ҜҮНАҺШҮнаслыг


 ALLAH-TƏALANIN GÜNAHDAN TöVBə EDəNLəRə QARŞI XÜSUSİ İSTəYİ



Yüklə 4,52 Mb.
səhifə20/24
tarix21.10.2017
ölçüsü4,52 Mb.
#8538
1   ...   16   17   18   19   20   21   22   23   24

5. ALLAH-TƏALANIN GÜNAHDAN TöVBə EDəNLəRə QARŞI XÜSUSİ İSTəYİ


«Bəqərə» surəsinin 222-ci ayəsində oxuyuruq:
اِنَّ الله يُحِبُّ التَّوابِينَ
«Allah tövbə edənləri sevir».

İmam Baqir (ə) buyurur: «Allah-təalanın tövbəkar şəxslərə qarşı sevinci gecə yarısı səhrada dəvəsini itirib sonradan tapan şəxsin sevincindən çoxdur».

İmam Baqir (ə) başqa bir hədisdə buyurur:

اللهُ اَفْرَحُ بتَوْبَةِ عَبْدِهِ مِنَ الْعَقِيمِ الْوالِ، وَمِنَ الضّالِ الْواجِدِ، وَمِنَ الظَّمْآنِ الْوارِدِ

«Allah-təalanın bəndəsinin tövbəsinə sevinməsi, övladı olmayan adamın uşağı olandan sonrakı sevincindən, itirdiyi şeyi tapan şəxsin və həmçinin, susuz adamın su tapdıqdan sonrakı sevincindən çoxdur».

İslam Peyğəmbəri (s) buyurur:

«Heç bir məxluq Allah dərgahında tövbəkar qadından və ya kişidən sevimli deyil.»

O Həzrət başqa bir kəlamında buyurmuşdur:


التّائِبُ حَبِيبُ اللهُ

«Tövbə edən şəxs Allahın sevimli bəndəsidir».



6. TöVBəNİ Tə’XİRə SALMAQ


İnsana hər an Allah tərəfindən tövbə etmək əmr olunur. Allahın «Tövbə edin» fərmanı bu mühüm işə tələsməyə çağırır. Deməli, tövbəni tə’xirə salmaq Allahın fərmanının icrasını tə’xirə salmaq deməkdir. Belə bir şəxs Allahın əmrini tərk etmiş hesab olunur. İmam Cavad (ə) buyurur:

تَأْخِيرُ التَّوْبَةِ اِغْتِرارٌ، وَطُولُ التَّسْوِيف حَيْرَةٌ

«Tövbəni tə’xirə salmaq bir növ lovğalıqdır. Tövbənin tə’xir müddətini uzatmaq isə bir növ avaraçılıqdır».

Bir şəxs İmam Əlidən (ə) ona nəsihət verməsini xahiş etdi. O Həzrət buyurdu:


لا تَكُنْ مِمَّنْ يَرْجُوا الاْخِرَةِ بِغَيْرِ الْعَمَلِ وَيُرَجِّي التَّوْبَةَ بِطُولِ الاَْمَلِ

«Yaxşı işlər görməmiş və ibadət etməmiş axirət və behişt ümidində olanlardan olma. Həmçinin uzun-uzadı arzularla tövbəni tə’xirə salan şəxslərdən olma».

İmam Əli (ə) başqa hədisdə buyurur:

لا دِينَ لِمُسَوِّف بِتَوْبَتِهِ

«Tövbə etməyi bu gün-sabaha saxlayan şəxsin dini yoxdur».

İmam Baqir (ə) buyurur:


اِيّاكَ وَالتَّسْوِيفَ فَاِنَّهُ بَحْرٌ يُغْرَقُ فِيهِ الْهَلْكى

«Tövbəni tə’xirə salmaqdan çəkin. Çünki tövbəni tə’xirə salmaq bir dənizə bənzər ki, tövbə etməyi tə’xirə salan şəxs onda boğulacaqdır».

Diqqətli olmalıyıq ki, insanda ölüm əlamətləri görünəndən sonra daha onun tövbəsi qəbul olunmur.

Fir’on suda boğulan zaman tövbə edib iman gətirdi. Lakin onun tövbəsi Allah dərgahında qəbul olunmadı. Bu mətləbi açmaq üçün «Nisa» surəsinin 18-ci ayəsindən istifadə edirik.

Məhəmməd Həmdani deyir: İmam Rizadan (ə) soruşdum: Nə üçün Allah-təala Fir’onu suda batırdı? Halbuki, o iman gətirdi və Allahın birliyini e’tiraf etdi.

İmam (ə) cavabında buyurdu:



لاَِنَّهُ آمَنَ عِنْدَ رُؤْيَةِ الْبَأْسِ، وَالاِْيمانُ عِنْدَ رُؤْيَةِ الْبَأْسِ غَيْر مَقْبُول

«Çünki o, Allahın əzabını gördükdən sonra iman gətirdi və Allahın əzabını gördükdən sonra iman gətirmək qəbul deyil».

Hədislərin bə’zisində belə oxuyuruq: Mö’min şəxs günah edərsə, yeddi saata kimi ona möhlət verilir. Bu müddət ərzində etdiyi günahdan tövbə etsə, onun günahı yazılmır. Bə’zi hədislərdə isə bu müddət səhərdən axşama kimi qeyd olunmuşdur.

İmam Sadiq (ə) buyurur:
اِنَّ الْعَبْدَ اِذا اَذْنَبَ ذَنْباً اُجِّلَ مِنْ غَدْوَة اِلَى اللَّيْلِ فَاِنْ اسْتَغْفَرَ اللهَ لَمْ يُكْتَبْ عَلَيْهِ

«Bəndə günah edərsə ona səhərdən axşama kimi möhlət verilir. Bu müddətdə Allahdan bağışlanmaq istəsə onun günahı yazılmır».


7. TöVBəNİN PARLAQ NəTİCəLəRİ


Tövbə və onun Allah tərəfindən qəbul olunması Allahın böyük ne’mətlərindəndir. Tövbənin bir çox gözəl nəticələri var. O cümlədən: 1. Xalis tövbə günahkar insanı daxilən elə saflaşdırır ki, elə bil ki, günah etməyib.

İmam Baqir (ə) buyurur:


التّائبُ مِنَ الذَّنْبِ كَمَنْ لا ذَنْبَ لَهُ

«Günahdan tövbə edən şəxs günah etməyən şəxs kimidir».

Həqiqi tövbə günahların insanın ruhunda qoyduğu tə’sirləri məhv edir.

İmam Sadiq (ə) buyurur:

«Bəndə tövbə edəndə Allah-təala onu sevir, dünyada və axirət aləmində onun günahlarını bağışlayır, onun etdiyi günahlarını yazan mələklərin yadından çıxarır. Onun bütün bədən üzvlərinə əmr verir ki, onun günahlarını gizlətsinlər və günah etdiyi yerlərə əmr verir ki, onun günahını gizli saxlasınlar».

Sonra buyurdu:



فَيَلْقَى اللهَ حِينَ يَلْقاهُ وَلَيْسَ شَـْيءٌ يَشْهَدُ عَلَيْهِ بِشَـْيء مِنَ الذُّنُوبِ

«Deməli, tövbə edən şəxs elə bir halda Allahın görüşünə gedəcək ki, onun günahlarına şəhadət verən heç bir şey olmayacaq».

Qabaqda qeyd etdiyimiz kimi, «Təhrim» surəsinin 8-ci ayəsində mö’minlərə xalis tövbə etmək əmr olunubdur. Bu barədə xalis tövbənin beş nəticə və səmərəsinə işarə olunub:

1. Günahların bağışlanması.

2. Allahın ne’mətləri ilə dolu olan behiştinə daxil olmaq.

3. Qiyamətdə rüsvay olmamaq.

4. Bu dünyada iman gətirib yaxşı işlər görməyin nuru qiyamət günü tövbə edən şəxslərin sorağına gəlib onlarla birlikdə hərəkət edir və behiştin yolunu onlara göstərir.

5. Onların tövbədən sonra Allaha diqqətləri çoxalır, Allahdan mə’nəviyyət nurunun vücudlarında çoxalmasını və günahlarının daha kamil şəkildə bağışlanmasını istərlər.

Başqa sözlə, həqiqi tövbə insanı Allah dərgahında o qədər sevimli edir ki, Allah-təala bəndəsinə qarşı çox xoşhal olur. Onu özünə dost seçir və onu bəndələrinin ən sevimlisi hesab edir.

İmam Kazim (ə) buyurur:

وَاَحَبُّ الْعِبادِ اِلَى اللهِ تَعالى اَلْمُفَتَّنُونَ التَّوّابُونَ

«Allahın ən sevimli bəndələri o kəslərdir ki, (bilmədən) günah etdikdən sonra çoxlu tövbə etsinlər».

Mə’sum İmamlarımızın birindən çatan başqa bir hədisdə oxuyuruq: «Allah-təala tövbə edən şəxslərə üç ne’mət verir ki, onlardan birini bütün yerlərin və göylərin əhalisinə versəydi, nicat tapardılar».



1. «Onlara belə bir müjdə verilib ki, «Allah-təala onları (tövbə edənləri) sevir.»108 «Və Allah sevdiyi və istədiyi şəxsə əzab verməz».

2. «Allahın ən yüksək dərəcəli bəndələri tövbə edənlərin günahlarının bağışlanması üçün dua edir və onların Allah dərgahında dərəcələrinin daha da ucalmasını arzu edirlər».109

3 «Tövbə edən şəxslərin günahları pozulur, Allah onlara rəhmət və əmin-amanlıq müjdəsi verir».110

Tövbə bəhsinin sonunda İmam Səccadın (ə) Allahla etdiyi raz-niyazdan bir hissəyə diqqət yetirək. O Həzrət Allaha belə ərz edir:


اِلهي اَنْتَ الَّذِي فَتَحْتَ لِعِبادِكَ باباً اِلى عَفْوِكَ، سَمَّيْتَهُ التَّوْبَةَ، فَقُلْتَ: تُوبُوا اِلَى اللهِ تَوْبَةً نَصُوحاً، فَما عُذْرُ مَنْ اَغْفَلَ دُخُولَ الْبابِ بَعْدَ فَتْحِهِ؟
«Ey mənim Allahım! Sən bəndələrinin günahlarını bağışlamaq üçün bir qapı açdın. O qapının adını da tövbə qoydun. Sonra buyurdun: Allaha xalis tövbə edin! Daha bundan sonra bu qapıya daxil olmayan şəxsin üzrü nədir?»

Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin