Dəvətçi: «Bu sözü başqası söyləsəydi, təəccüb etməzdim. Amma sizin kimi
bir alimin belə danışması, həqiqətən, çox təəccüblüdür. Çünki ərəb ədəbiyyatını və
onun qanunlarını bilirsiniz. Nə üçün belə danışırsınız, anlamıram. Ərəb dilinin
qanunlarına görə istisna və özündən istisna olunmuş kəlmə (müstəsna minhunun)
hər yerdə ümumiliyi ifadə etdiyini çox yaxşı bilirsiniz. Bu hədisi-şərifdə
«mənzilət» kəlməsinin xüsusilə ələmə (məxsus ada) izafə olması qətiyyətlə
ümumiyyəti əlamətləndirir.
Ayrıca, üsul elminin alimləri ismi-cinsi-izafini, xüsusilə də əlif və lam ilə
olarsa, ümumiyyəti ifadə etdiyini söyləyirlər. Hədisdə də «mənzilət» kəlməsinin
ismi-cinsi-izafi olması ümumiyyəti bildirir.
Hər nə qədər bəzi alimləri bizim qəbul etdiyimiz nəzəri, yəni «bir kəlmə
mərifəyə (tanınmış, bəlli, bilinənə) izafə olduğu zaman ümumi ifadə edər» nəzərini
mənimsəmişlər. Burada mərifənin ələmə (məxsus ada) və ya zəmirə (əvəzliyə)
izafə olması arasında hər hansı bir fərq yoxdur. İstisnanın varlığı, ümumə dəlalət
etməyin şərti deyildir. Əksinə, istisnanın səhih olması ümum üçün yetərlidir.
206
Buna görə «Sənin mənə olan mənzilətin, Harunun Musaya olan mənziləti