Китабын ады


HƏZRƏT ƏLİNİN (Ə) QƏBRİNİN AŞKAR EDİLMƏSİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə39/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   35   36   37   38   39   40   41   42   ...   314
2 5290018709182616340

HƏZRƏT ƏLİNİN (Ə) QƏBRİNİN AŞKAR EDİLMƏSİ 
 
Qoca  cavabında  «Mən  sirrini  bilirəm,  lakin  söyləsəm,  həyatım  əldən  gedər» 
dedi.  Xəlifə  təminat  verdikdən  sonra  ağsaqqal  sözə  başladı:  «Atamla  birlikdə 
buraya  gəldik.  Atam  bu  təpənin  üzərini ziyarət  edib,  orada namaz  qıldı. Atamdan 
«Burada nə var?» - deyə soruşdum. Atam cavabında belə dedi: «Biz, imam Cəfər 
Sadiqlə  (ə)  birlikdə  buranı  ziyarətə  gəldik.  İmam    (ə)  «Bura  cəddimiz  Əli  ibn 
Əbu Talibin (ə) məzarıdır, bu yaxında aşkar olacaqdır» buyurdu.  
Xəlifə  o  yerin  qazılmasını  əmr  etdi.  Oranı  qazanda,  qəbir  əlamətinə  oxşar 
lövhə çıxdı. Orada iki sətir səryani yazısıyla yazılan bir lövhə gördülər. Lövhədəki 
yazını  tərcümə  etdikdə,  bu  sözlərin  yazıldığı  məlum  oldu:  «Bu  Nuh  Peyğəmbər 
tərəfindən tufandan 700 il əvvəl Məhəmmədin (s) vəsisi olan Əli üçün qazdığı 
qəbirdir». 
Harun  bunu  gördükdə,  o  qəbrə  çox  ehtiram  göstərdi;  torpaqları  təkrar  öz 
yerinə tökmələrini əmr edib, özü də dəstəmaz alandan sonra aşağı endi. İki rükət 
namaz  qıldı,  çox  ağladı  və  özünü  o  mütəhhər  qəbrin  üzərinə  atdı.  Daha  sonra 
Həzrət  Musa  (ə)  ibn  Cəfərin  (ə)  hüzuruna  bir  məktub  yazaraq,  bu  hadisənin  o 
Həzrətdən öyrənilməsini əmr etdi. Həzrət onların suallarının cavabında belə yazdı: 
«Bəli, ora cəddim Əmirəl-möminin həzrət Əlinin (ə) qəbridir». 
Harun qəbrin üzərində daşla bir bina tikilməsini əmr etdi. Bu bina «Təhciri-
Harun» adı ilə məşhur oldu. Daha sonra bu xəbər digər şəhərlərə yayıldı. Möminlər 
dörd bir tərəfdən səfər edib, o həzrətin (ə) ziyarətinə axışdılar. Bu səbəbdən seyid 
İbrahim  Mücab  da  fürsət  tapıb,  Şiraz  şəhərindən  həzrətin  (ə)  ziyarəti  üçün  yola 
çıxdı.  Kərbəlayi-Müəllanı  ziyarət  edib  ondan  ayrıldıqdan  sonra  haqqın  nidasına 


 
44 
«ləbbeyk» deyib, dünyadan köçdü və cəddi ima Hüseynin (ə) məzarı yaxınlığında 
dəfn  edildi.  İndiyə  qədər  mübarək  qəbri  həzrət  Hüseynin  (ə)  məqbərəsinin  şimal 
qərbində dostlarının ziyarətgahıdır.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin