Китабын ады


məsəli kimidir. Kim ona minmişsə qurtulmuşdur, kim ondan uzaqlaşarsa, həlak



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə129/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   125   126   127   128   129   130   131   132   ...   314
2 5290018709182616340

məsəli kimidir. Kim ona minmişsə qurtulmuşdur, kim ondan uzaqlaşarsa, həlak 
olar». 
İmam  Məhəmməd  ibn  İdris  Şafei  də  yazdığı  bir  şerində  bu  hədisin  səhih 
olduğunu  bəyan  etmişdir.  Əllamə  Fazil  Əcili  də  bu  şeri  «Zəxirətul-məal»da  nəql 
etmişdir: 
«İnsanların  azğınlıq  dəryasında  qərq  olduqlarını  gördükdə,  «Bismillah» 
deyərək,  qurtuluş  gəmiləri  olan  Əhli-beytə  sarıldım.  Allahın  ipi  olan  Əhli-beytin 
dostluğuna,  əmr  olunduğumuz  üçün  yapışdıq.  Hədislər  bəyan  etdiyi  kimi,  din 
yetmiş üç firqəyə bölündüyündə, onlardan sadəcə biri haqq idi. Söylə mənə ey ağıl 
və  elm  sahibi!  Görəsən,  Ali-Məhəmməd  batil  firqələrin  içindədirmi?  Yoxsa 
qurtuluşa  yetişən  firqənin  içindədir?  Əgər  «qurtuluşa  yetişən  firqənin  içindədir» 
deyirsənsə,  sözümüz  birdir.  Yox,  əgər  «batil  firqənin  içindədir»  deyirsənsə,  düz 
yoldan münhərifsən. Bil ki, o cəlalətli ailə qətən haqda, haqq ilə və düz yol olan 
yoldadırlar.  Mən  də  onlara  razı  oldum  və  öz  razılığım  ilə  onların  yolunu  qəbul 
etdim. Allah onların kölgəsini üzərimdən əksik etməsin və həmişəlik qərar versin. 
Mən Əli və övladlarının imamətinə razı oldum. Sən də həqiqətin ortaya çıxacağı 
günə qədər batil firqələrdə baqi qalanlarla ol!». 


 
128 
Əgər əhli-sünnət camaatının rəhbərlərindən biri olan imam Şafeinin bu aydın 
şerinə  diqqət  etsəniz  görəcəksiniz  ki,  Əhli-beyt  (ə)  gəmisinə  minmək  və  onlara 
bağlanmaq  qurtuluşun  səbəblərindən olduğunu  aşkar iqrar  edir.  Çünki 73  firqəyə 
bölünən ümmətdən yalnız Ali-Məhəmmədə (ə) bağlananların firqəsi nicat tapacaq. 
Demək  ki,  şiələr  Rəsulallahın  (s)  əmrinə  təslim  olaraq,  Əhli-beytə  (ə)  təvəssül 
edib, Allaha yönəlirlər.  
Ağlıma  daha  bir  şey  gəldi.  Deyirsiniz  ki,  insanın  vasitə  və  vəsiləyə  ehtiyacı 
yoxdur. Vəsiləylə Allaha yalvarıb yardım istəmək, yanlış bir iş hesab olunur, sizə 
görə  bu  cür  insanlar  müşrik  olur.  Əgər  dediyiniz  kimidirsə,  nə  üçün  Ömər  ibn 
Xəttab  ehtiyac  duyduğu  vaxtlarda  və  zəruri  hallarda  vasitəylə  Allaha  yönəlib 
yardım istəyirdi?». 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin