TöVBə HAQQINDA HəDİSLəR
Tövbə haqqında olan hədisləri araşdırdıqda bu mövzuda çoxlu maraqlı mətləblər görürük. İndi isə onlardan bə’zilərini qısa şəkildə nəzərinizə çatdırırıq.
1. TöVBəNİN MAHİYYəTİ Və XALİS TöVBə
Xalis tövbənin beş şərti var:
1. Günahı tərk etmək;
2. Keçmiş günahlardan peşman olmaq;
3. Günah etməyəcəyini qərara almaq;
4. Etdiyi günahları ibadətlə əvəz etmək;
5. Dillə tövbə etmək;
Xalis tövbə nədir?
Qabaqda dediyimiz kimi «Təhrim» surəsinin səkkizinci ayəsində buyurulur:
تُوبُوا اِلَى الله تَوْبَةً نَصُوحاً
«Allah dərgahına qayıdıb xalis tövbə edin».
İmam Sadiq (ə) xalis tövbənin təfsirində buyurur:
هُوَ الذَّنْبُ الَّذِي لا يَعُودُ فِيهِ اَبَداً
«Xalis tövbə budur ki, insan günahı tərk etdikdən sonra bir daha günaha qayıtmasın».
İmam Hadi (ə) xalis tövbəni belə şərh edir:
اَنْ يَكُونَ الْباطِنَ كالظّاهِرِ وَاَفْضَلُ مِنْ ذلِكَ
«Xalis tövbə odur ki, insan tövbə etdikdən sonra onun daxili, zahiri kimi hətta zahirindən də yaxşı olsun».
İslam Peyğəmbəri (s) xalis tövbə haqqında buyurur:
اَنْ يَتُوبَ التّائِبُ ثُمَّ لا يَرْجِعُ فِي ذَنْب كَما لا يَعُودُ اللَّبَنَ اِلَى الضَّرْعِ
«Xalis tövbə odur ki, südün ana döşünə qayıtmadığı kimi, tövbə edən şəxs də günaha qayıtmasın».
İmam Əli (ə) xalis tövbənin mə’nasında buyurur:
نَدَمٌ بِالْقَلْبِ وَاِسْتِغْفارٌ بِاللِّسانِ وَالْقَصْدُ عَلى اَنْ لا يَعُودَ
«Ürəkdən peşman olmaq, dillə üzr istəmək və günahı tərk etməyi qərara almaq».
2. TöVBəNİN MəRTəBəLəRİ
Bir şəxs İmam Əlinin (ə) hüzurunda özünü göstərmək üçün dedi:
اَسْتَغْفِرُ الله
(Allahdan bağışlanmaq istəyirəm.) Əli (ə) dedi: Anan matəminə otursun! Bilirsənmi, istiğfar təkcə dildə deməklə deyil. Onun yüksək mərhələsi var. (Sonra buyurdu:) Tövbə və istiğfarın altı şərti var:
1. «Keçmiş günahlardan peşman olmaq».
2. «Günahları tərk etməyi qərara almaq».
3. «Camaatın haqqını yeyibsə onları qaytarmaq».
4. «Allahın onun boynuna qoyduğu vəzifələri yerinə yetirmək». (Namaz qılmaq, oruc tutmaq kimi).
5 «Bədəninin haram maldan əmələ gələn ətlərini ibadətlə əritmək».
6. «İnsanın bədəni günahın ləzzətini çəkdiyi kimi ibadətin çətinliyini də dadsın». Bu mərhələlərdən sonra “اَسْتَغْفِرُ الله” Allahdan bağışlanmaq istəyirəm deyə bilərsən».
İmam Səccad (ə) buyurur:
اِنَّمَا التَّوْبَةُ اَلْعَمَلُ وَالرُّجُوعُ عَنِ الاَْمْرِ وَلَيْسَتِ التَّوْبَةُ بِالْكَلامِ
«Tövbə etmək təkcə dildə deyil; tövbə pis yollardan çəkilib yaxşı işlər görməkdən ibarətdir».
Bununla da tövbənin qəbul olunmasının şərtlərini öyrəndik ki, günahı tərk etməkdən və günahlardan peşman olmaqdan əlavə, günahkar şəxs etdiyi günahların əvəzini də çıxmalıdır. Misal üçün: Qur’anda oxuyuruq: «İffətli qadına böhtan atan şəxsə 80 zərbə şallaq vurulmalıdır.» Sonra Qur’an buyurur:
اِلاَّ الَّذِينَ تابُوا مِنْ بَعْدِ ذلِكَ وَاَصْلَحُوا
«(Bu qanundan) o kəslər istisna olunurlar ki, bundan (böhtan atdıqdan) sonra tövbə edib işlərini düzəltsinlər».107
Bu ayədə «وَاَصْلَحُوا» (işlərini düzəltsinlər) cümləsi onu bildirir ki, tövbənin qəbul olunmasının mühüm şərtlərindən biri də budur ki, insan tövbə etdikdən sonra keçmiş səhvlərini düzəltsin və yaxşı işlərlə məşğul olsun. Xalis tövbənin şərtlərindən biri də günahkar şəxsin etdiyi günahları e’tiraf etməsidir.
İmam Baqir (ə) buyurur:
وَاللهِ ما يَنْجُو مِنَ الذَّنْبِ اِلاّ مَنْ اَقَرَّ بِهِ
«Allaha and olsun, günahı e’tiraf etmədən günahdan qurtuluş yoxdur».
İmam Əli (ə) buyurur:
اَلْمُقِرُّ بِالذَّنْبِ تائِبٌ
«Günahını e’tiraf edən şəxs tövbə etmiş kimidir».
3. TöVBəNİN NöVLəRİ
İmam Sadiq (ə) buyurur:
وَكُلُّ فِرْقَة مِنَ الْعِبادِ لَهُمْ تَوْبَةٌ... وَتَوْبَةُ الْخاصّ، مِنَ الاِْشْتِغالِ بِغَيْرِ اللهِ تَعالَى، وَتَوْبَة الْعامِّ مِنَ الذُّنُوبِ
«Hər dəstənin özünə məxsus tövbəsi var. Allahın məxsus bəndələrinin tövbəsi Allahdan bir an da olsa, qafil olmaları üçün etdikləri tövbədir. Ümumi camaatın tövbəsi isə günahlardan tövbə etməkdir». Belə qənaətə gəlirik ki, keçmiş əməllərdən peşman olmaq və günahları tərk etmək tövbənin birinci mərhələsidir.
Sonrakı mərhələlər isə tövbə edən şəxsin hər cəhətdən günahdan qabaqkı mə’nəvi halətinə qayıtmasıdır. Qızdırması olan xəstə dərman qəbul etdikdən sonra hərarəti kəsilir, lakin bundan sonra onun bədənini möhkəmlətmək üçün başqa bir dərmana ehtiyac var. Günahkar da belədir: Günahdan tövbə etdikdən sonra yaxşı işlər görməlidir ki, ruhu saflaşsın.
İmam Baqir (ə) buyurur:
التّائِبُ مِنَ الذَّنْبِ كَمَنْ لا ذَنْبَ لَهُ، وَالْمُقِيمُ عَلَى الذَّنْبِ وَهُوَ مُسْتَغْفِرٌ مِنْهُ كَالْمُسْتَهْزِءُ
«Günahdan tövbə edən şəxs günahı olmayan şəxs kimidir. Günah etməkdə davam edən şəxsin tövbə etməsi isə istehza etməkdir.»
4. TöVBəNİN QəBUL OLUNMA ÇəRÇİVəSİNİN GENİŞLİYİ
Yuxarıda qeyd etdiyimiz kimi «Zümər» surəsinin 53-cü ayəsində oxuyuruq:
... لا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللهِ اِنَّ اللهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعاً
«Allahın rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayır». Bu ayədən mə’lum olur ki, tövbə qapısı hamının üzünə açıqdır. Belə nəql edirlər ki, Peyğəmbərin (s) sevimli əmisi Həmzənin qatili qara qul bu ayəni eşitdikdən sonra Peyğəmbərin (s) hüzuruna gəlib tövbə etdi. Peyğəmbər (s) onun tövbəsini qəbul etdi. Lakin ona buyurdu:
«Mənim gözümə görünmə, çünki sənə baxa bilmirəm».
Peyğəmbərdən (s) bu ayə haqqında soruşdular ki, təkcə Həmzənin qatilinə aiddir, ya hamı üçündür. Həzrət buyurdu: “Hamı üçündür”.
Tövbənin qəbul dairəsi o qədər genişdir ki, bunu indi qeyd edəcəyimiz əhvalatdan da anlamaq olar. Nəql olunub ki, bir nəfər İmam Rizanın (ə) hüzurunda dedi: «Allah lə’nət etsin İmam Əliylə (ə) müharibə edənlərə!»
İmam (ə) ona buyurdu:
قُلْ اِلاّ مَنْ تابَ وَاَصْلَحَ
«Tövbə edib yaxşı işlər görənlərdən başqa».
Bu hədisdən Allahın günahkar bəndələrinə nə dərəcədə mehriban olmasını başa düşürük. Ümumiyyətlə, islam dini tövbə və Allaha tərəf dönüş qapısını heç kimin üzünə bağlamır.
«Büruc» surəsinin 10-cu ayəsində buyurulur:
اِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِناتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذابُ جَهَنَّم
«O kəslər ki, iman gətirən kişi və qadınlara işgəncə verdilər və sonra tövbə etmədilər, onlar üçün cəhənnəm əzabı olacaqdır».
Bu ayədə «sonra tövbə etmədilər» cümləsi bildirir ki, hətta işgəncə verənlər də tövbə etsələr, onların tövbəsi qəbuldur.
Dostları ilə paylaş: |