ҜҮНАҺШҮнаслыг



Yüklə 4,52 Mb.
səhifə23/24
tarix21.10.2017
ölçüsü4,52 Mb.
#8538
1   ...   16   17   18   19   20   21   22   23   24

GÜNAH HAQQINDA YADDAŞLAR


1. Zülm etməyin növləri və onun cəzası.

İmam Əli (ə) buyurur:



اَلا وَاِنَّ الظُّلْمَ ثَلاثَةٌ: فَظُلْمٌ لا يُغْفَرُ، وَظُلْمٌ لا يُتْرَكُ، وَظُلْمٌ مَغْفُورٌ لا يُطْلَبْ

«Agah olun ki, zülm üç qismdir:

1. Heç vaxt bağışlanmayan zülm.

2. Cəzasız qalmayan zülm.

3. Bağışlanan zülm.

Bu elə bir zülmdür ki, ondan sorğu-sual olunmayacaq.

Heç vaxt bağışlanmayan zülm isə Allaha müşrik olmaqdır. «Nisa» surəsinin 48-ci ayəsində oxuyuruq:

اِنَّ اللهَ لا يَغْفِرُ اَنْ يُشْرِكَ بِهِ

«Həqiqətən Allah-təala, Ona şirk qoşulmağı bağışlamır».

Cəzasız qalmayan zülm isə bəndələrin bir-birinə zülm etməyidir. Bu vaxt onlar özləri-özlərini cəzalandırırlar.

Bağışlanan zülm isə insanın kiçik günahlarla bu dünyanı dəyişməsidir.120

(Yə’ni bu vaxt o, kiçik günahlarla (zülmlərlə) dünyasını dəyişsə də onun bu günahları Allah-təala tərəfindən bağışlanır.)



2. Günahların ən pisi.

İmam Sadiq (ə) buyurur:



اَقْذَرُ الذُّنُوبِ ثَلاثَةٌ: قَتْلُ الْبَهِيمَةِ وَحَبْسُ مِهْرِ السُّنَّةِ وَمَنْعُ الاَْجِيرِ اَجْرَهُ

Günahların ən pisi üçdir:

1. Heyvanı (qeyri-şər’i yolla və səbəbsiz) kəsmək.

2. Qadının mehriyyəsini verməmək (kəbin kəsilən zaman qeyd olunan hədiyyə).

3. Fəhlənin muzdunu verməmək.121

YALAN DANIŞMAQ


İmam Baqir (ə) yalan danışmağın böyük günah olması haqqında buyurur:

«Allah-təala bütün pis işlər üçün açar yaradıb. O açar da şərabdır». (Sonra buyurur:)



اَلْكِذْبُ شَرٌّ مِنَ الشَّرابِ

«Yalan danışmaq, şərab içməkdən də pisdir».122

3. Ən pis insanlar:

Cabir ibn Əbdüllah Ənsari deyir:

İslam Peyğəmbəri (s) öz səhabələrinə xitab edib buyurdu:

اَلا أخْبِرُكُمْ بِشِرارِ رِجالِكُمْ

«Sizə ən pis kişilərinizdən xəbər verim?»

Biz dedik: Xəbər ver, ey Allahın Rəsulu!

Həzrət buyurdu:
اِنَّ مِنْ شِرارِ رِجالِكُمْ الْبَهّاتَ الْجَرِيءَ الْفَحّاشَ، اَلاْكِلَ وَحْدَهُ، وَالْمانِعَ رِفْدَهُ، وَالضّارِبَ عَبْدَهُ، وَالْمُلْجِيءَ عَيالَهُ اِلى غَيْرِهِ

«Sizin kişilərinizin ən pisi bunlardır:



1. Qorxmadan və çəkinmədən başqasına töhmət vuranlar.

2. Özü tək yeyən və başqalarına qazandığından verməyən.

3. Öz qulunu vuran.

4. Öz həyat yoldaşını başqalarının sığınacağında qoyan. (Yə’ni öz ailəsinin dolanışığını tə’min etmədiyi üçün onlar başqalarına möhtac olanlar).123

4. Allaha kafir olmağın səbəbləri.

İmam Sadiq (ə) buyurur:



اُصُولُ الْكُفْرِ ثَلاثَةٌ: اَلْحِرْصُ وَالاْسْتِكْبارُ وَالْحَسَدُ

Kafir olmağın bünövrələri üçdir:

1. Dünya həyatına həddən artıq vurğun olmaq.

2. Təkəbbürlü olmaq.

3. Başqalarına həsəd aparmaq.

Sonra Həzrət buyurdu: Dünya həyatına vurğun olmaq, Adəm peyğəmbəri - qadağan olunmuş ağacın meyvəsini yediyi üçün behiştdən çıxardı. Təkəbbür, Şeytana Allahın əmrinə itaət edib Adəmə səcdə etmək icazəsini vermədi. Həsəd isə Adəm peyğəmbərin oğlanlarından birinin (Qabil) o birisini (Habili) öldürməsinə səbəb oldu.



5. Allahın əmrindən çıxmağa səbəb olan ən birinci günahlar.

İmam Sadiq (ə) buyurur:

Allahın əmrindən çıxmağa səbəb olan günahlar bunlardır:

1. Dünyaya hərislik;

2. Vəzifəpərəstlik;

3. Yeməyə hədsiz vurğunluq; (tamahkarlıq)

4. Yatmağa hədsiz vurğunluq; (süstlük)

5. Həmişə istirahətdə olmaq fikri. (Tənbəllik)

6. Qadınlara hədsiz məhəbbət.124 (Şəhvətpərəstlik)

6 İki üzlü şəxslərin əlamətləri

İslam Peyğəmbəri (s) buyurur:


ثَلاثٌ مَنْ كُنَّ فِيهِ كانَ مُنافِقاً وَاِنْ صامَ وَصَلّى وَزَعَمَ اِنَّهُ مُسْلِمٌ: مَنْ اِذا اُئْتُمِنَ خانَ، وَاِذا حَدَّثَ كَذِبَ، وَاِذا وَعَدَ اَخْلَفَ

Üç xislət hər kəsdə olsa özünü müsəlman bilsə də, oruc tutub namaz qılsa da ikiüzlü və münafiq hesab olunur

1. Əlinə əmanət düşsə ona xəyanət edə.

2. Onun sözləri yalan ola.

3. Və’dəsinə əməl etməyə.125

7. Ən böyük günah.

İmam Əli (ə) buyurur:


اَعْظَمُ الذُّنُوبِ عِنْدَ اللهِ ذَنْبٌ صَغُرَ عِنْدَ صاحِبِهِ

«Allah dərgahında ən böyük günah budur ki, günahkar şəxs etdiyi günahı kiçik saya».126



8. Böyük günahların arasında ən böyük günah.

Bir nəfər İmam Əlidən (ə) soruşdu:


ما اَكْبَرُ الْكَبائِر؟

«Böyük günahların arasında ən böük günah hansıdır?»

İmam (ə) buyurdu:

اَلاَْمنُ مِنْ مَكْرِ اللهِ، وَالْيَأْسُ مِنْ رَوْحِ الله، وَالْقُنُوطُ مِنْ رَحْمَةِ اللهِ

1. «Özünü Allahın əzabından amanda bilmək;

2. Allahın ne’mət verməyindən ümidini üzmək;

3. Allahın rəhmətinə ümidsiz olmaq»127;

9. Günahın kəffarəsi; (Onu təmizləyən şeylər)

Bir nəfər Peyğəmbərdən (s) soruşdu: «Mənim günahlarımı təmizləyən şeylər hansılardır?»

Peyğəmbər (s) buyurdu:
الدُّمُوعُ وَالْخُضُوعُ وَالاَْمْراضُ

«Ağlamaq, təvazökarlıq etmək və xəstəliklər».



10. Allah dərgahından ən uzaq şəxslər;

İmam Sadiq (ə) buyurur:



اَبْعَدُ ما يَكُونُ الْعَبْدُ مِنَ اللهِ عَزَّوَجَلَّ اِذا لَمْ يَهُمُّهُ اِلاّ بَطْنَهُ وَفَرْجَهُ

«İnsanı Allahdan ən çox uzaqlaşdıran amil budur ki, insanın bütün fikri qarnını və şəhvətini doyurmaq olsun».128

11. Camaatla pis davranmağın nəticəsi;

İmam Sadiq (ə) buyurur:



اِنَّ سُوءَ الْخُلْقِ لَيُفْسِدُ الْعَمَلَ كَما يُفْسِدُ الْخِلُّ اَلْعَسَلَ

«Sirkə balı xarab etdiyi kimi pis davranış da insanın yaxşı işlərini məhv edir».129

12. Günah etməyin nəticəsində ölənlər və ehsan verməyin tə’sirləri.

İmam Sadiq (ə) buyurur:


مِنْ يَمُوتُ بِالذُّنُوبِ اَكْثَرُ مِمَّنْ يَمُوتُ بِالاْجالِ وَمَنْ يَعِيشُ بِالاِْحْسانِ اَكْثَرُ مِمَّن يَعِيشُ بِالاَْعْمار

«Günah etməyin nəticəsində ölənlər təbii ölənlərdən çoxdur. Ehsan verdiklərinə görə yaşayanlar (ömrü artanlar) isə təbii ömürlə yaşayanlardan çoxdur».

O Həzrət başqa bir hədisdə buyurur:
اِنَّ الْعَمَلَ السَّيِّىء اَسْرَعُ فِي صاحِبِهِ مِنَ السِّكِّينِ في اللَّحْمِ

«Pis işin insanın sağlam ruhundakı mənfi tə’siri bıçağın ətdəki tə’sirindən çoxdur».130




Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin