17
BİRİNCİ GECƏ
23 rəcəb, cümə gecəsi, 1345-ci il (1924)
Hafiz
1
Məhəmməd Rəşid, Şeyx Əbdüssalam, Seyid Əbdülhəy və onların alim
və böyüklərindən olan bir qrup insan gecənin ilk saatlarında gəlib, məclisdə hazır
oldular. Onlara qarşı həddindən çox isti davrandıq və səmimi olan bu qardaşlara
ziyafət verdik. Buna baxmayaraq, onlar əsəbi və narahat idilər. Amma mənim
cahillərə məxsus bir təəssüb və xüsusi bir nəzərim olmadığına görə, öz əxlaqi
vəzifəmə riayət edirdim.
Hər iki məzhəbdən (şiə və sünni) ibarət böyük bir camaatın hüzurunda məclis
başladı. Qarşı tərəfdən rəsmi olaraq söhbət edən Hafiz Məhəmməd Rəşid idi.
Bəzən digərləri də icazə istəyərək, söhbətə qatılırdı. Qəzetlərdə mənim üçün
Hindistanda ruhanilərin önəmli ləqəblərindən olan «Qibleyi-Kəbə» təbiri istifadə
olunurdu. Amma mən bu kəlmənin adıma hallandırılmasının qarşısını alaraq,
özümə «Dəvətçi», Məhəmməd Rəşidə isə «Hafiz» adı ilə müraciət edilməsi
təklifini irəli sürdüm.
Hafiz: «Qibləsahib, sizin Pişavərə gəlişinizdən, xüsusilə də minbərdə
dediyiniz sözlərinizdən sonra bəhs məclisləri artmış və ixtilaflar olduqca
çoxalmışdır. İxtilafları aradan aparmaq üzərimizə düşən vəzifə olduğu üçün
şübhələri yox etmək məqsədilə Pişavərə gəldik. Bu gün də İmambarə
Hüseyniyyəsində diqqətlə sözlərinizi dinləyirdik; sizin sehrli bəyanınızı
eşitdiyimizdən daha gözəl gördük. Bu gedə də, sizinlə görüşmək səadətinə nail
olduq. Əgər
qəbul etsəniz, sizinlə bir az daha geniş və əsaslı söhbət edərdik».
Dəvətçi: «Məmnuniyyətlə sözlərinizi, təkliflərinizi dinləməyə hazıram.
Amma bir şərtlə; o da budur ki, lütfən, təəssüb və ədavəti bir kənara qoyub, insaf,
elm və məntiqlə iki qardaş kimi şübhələri aradan aparmaq üçün söhbət edək, inad
və qövmü təəssüblərdən uzaq olaq».
1
Əhli-hədis istilahında «Hafiz» kəlməsi üçün müxtəlif mənalar söylənilmişdir. Məsələn hafiz, mətin və sənət
baxımından yük min hədis barəsində yaxşı
elmi olan, eləcə də, Allahın kitabı və Peyğəmbərin (s) sünnətini qoruyana
deyilir. Məhz bu səbəbdən də, şiə və sünni alimlərinin çoxuna hafiz deyilir.
18
Hafiz: «Təklifiniz olduqca yerində deyilən bir təklifdir. Mənim də bir şərtim
vardır, çox güman ki, qəbul edərsiniz. O da budur ki, aramızda bəhs etdiyimiz
zaman Qurana əsaslanmalı, Quranın dəlillərindən kənara çıxmamalıyıq».
Dəvətçi: «Sizin bu ricanız, ağıl sahibləri və üləmanın yanında elmən və əqlan
doğru deyildir. Çünki Qurani-məcid mücəz
1
, mücməl
2
və müxtəsər olan müqəddəs
bir kitabdır. Onun uca mənalarını açıqlamaq üçün bəyana ehtiyac vardır, biz
Quranı-məcidin külliyyatı əhatəsində, etibar edilən Hədis və rəvayətləri dəlil
gətirmək məcburiyyətindəyik».
Hafiz: «Doğrudur, sağlam bir fikirdir. Lakin icmaya lazım olan yerdə
«mücməun-əleyh»
3
rəvayət və hədislərdən şahid gətirək; xalqın arasında
söylənilən
rəvayətlərdən çəkinək. Başqalarına oyuncaq olmamaq üçün sərtlik və qəzəbdən
uzaq olaq».
Dəvətçi: «İtaət edilməsi lazım olan, çox yerində bir söz buyurdunuz. Alim və
ziyalı, xüsusi ilə seyidlik
4
iftixarına sahib olan mənim kimi bir şəxsin bütün gözəl
əxlaqlara sahib olan uca cəddimiz Rəsulallahın
5
yol və sünnətinə zidd və Qurani-
kərimin əmri
6
xilafına
hərəkət etməsi, əlbəttə ki, doğru deyildir».
Hafiz: «Bu sözümə nöqsan tutmayın, söhbətinizin əsnasında özünüzü
Rəsulallahın (s) soyuna istinad etdiyinizə görə soruşuram; bu onsuz da məlum və
məşhurdur.
Mümkünsə, ricamızı qəbul edib, bəsirətimizin artması üçün nəsil şəhərinizin
Peyğəmbərə (s) kimlərin yolu ilə yetişdiyini açıqlayardınız».
Dostları ilə paylaş: