Китабын ады


ƏMİRƏL-MÖMİNİN (Ə) VƏZİYYƏTİNİN HARUNUN (Ə)



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə231/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   227   228   229   230   231   232   233   234   ...   314
2 5290018709182616340

ƏMİRƏL-MÖMİNİN (Ə) VƏZİYYƏTİNİN HARUNUN (Ə) 
VƏZİYYƏTİNƏ BƏNZƏMƏSİ 
 
Rəsulallahın (s) vəfatından sonra əshab Peyğəmbərin ağzından dəfələrlə açıq-
aydın  özündən  sonra  həzrət  Əlinin  (ə)  xəlifə  olduğunu  eşitdiklərinə  baxmayaraq, 
Onu  yalqız  qoydular.  Kimi  həva-həvəslərinə  uyaraq,  kimi  məqam  sevgisi,  kimisi 
də  bəni-Haşimə  olan  düşmənçiliyinə  görə  həzrət  Əlidən  üz  çevirdilər.  Ayrıca 
həzrət  Əliyə  (ə)  qarşı  şəxsi  həsəd,  kin  və  nifrət  edən  bir  qrup  da  onun  əleyhinə 


 
211 
xüsusi bir təşkilat qurmuşdu. Ğəzzali «Sirrul-aləmin» kitabının 4-cü məqaləsində 
bu mövzuya toxunur: «Haqqa arxa çevirib, cahiliyyət dövrünə döndülər»
1

Bu tərəfdən həzrət Harun (ə) ilə həzrət Əlinin (ə) vəziyyətləri arasında tam bir 
oxşarlıq  vardır.  Tədqiqatçı  alim  və  tarixçilərinizdən  Diynəvəri  ləqəbiylə  tanınan 
qazı  Əbu  Məhəmməd  Əbdullah  ibn  Müslim  ibn  Qutəybə  Bahili  Diynəvəri  «Əl-
İmamət  vəs-siyasət»  adlı  əsərinin  I  cildinin  14cü  səhifəsində  Səqifə  hadisəsini 
geniş  şəkildə  yazdıqdan  sonra  belə  deyir:  «Əlinin  evinə  od  vurub,  onu  təzyiq  və 
təkidlə məscidə gətirərək «Beyət et, yoxsa boynunu vurarıq» dedilər. Həzrət Əli də 
bu  hadisədən  sonra  Rəsulallahın  qəbrinin  üstünə  gedib  orada  həzrət  Harunun 
Musaya (ə) dediyi sözləri söylədi. Allah-təala bu sözləri Quranda zikr etmişdir:  
«Bu  cəmiyyət  məni  zəiflətdi(aciz  qoydu)  və  haradasa,  məni  öldürməkdə 
istəyirdilər». 
Rəsulallah  (s)  Əlini  (ə)  həzrət  Haruna  bənzətməklə,  sanki  ümmətinə  bunu 
anlatmaq  istəyirdi:  həzrət  Musanın  bəni-İsrailin  arasında  olmadığı  müddətdə 
Haruna etdiyini mənim vəfatımdan sonra siz Əliyə (ə) edəcəksiniz.  
Bu baxımdan, həzrət Əli (ə) bu mənanı isbatlamaq üçün ümmətin təzyiqini və 
oyunbazların  siyasətlərini  görüncə,  (artıq  onu  öldürməyə  qədər  irəli  gəlmişdilər) 
həzrət  Peyğəmbərin  (s)  mübarək  qəbrinin  yanına  getdi.  Orada  Harunun  həzrət 
Musaya söylədiyi, Allah-təalanın da Quranda nazil etdiyi sözləri söylədi». 
(Məclisdə olanlar başlarını aşağı salmaqla bir müddət səssiz qaldılar.) 
Nəvvab:  «Qibləsahib!  Əgər  Əli  ibn  Əbu  Talib  xəlifə  idisə,  nə  üçün  həzrət 
Peyğəmbər  (c)  onu  aşkar  şəkildə  xəlifə  olaraq  tanıtmamışdı,  məqsədini  işarə  və 
mətnaltı  mənada  demişdi.  Əgər  aşkar  şəkildə  «Əli  mənim  xəlifəmdir»  deyə 
buyursaydı, kimsənin şübhəsi qalmazdı». 
Dəvətçi:  «Daha  öncə  ərz  etmişdim:  Rəsuli-əkrəm  (s)  həqiqəti  iki  şəkildə 
bəyan etmişdi. Xəlifəliyi aşkar bəyan edən hədislər bir çox mötəbər kitablarınızda 
nəql edilmişdir. Amma üstörtülü deməyin lətafətliyi aşkar deməkdən daha çoxdur. 
                                                 
1
 Kitabın 9-cu gecəsində Ğazzalinin bu cümləsini Qədiri-Xum hədisinin əsnasında nəql etmişik. Həmin yerə 
müraciət edin.  


 
212 
Ədəbiyyatçılar  deyirlər:  «Mətinaltı  məna,  insanı  məqsədə  aşkardan  daha  yaxşı 
yetişdirir. Bu cür deyilən sözlərdə bir aləm məna yatır». 
Nəvvab:  «həqiqətin  ortaya  çıxması  üçün  bizim  alimlərin  kitablarında 
xəlifəliyi aşkar isbat edən hədislərin bu anda yadınızda olanı söyləyə bilərsinizmi? 
Çünki  bizə  xəlifəliyi  aşkar  bildirən  heç  bir  hədisin  olmadığını  dəfələrlə 
söyləyiblər». 
Dəvətçi:  «Mötəbər  kitablarınızda  ağamız  Əmirəl-mömininin  (ə)  xilafətini 
aşkar  söyləyən  bir  çox  hədislər  vardır.  Məclisin  vaxtını  nəzərə  alaraq,  zehnimdə 
həkk olanlara işarə edəcəyəm». 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin