ALS-in məqsəd və vəzifələri.
ALS-in tətbiqi tipik həllər kitabxanası və parametrləşdilmiş cizgilərdən ibarət mühəndis üçün verilənlər bazasının yaradılmasına imkan verir. Cizgilər məcmusunun analizi əsasında, mütərəqqi həllər seçilir, sonra isə parametrləşdirilir və kitabxanaya daxil edilir. Gələcəkdə də bu kitabxanaların tirajı təyin olunub, müxtəlif konstruktor ALS-nə daxil ola bilər. Bu tələblərə cavab verən çoxlu sayda müasir avtomatlaşdırılmış layihələndirmə sistemləri (AutoCAD, Catia, Buklid, Strim 100, Saphur, Pafec, Cadam, Cadds4x, Anul, İdeas) işlənmiş və öz tətbiqini tapmışdır.
ALS-in uğurlu istismarı onun altsistemləri, alətləri və modulları səviyyəsində qurulma prinsiplərinin həyata keçirilməsindən asılıdır. ALS-in hazırlanması böyük elmi-texniki problemləri özündə cəmləyir və onun tətbiqi külli miqdarda vəsait tələb edir. Bu baxımdan layihələndirmə sistemləri hazırlanarkən aşağıda verilən prinsiplərə əməl olunmalıdır. Yəni hazırlanan ALS o zaman yaxşı layihələndirmə sistemi hesab edilir ki, o həmin qurulma prinsiplərinə cavab versin:
ALS insan maşın əlaqəli sistemdir;
ALS pilləli sistemdir;
ALS informasiya əlaqəli alt sistemlərin toplusudur;
ALS açıq və daimi təkmilləşdirilən sistemdir;
ALS elə xüsusi sistemdir ki, maksimum unifikasiyalı modellərdən istifadə edilir.
CAD sistemlərinə aid olan AutoCAD proqramı Sadə cizgidən başlayaraq 3D modellərin qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir.
AutoCAD-ın ən güclü vasitələrindən biri də onun proqramlaşdırma görünüşünün olmasıdır. Hər bir istifadəçi AutoLİSP-dən istifadə etməklə AutoCAD-ı fərdi sorğu və tələblərinə uyğunlaşdıra bilər.
AutoLİSP proqramlaşdırma dilində notepad-də proqramı yazıb qurtardıqdan sonra onu .lsp faylı kimi yaddaşa vermək lazımdır. Əks halda AutoCAD bu faylı tanımayacaq və proqram yüklənməyəcək. AutoLİSP proqramlaşdırma dilində bütün əmrlər mötərizələr ilə əhatə edilir. Açılan və bağlanan mötərizələrin sayı mütləq bərabər olmalıdır, əks halda proqram işləməyəcək. Mötərizədən kənarda yazılan yalnız və yalnız şərh ola bilər. Şərhi nöqtəli vergül işarəsindən sonra yazmaq lazımdır.
Proqramı işə salmaq üçün Autocad proqramı açılır, Tools menyusundan Load Application seçilir. Buradan yaddaşa verdiyimiz .lsp faylı seçilir və Load əmri verilir.
Visual LISP Autolisp-in AutoCAD-dakı ekran formasıdır. Qısaca olaraq LİSP generatoru AutoCAD-ın daxilində qüvvədə olur və menyu interfeysini təmin edir. Bütün göstəricilər AutoCAD sistemindən açılan Visual LİSP Editor proqramından AutoLİSP proqramına ötürülür. Visual LİSP-in başlıca xüsusiyyətləri aşağıdakılardır:
Bu dildə bütün ifadələr yumru mötərizələr arasında yazılır.
Operator açılmış sol mötərizədən sonra yalnız bircə dəfə istifadə olunur, dəyişənlər və konstantalar ondan sonra yazılır.
3.İfadəni dəfələrlə mötərizə daxilinə yerləşdirməyə icazə verir.
AutoCAD-ın komandalarına müraciət etmək üçün command operatorundan istifadə olunur.
Command operatoru açılan mötərizədən sonra yazılır. Daha sonra tələb olunan komandanın adı dırnaq işarəsi arasında yazılmalıdır və sonra komandanın parametrləri göstərilir.
AutoCAD-ın İşçi masa üzərində yarlıqı aşağıdakı kimi olur:
Bu proqramın işçi pəncərəsinin görünüşünü verək:
Proqramın sadə interfeysi və geniş arayış sistemi var.
Dostları ilə paylaş: |