Китабын ады


Görəsən, məni gözümdə çör-çöpü tez görürsən



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə95/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   91   92   93   94   95   96   97   98   ...   314
2 5290018709182616340

Görəsən, məni gözümdə çör-çöpü tez görürsən; 
Nə üçün öz gözündəki xurma gövdəsini görmürsən? 
 
Guya,  möhtərəm ağalar öz kitablarındakı cəfəngiyatı, hətta küfriyyəti görüb, 
onlara diqqət etmirlər. O kitablarda elə sözlər vardır ki, oğlu ölən ana belə gülməyə 
məcbur  olar.  Əgər  onları  görsəniz,  utandığınızdan  başınızı  yuxarı  qaldıra 
bilməzsiniz. Hətta etibarlı «Səhih»lərinizdə o qədər gülünc hədislər nəql olunmuş 
ki, insanı heyrətə gətirir». 
Hafiz:  «Gülünc  olan  sizin  sözlərinizdir  ki,  böyüklük  və  ucalıqda  misli 
görülməmiş kitablara, xüsusilə bizim alimlərimizin iftixarlı hədislərini qəbul etdiyi 
«Səhihi-Buxari»  və  «Səhihi-Müslim»ə  xurafat  və  xəta  nisbəti  verərək 
dəyərləndirirsiniz!  Kim  bu  iki  kitabdakı  hədisləri  inkar  edər  və  oradakı  sözlərin 
xəta  olduğunu  söylərsə,  həqiqətdə  əhli-sünnət  vəl-camaət  məzhəbini  inkar 
etmişdir. Çünki bu iki böyük kitab Qurandan sonra camaat içərisində ən mötəbər 
sayılan kitablardır.  
İbn  Həcər  Məkki  «Səvaiqul-muhriqə»  kitabının  əvvəlində  belə  yazmışdır: 
«Bu  bölüm  Əbu  Bəkrin  xilafətinin  xüsusiyyətinin  bəyanı  haqqındadır.  Buxari  və 
Müslim bunu «Səhih»ində rəvayət etmişlər. Bu iki kitab Qurandan sonra ümmətin 
icmasıyla ən səhih kitablardır». 
Aydındır  ki,  bu  iki  kitabda  nəql  olunan  hədislərin  Rəsulallahdan  (s)  nəql 
olunduğu  qətidir.  Çünki  ümmət  bunları  qəbul  etməkdə  icma  etmiş  və  ümmətin 
qəbul  etdiyi  hər  şeyə  qətidir.  Çünki  səhih  kitablarda  nəql  olunan  hədislərin  də 
doğruluğu  qətidir.  Belə  isə,  bir  kəs  nə  cür  cürət  edib,  «bu  iki  kitabda  küfriyyət, 
cəfəngiyat və xurafat vardır» deyə bilər?!». 
 


 
96 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin