün
Rəsulallahın (s) səhabəsi olduğuna görə tərifə layiqdir?»
Dostları ilə paylaş: