(o insanın həqiqətidir). Əgər bu nəfs elm və əməllə paklanırsa, xilqətinin əsl başlanğıcı olan bir qrup ülvi cövhərlərə bənzəyəcəkdir. İnsan əgər ədalət məqamına yetişib və cismaniyyət maddələrindən uzaqlaşırsa, uca varlıqların bənzəri olar. O zaman insan heyvaniyyət aləmindən çıxıb, həqiqi məqamı olan insaniyyət məqamına nail olar».
İnsan cismani vücudun xaricində natiq bir nəfsə sahibdir; insanı digər
varlıqlardan üstün edən də bu nəfsdir. Bir şərtlə ki, insanın özünü təzkiyə etsin və
o, natiq olan nəfsini elm və əməllə qüvvətləndirsin.
İnsandakı elm və əməl quşlardakı iki qanad kimidir. Quşlar qanadlarını nə
qədər gücləndirsə, o qədər yüksəyə uçma şansına sahib olurlar. İnsan da eyni
şəkildə; hər nə qədər elm və əməlini gücləndirsə, nəfsi kamallara da eyni dərəcədə
yetişmiş olur. Şirin kəlamı ilə bizim Şirazın söz ustadı farsın fəxri sayılan Sədi bir
şerində necə də gözəl söyləmişdir: